fbpx
Rusiya Səyahət planı gəzməli və görməli yerlər siyahısı-Fikir.az

Rusiya: Gəzməli və görməli yerlər siyahısı

Rusiya ərazisi üçün hazırladığımız səyahət planı üzrə ən gəzməli və görməli səyahət yerləri siyahısını bu yazımızda sizlərlə bölüşəcəyik…

1) Qızıl Meydan-Moskva-Rusiya

Rusiyanın gəzməli yerləri üzrə ilk yeri Qızıl meydan tutmaqdadır. Bu meydana Qızıl meydanla yanaşı, Qırmızı meydan da deyilir. Rusiyanın dünyadakı ən tanınan simvolu olan möhtəşəm Qırmızı Meydan, hər il minlərlə turist qəbul edən UNESCO-nun Dünya Mirası Siyahısına daxildır. Bu mənzərəni görmək üçün Rusiya şəhərləri daxilindən buraya daim ekskursiyalar təşkil olunur. Burada turistlərin Müqəddəs Basil Katedralinin qarşısında şəkil çəkdirmələrini görmək mümkündür.

Qırmızı Meydan, Moskvanın tam mərkəzində, Kitay Gorod ticarət bölgəsini Kremlin divarlarından ayıran bir ərazidədir. Və keçmiş Monqolustan qalası kimi qədim bir tarixə sahibdir. “Krásnaya Plóshchaď” adı rus dilindən “qırmızı” kimi tərcümə olunur. Eyni zamanda bu söz “gözəl” mənasını verir.

Rusiyanın siyasi hakimiyyətinin bu qədim mərkəzi XIII əsrin sonlarına təsadüf edir. Həmçinin uzun və zəngin bir tarixə malikdir. Bura əvvəllər Moskva və Neglinnaya çaylarının sahillərində, Kremlin müdafiəsi üçün ərazidə qurulmuş mərkəzi bir bazar meydanı idi. Bu meydan həm də müqəddəs dini mərasimlərin və müxtəlif şənlik yürüşlərinin keçirildiyi bir ərazi idi.

Qızıl Meydan-Moskva-Rusiya-Fikir.az
Qızıl Meydan-Moskva-Rusiya

Qırmızı Meydanda yerləşən əsas əlamətdar yerlər arasında – IV İvanın hakimiyyəti dövründə xəndək üzərində inşa edilmiş məşhur rəngli St.Basil Katedralı, saatlı Spasskaya qalası adlanan Kremlin’in ən yüksək divarı, Lobnoye Mesto – “Mərhəmətsiz İvan” tərəfindən bir çox edamın həyata keçirildiyi kərpic platforması, Tanrının Anası Kazan İkonun şərəfinə inşa edilən Kazan Katedralı, zərbxana (valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyekti), Zemsky prikaz bələdiyyə binası, GUM tarixi ticarət mərkəzi, Minin-Pozharsky abidəsi, qırmızı gözəllik – Dövlət Tarix Muzeyi və əlbəttə ki, məşhur Lenin məqbərəsi vardır.

Qırmızı Meydan müxtəlif ictimai mərasimlərin mərkəzi kimi fəaliyyət göstərmişdir. Həmçinin rusiya çarları üçün keçmiş tacqoyma yeri olmuşdur. Bu gün isə rəsmi mərasimlər və paradlar üçün istifadə olunmaqda davam edir. Ən vacib Moskva küçələri Qırmızı Meydandan başlayır. Bu prospektlər hörümçək toru kimi şəhərin müxtəlif yollarına qədər uzanır. Və buranı həqiqətən şəhərin mərkəzi halına gətirir.

2) Peterhof sarayı-Sankt-Peterburq-Rusiya

Rusiyanın görməli yerləri üzrə ikinci yeri Peterhof sarayı tutmaqdadır. Peterhof Saray-park kompleksi rus Çarı Petro tərəfindən Baltik dənizində, Fransadakı Versal Sarayından ilham alınaraq inşa edilmişdir. Baltik dənizi sahilində çox böyük bir ərazidə qurulan saray, nəhəng bağları və fəvvarələri ilə diqqət çəkir. 1700-cü illərin əvvəllərində memar Jean Baptiste Le Blond tərəfindən inşa edilən sarayın tikintisində 5 mindən çox insanın çalışdığı güman olunur.

Böyük Pyotr bu sarayı İsveç üzərində qazandığı qələbədən sonra tikdirdi. Peterhof sarayının möhtəşəm memarlıq şöhrətinin ardında, təxminən 300 illik tarixi dayanmaqdadır. 650 hektar ərazini əhatə edən yerdə, yay evləri, çardaqlar, diqqətlə abadlaşdırılan bağlar, hovuzlar, heykəllər və möhtəşəm fəvvarələr kimi bir çox diqqətə layiq dizaynları görmək mümkündür.

Sarayı gördükdə, Pyotrun “çılğın” və “böyük” ləqəblərini almasının səbəbini anlamaq mümkündür. Sarayın qarşısında yerləşən və Baltik dənizinə açılan böyük fəvvarə Petro tərəfindən inşa etdirilib. Fəvvarənin Ortasında şirin ağzını qoparan heykəl vardır. Buradakı şir isə isveç xalqını təmsil etəkdədir. Əlavə olaraq Pyotrun saray bağçasında qonaqlara zarafat etmək üçün qurduğu gizli su fəvvarələri də vardır. Saray UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

Peterhof Sarayının bağları

Saray iç-içə olan komplekslər toplusudur. Samson Çeşməsi, Ermitaj Köşkü, Marli Sarayı, Petergof Böyük Sarayı, Yuxarı Bağ və Aşağı Bağ saray daxilimdə yerləşməkdədir. Saray, sənət kolleksiyası ilə yanaşı, möhtəşəm daxili memarlığı və dekorasiyası ilə də böyük əhəmiyyətə malikdir. Dünyanın ən böyük saray komplekslərindən biri olan Peterhof Sarayının bağlarını ziyarət etmək belə yarım gün çəkəcək. Diqqət çəkən heykəllər və fəvvarələr ilə təchiz olunmuş bağları gəzərkən qəfildən açılan fəvvarələrdə islanmaq mümkündür.

Peterhof sarayı-Sankt-Peterburq-Rusiya-Fikir.az.jpg
Peterhof sarayı-Sankt-Peterburq-Rusiya

Peterhof Sarayının müxtəlif yerlərində yerləşən fəvvarələr xüsusilə diqqət çəkir. Əlavə olaraq, bəziləri gizli, bəziləri açıq olan onlarla fəvvarə də sarayın tikildiyi dövrü nəzərə alsaq olduqca maraqlıdır. Çünki 1700-cü illərdə hazırlanmış fəvvarələr hələ də işləyir.

Peterhof Sarayı 3 əsrdən çoxdur ki, dəfələrlə zərər görmüşdür. Ən çox zərər gördüyü an İkinci Dünya Müharibəsi vaxtıdır. Müharibə dövründə Almanların idarəsi altında olan saray, düz 4 il qərargah olaraq Alman əsgərlərinə xidmət etdi. Ruslar Almanların yaxınlaşdıqlarını və təhlükəni əvvəlcədən başa düşdükləri üçün saraydakı bütün əşyaları qaçırdılar. Yenə də Alman qüvvələrinin saraya verdiyi ziyan böyük idi. Rusiyadan geri çəkilərkən Peterhof Sarayını bombalayaraq məhv etdilər. Saray yenidən quruldu və bugünkü görünüşünü əldə etdi.

Saray şəhərin mərkəzindən uzaqda yerləşir. Ancaq Ermitaj Muzeyinin qarşısından yola çıxan gəmilərlə təxminən 30 dəqiqədə çatmaq olar. Qatar və avtobus vaistəsilə də getmək mümkündür.

3) Gorki Parkı-Moskva-Rusiya

Rusiyaya səyahət siyahısı üzrə üçüncü yeri Moskva çayının sahilində yerləşən Gorki parkı tutur. Şəhərin kifayət qədər mərkəzi hissəsində, Qırmızı Meydandan təxminən 2 kilometr cənubda yerləşir. Parkın rəsmi adı Gorki Mərkəzi Mədəniyyət və Əyləncə Parkıdır. Lakin qısaca olaraq gorky park olaraq bilinir. Qorki parkını Green Park (Yaşıl park) olaraqda adlandırırlar. Qorki parkı adını sosialist realizminin ədəbi hərəkatının qurucusu və beş dəfə Ədəbiyyat Nobel Mükafatına namizəd olan Sovet yazıçısı Maksim Qorkinin adından götürmüşdür. 1936-cı ildə vəfat etmişdir. Lenin məqbərəsini ziyarət edirsinizsə, Kreml divarının nekropolundakı məzarını görə bilərsiniz. Parkda onun adına ucaldılmış bir abidə vardır.

Park 1928-ci ildə açıldı və konstruktivist memar Konstantin Melnikovun əsəridir. 2011-ci ildə baxımsız vəziyyətə düşdüyü üçün təmir edildi. Bağçalar, istirahət zonaları, idman sahələri, muzeylər, restoranlar və s. daxil olmaqla 220 hektarlıq əraziyə sahibdir.

Gorki Parkı-Moskva-Rusiya-Fikir.az.jpg
Gorki Parkı-Moskva-Rusiya

Gorki Parkının 4 bölgəsi

Hal-hazırda Qorki Parkı, hər biri özünə məxsus bir mənaya malik olan şimaldan cənuba bölünmüş 4 zonaya bölünür:

Muzeon

Bura, Şimal bölgəsində yerləşən, kommunizmin dağılmasından sonra Rusiyada parklardan və meydanlardan çıxarılan 1000-dən çox Sovet heykəlinin olduğu pulsuz açıq hava muzeyidir.

Parterre

Bura, 1928-ci ildə açılan parkın əsas hissəsi olmuşdur. Rusiya inqilabından sonra burada keçirilən kənd təsərrüfatı yarmarkası ilə bağlıdır.

Neskuchny bağı

Bura isə parkın orta qismində yerləşən, görməyə dəyər abidələri olan ən tarixi ərazisidir.

Vorobyovy Gory (Sərçələr Təpəsi)

Moskva çayının sahilində yerləşən, şəhərin ən yaxşı mənzərələrini görmək mümkün olan bu təpə, həmçinin gözəl bir təbiət qoruğudur.

Aşağıdakı xəritədə parkın bölündüyü 4 sahəni görə bilərsiniz:

Xəritə-Gorki Parkı-Fikir.az.jpg
Xəritə-Gorki Parkı

Bu parkda başdan sona qədər Moskva çayı boyunca gəzmək bir neçə saat çəkə bilər. Şəhərin bələdiyyə velosiped icarəsi xidməti olan Velobike-dən və ya parkın velosiped icarə stendlərindən daha sürətli getmək üçün velosiped icarəyə götürə bilərsiniz.

Gorki Parkına necə getmək olar?

Ziyarət etmək istədiyiniz park sahəsindən asılı olaraq bir metro stansiyasında dayanmanız lazımdır. Parkın əsas girişinə ən yaxın iki metro dayanacağı Park Kultury və Oktyabrskaya, lakin parkın 26 fərqli girişi var. Gorky Parka giriş pulsuzdur. Parkın Yaşıl ərazilərində istirahət edə və ya Moskva çayında gəmi turuna çıxa bilərsiniz.

4) Saray Meydanı-Sankt-Peterburq-Rusiya

Sankt-Peterburq Saray Meydanı: Şəhərin Sinir Mərkəzi

Rusiya səyahət rəhbəri üzrə dördüncü yer Saray Meydanıdır. Sankt-Peterburqa gedirsizsə, mütləq gəzəcəyiniz bir meydan varsa, o da Saray Meydanıdır. Dünyaca məşhur tarixi hadisələrin yeri olan bu meydanda Ermitaj muzeyi, Baş qərargah binası və Aleksandr sütunu yer alır. Bu memarlıq kompleksi hazırda Rusiyada həm yerli, həm də beynəlxalq turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Saray Meydanı, tarixi hadisələrin yeri

Moskvanın ən vacib və mərkəzi meydanı Qırmızı Meydandırsa, bunun Sankt-Peterburqdakı ekvivalenti isə Saray Meydanıdır. Bura şəhər sakinləri üçün görüş yeri və bir çox gəzinti turlarının başlanğıc nöqtəsidir.

Təxminən 5.4 hektarlıq əraziyə sahib geniş bir gəzinti yeri olan meydan, yalnız piyadalar üçün nəzərdə tutulmuşdur. Memarlıq kompleksi 18-ci əsrin ikinci yarısı ilə 19-cu əsrin birinci yarısına aiddir.

Saray Meydanı-Sankt-Peterburq-Rusiya-Fikir.az.jpg
Saray Meydanı-Sankt-Peterburq-Rusiya

Saray Meydanı YUNESKO-nun Dünya İrsi Siyahısıdır və mühüm tarixi və mədəni abidələri özündə birləşdirir. Buraya Qış sarayı (Ermitaj muzeyinin mərkəzi), Mühafizəçilər birliyi baş qərargahı, Zəfər kəməri ilə Baş qərargah binası və Aleksandr sütunu daxildir.

Saray Meydanı Nevski Bulvarı ilə Saray Körpüsünü birləşdirir. Bura, 1905-ci ildəki Qanlı Bazar gününə və 1917-ci ildə baş verən Oktyabr İnqilabı kimi qlobal əhəmiyyətli hadisələrə şahidlik etmişdir.

Meydan 1766-cı ildən bəri Saray Meydanı olaraq bilinir. Çünki cənub tərəfdəki Meydana baxan Qış Sarayına ev sahibliyi edir. Bu meydan, Qış Sarayına 1917-ci il hücumunun təşkilatçılarından olan Moisei Uritskinin şərəfinə, 1918-1944-cü illər arasında Uritski Meydanı adlandırıldı. 30 Avqust 1918-ci ildə Baş qərargah binasının girişində sui-qəsd nəticəsində öldürüldü.

Qış Sarayı (1754-1762)-Sankt-Peterburq-Rusiya

Bu meydandakı ən qədim və ən məşhur bina meydanın adını aldığı Çarların Qış Sarayıdır. Qış Sarayının inşasından əvvəl Saray Meydanının yerləşdiyi yer, köhnə evlərin yerləşdiyi dağılmış bir ərazi idi. Həmçinin saray Peter və Paul qalası ilə, Neva çayı və Zayachy (Hare) adasına baxan seçkin bi ərazidə yerləşir.

Elizabeth Barok üslubunda olan Qış Sarayının inşasına 1754-cü ildə başlandı. Bu saray, İtalyan mənşəli rus memarı Francesco Bartolomeo Rastrelli’nin işi idi. 1762-1904-cü illərdə rus çarlarının rəsmi qış iqamətgahı idi. 1904-cü ildə II. Nicholas daimi yaşayış yerini St. Peterburqdan 25 km cənub-şərqdə yerləşən, Tsarskoye Selo (Puşkin) şəhərindəki İskəndər Sarayına daşıdı.

Qış sarayı-Sankt-Peterburq-Rusiya-Fikir.az
Qış sarayı-Sankt-Peterburq-Rusiya

1917-ci il inqilabı zamanı Çarın taxtdan enməsindən sonra 1917-ci ilin iyulundan noyabrına qədər müvəqqəti Rusiya hökumətinin görüş yeri oldu. Saray 3 mərtəbədən ibarət olub, kvadrat planlıdır və daxilində həyəti vardır. Fasadları əsas fasadın yerləşdiyi Neva çayı, Admiralty Binası və Saray Meydanına baxır. Həmçinin Neva çayı və Saray Meydanına baxan bir bağçası vardır.

Qış Sarayı hazırda dünyanın ən məşhurlar muzeylərindən biri olan Ermitaj Muzeyinə ev sahibliyi edir. Və dünyanın ən böyük sənət qalereyaları və antik muzeylərindən birinə sahibdir. Muzeyin daxili görünüşü və salonları həqiqətən də göz oxşayır.  Muzeyin girişi 2 saylı Saray Meydanındadır. Girişi  hissəsi isə pəncərələri və avtomatik bilet maşınlarını görəcəyiniz, geniş bir eyvana açılan, böyük bir dəmir qapıdan ibarətdir.

Turun müddəti:

Təxminən 3 saat çəkir.

Qiyməti:

800 rubl (bizim pulnan 18 manat 16 qəpik) edir. Ümumiyyətlə növbə olmadığı üçün biletləri avtomatik maşınlardan (rus və ingilis dillərində) almanız məsləhətdir. Biletləri rəsmi veb saytlarından onlayn almaq da mümkündür. Lakin daha yüksək qiymətə 17.95 dollar (bizim pulnan 30.51 AZN)  başa gələcək.

Açılış saatları:

Bütün günü gəzmək istəsəniz, muzeyin həmin günlərdə iş saatları (10:30 – 21:00) daha çox olduğundan çərşənbə və ya cümə günləri getməyinizi məsləhətdir. Digər günlərdə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar) iş saatları qısadır (10:30-18:00). Muzey bazar ertəsi (1 yanvar və 9 may) bağlıdır. Hər ayın üçüncü cümə axşamı günü giriş pulsuz olur.

Baş qərargah binası (1809-1829)

Qış Sarayının qarşısında, cənubdakı meydanının digər tərəfində, 580 metr uzunluğunda tağlı bir fasada sahib əzəmətli St.Peterburq Baş Qərargah Binası yerləşməkdədir. Qış Sarayından yarım əsr sonra neoklasik üslubda tikilmişdir. Bununla belə Meydanın bütün memarlıq kompleksi ilə problemsiz şəkildə birləşdirilmişdir. Bu bina Baş Qərargah, Milli Müdafiə, Xarici İşlər və Maliyyə Nazirliyinin qərargahı kimi fəaliyyət göstərirdi. Hal-hazırda isə ölkənin şimal-qərbindəki Rusiya silahlı qüvvələrinin hərbi məntəqəsinin qərargahıdır. Buna görə də ictimaiyyət üçün açıq deyil.

Baş qərargah binası-Sankt-Peterburq-Fikir.az
Baş qərargah binası-Sankt-Peterburq

Şərq tərəfi isə 1993-cü ildən bəri Ermitaj Muzeyinin bir hissəsidir. Və müasir sənət kolleksiyaları burada Baş Qərargah Binası (6-8, Saray Meydanı) adlanan yerdə nümayiş olunur. Məkanın içinin interyeri yenidən qurulub və gəzməyə dəyər. Baş qərargah binasına giriş, daha əvvəl qeyd etdiyimiz Qış Sarayına giriş imkanı verən 800 rublluq ümumi giriş biletinə daxildir. Buna görə də yeni bilet almağa ehtiyyac olmur. Həmçinin içəridən Ermitaj üçün (Qış Sarayına aldığınızdan daha qısa müddətə) bilet ala bilərsiniz.

Burada ilk baxışdan ən maraqlı şey, yuxarıda 36 metr hündürlüyündə binanı bölən böyük zəfər tağıdır. Burada Napoleon üzərində qazanılan qələbənin xatirəsinə, iki əsgər tərəfindən tutulan altı atın çəkdiyi zəfər arabasının abidəsi vardır. Bolshaya Morskaya küçəsi ilə üzbəüz tağın altından keçsəniz, şəhərin ən məşhur küçəsi olan Nevski Bulvarına çatacaqsınız.

Alexander Sütunu (1830-1834)

Alexander Sütunu Saray Meydanının tam mərkəzində yerləşən abidədir. Əsasən Rusiyada işləyən və eyni zamanda Sankt-Peterburqdakı Müqəddəs İshaq Katedralinin yaradıcısı olan Fransız neoklasik memarı Auguste de Montferrand tərəfindən dizayn edilmişdir. Romadakı Trajan Sütunundan ilham alınaraq inşa olunmuşdur.

Montferrand tərəfindən mərhum Çar Alexander I (1777-1825) üçün dizayn edilmişdir. Bu sütun 47,5 metr hündürlüyündə silindrik bir baza üzərində böyük bir xaç və mələklə taclandırılmışdır. Bu mələydə, soyuğun təsiri ilə tarixin ən böyük strateqlərindən birini məğlub edən Çar İskəndərin üzü olduğu deyilir.

Alexander Sütunu-Sankt-Peterburq-Rusiya-Fikir.az
Alexander Sütunu-Sankt-Peterburq-Rusiya

Sütunun çəkisi təxminən 600 tondur. Və o qədər dayanıqlıdır ki, onu bazasına bərkidməyə ehtiyac olmayıb. Sütun, Sankt-Peterburqdan 190 kilometr məsafədə, Finlandiyanın Virolahti şəhərindəki bir daş ocağından oyulmuşdur. Və daha sonra barja ilə nəql edilmişdir. Ən böyük tənqidçiləri sütunun qayadan ayrıldığı zaman çökəcəyini təxmin edirdilər. Amma bu baş vermədi.

Montferrand, sütunu qurmaq üçün 2000-dən çox əsgər, zabit və mütəxəssis topladı. Və 30 Avqust 1832-ci ildə inşa edildi. Abidənin rəsmi açılışı I Nikolay tərəfindən 1834-cü il avqustun 30-da baş tutdu. Sütunun təməli dəfnə çələngi ilə əhatə olunmuşdur. Və yuxarı künclərində iki başlı qartal ilə alleqorik şəkildə rus ordusunun qələbələrini tərənnüm edən 4 bürünc baza vardır.

Mühafizə heyətinin Qərərgah binası (1837-1843)

Bina Şərq tərəfdəki Saray Meydanını tamamlayan, neoklasik üslubda dizayn edilmişdir. Və 1837-1843-cü illər arasında memar A.P.Bryullov tərəfindən yaradılmış Keşikçilər heyətinin baş İdarəsidir. Bu bina hal-hazırda Hava Hücumundan Müdafiə Qüvvələrinin, 6-cı Qırmızı Bayraqlı Leninqrad Ordusunun qərargahı tərəfindən istifadə olunmaqdadır. Və xalqa açıq deyil.

Admiral Binası (1806-1823)

Meydanın qərb tərəfi, Sankt-Peterburq Admirallıq Binası və Alexander Bağçası ilə birləşən açıq bir sahədir. İmperator üslubunda dizayn edilmişdir. Admiral Binası Çarın dəniz ambisiyalarına dəstək vermək üçün istifadə etdiyi Rus İmperator Admirallar Məktəbinin mərkəzi idarəsidir.

Admiral Binası-Sankt-Peterburq-Fikir.az
Admiral Binası-Sankt-Peterburq

Hal-hazırda 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra qurulan Rusiya Donanmasının qərargahıdır. Turistlər üçün açıq deyil. Binanın zəng qülləsinin üst hissəsindəki gəmi, St.Petersburqun simvollarından biridir.

Saray Meydanı (Bugün)

Bu gün Saray Meydanı, şəhər sakinləri və onu ziyarət edən turistlər üçün görüş yeridir. Qış Sarayı bağçasının yanında turizm məlumat ofisi vardır. Bu meydanda çar dövrü geyimində olan insanlara rast gələ bilərsiz. Ödəniş qarşılığında onlarla şəkil çəkdirə bilərsiniz. Həmçinin nostaljik at arabalarına da minə bilərsiniz.

Saray Meydanı (Bugün)-Sankt-Peterburq-Fikir.az
Saray Meydanı (Bugün)-Sankt-Peterburq

90-cı illərdən bəri, bu meydanda hərbi paradlar, Puşkin yarışı (Rusiyanın ən qədim atletizm yarışı) və ya Ağ Gecələr Marafonu kimi idman tədbirləri, Opera, müasir musiqi və beynəlxalq sənətçilərin musiqi konsertləri də keçirilmişdir. Yeni il zamanı meydan nəhəng bir Milad ağacı ilə bəzədilir.

5) Rus sərgi mərkəzi-Moskva-Rusiya

Ümumrusiya Sərgi Mərkəzi Moskvanın şimalında yerləşir. Sovet İttifaqı ilə maraqlanan hər kəs üçün görülməli yerlər siyahısındadır. Rusiya sərgi mərkəzi rəsmi olaraq 1939-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi olaraq açıldı. İkinci Dünya müharibəsindən sonra bura yenidən quruldu. Və 1959-cu ildə SSRİ iqtisadiyyatının qazandığı Nailiyyətlərini sərgiləmək üçün yenidən açıldı.

Rusiya sərgi mərkəzi-Moskva-Rusiya-Fikir.az.jpg
Rusiya sərgi mərkəzi-Moskva-Rusiya

Rusiya sərgi mərkəzi sovet ittifaqının müxtəlif sahələrdə qazandığı uğurların nümayiş etdirildiyi bir vitrin rolunu oynayırdı. Və bu məqsədlə hər biri fərqli bir elm-texnologiya sahəsinə, SSRİ respublikasına və ya fərqli bir ərazisinə həsr olunan bir çox sərgi salonu tikildi. Və 1992-ci ildə sərgi mərkəzi Ümumrusiya Sərgi Mərkəzi adlandırıldı.

Sərgi mərkəzinin əsas girişi 32 metrlik tağlı bir qapıdan ibarətdir. 1954-cü ildə inşa edilmişdir. Üstündə ot bağlaması tutan iki kənd təsərrüfatı işçisinin heykəli qoyulmuşdur.

Vladimir Lenin abidəsi

Əsas girişin arxasında 1954-cü ildə inşa edilmiş böyük Sovet üslublu Pavilyon 1-in qarşısında dayanan Vladimir Lenin heykəli var.

Vladimir Lenin abidəsi-Moskva-Rusiya-Fikir.az.jpg
Vladimir Lenin abidəsi-Moskva-Rusiya

Əvvəllər burada Stalin heykəli də var idi.

Xalqlar Dostluğu fəvvarəsi

Pavilyonun 1-nin arxasında 1954-cü ildən bəri olan Xalqlar Dostluğu Çeşməsi var. Gözəl fəvvarə Sovet İttifaqının o vaxtkı 16 respublikasının hər birini simvolizə edən qızıl örtüklü 16 qız heykəlindən ibarətdir.

Xalqlar Dostluğu fəvvarəsi-Moskva-Rusiya-Fikir.az.jpg
Xalqlar Dostluğu fəvvarəsi-Moskva-Rusiya

O vaxtlar Karelo-Finnik Sovet Sosialist Respublikası hələ muxtar respublika elan edilməmişdi.

Daş çiçək fəvvarəsi

Xalqlar Dostluğu Bulağından bir az aralıda yenə 1954-cü ildə tikilmiş, mərkəzi Uraldan gələn daşlardan oyulmuş və rəngli smalt parçaları ilə örtülmüş Daş çiçək çeşməsi vardır.

Daş çiçək fəvvarəsi-Moskva-Rusiya-Fikir.az.jpg
Daş çiçək fəvvarəsi-Moskva-Rusiya

Fəvvarələr hovuzunun kənarı müxtəlif bürünc heykəllərlə əhatə olunmuşdur.

SSRİ-nin nailiyyətlərinə inşa olunan tikililər

SSRİ-nin bölgələrinə həsr olunmuş tikililərə əlavə olaraq iqtisadi və elmi nailiyyətlərin də öz tikililəri var idi. Bir vaxtlar təhsil, fizika, kimya, metallurgiya, səhiyyə, arıçılıq, kosmik kəşfiyyat, geologiya, balıqçılıq, əkinçilik və heyvandarlığa həsr olunmuş tikililər var idi.

Vostok raketi-SSRİ-nin nailiyyətlərinə inşa olunan tikililər-Rus sərgi mərkəzi-Moskva-Rusiya-Fikir.az.jpg
Vostok raketi-SSRİ-nin nailiyyətlərinə inşa olunan tikililər-Rus sərgi mərkəzi

İndi isə bunların əksəriyyəti elə o vaxtdan bəri bağlıdır. Parkın arxa tərəfində, əvvəllər Kosmik tikili olan Vostok Roketinin bir nüsxəsi yerləşir.

Dairəvi kinoteatr

Mərkəzdəki bir başqa maraqlı yer də 360 dərəcəlik dairəvi kinoteatrdır. 1959-cu ildə inşa olunmuşdur.

Dairəvi kinoteatr-Rus sərgi mərkəzi-Moskva-Fikir.az.jpg
Dairəvi kinoteatr-Rus sərgi mərkəzi-Moskva

Və 2006-cı ildən bu yana Sovet İttifaqı dövrü üçün hazırlanmış müxtəlif filmlər kinoteatrda nümayiş etdirilir. Kinoteatr mərkəzin cənub girişinin yaxınlığında yerləşir.

Əgər Ukraniyaya səyahət etmək barədə fikirləşsəz, Ukraniya səyahət planı haqqındakı yazımızı da oxuya bilərsiniz.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir