fbpx
Gürcüstanın gəzməli yerləri-fikir.az

Gürcüstanın gəzməli görməli yerləri-siyahı, foto və xəritə

Gürcüstanın gəzməli görməli yerləri üçün hazırladığımız siyahını bu yazımızda sizlərlə bölüşəcəyik…

1. TBİLİSİ ŞƏHƏRİNİN MÖHTƏŞƏM KAFEDRALLARI-Gürcüstanın gəzməli görməli yerləri

Gürcüstanın gəzməli görməli yerləri üzrə ilk yeri gözəl kilsələrin və kafedralların məskəni olan paytaxt Tbilisi şəhəri tutur. Gözəl memarlığa və təəccüblü köhnə binalara pərəstişkarlıq edirsizsə, Tiflis sizin üçündür! Şəhərdə harada olursansa ol, həmişə sənə yaxın olan bir kilsə tapmaq mümkündür.

Tbilisidəki ən möhtəşəm kilsələrdən biri də Müqəddəs Holy Trinity kilsəsidir. Gürcülər onu “Sameba” adlandırırlar.

Bu kilsə, tarixi Avlabari bölgəsində, Kür çayının sol sahili ilə üzbəüz Elia Təpəsində yerləşməkdədir.

Bu nəhəng kafedral 1995-2004-cü illər arasında inşa olunub. Şəhərdəki digər kafedral kilsələr qədər tarixi olmasada füsünkar gözəlliyə sahibdir.

Sameba, dünyanın üçüncü ən böyük Pravoslav kafedralıdır.

TBİLİSİ ŞƏHƏRİNİN MÖHTƏŞƏM KAFEDALLARI-Gürcüstanın gəzməli görməli yerləri-Fikir.az
TBİLİSİ ŞƏHƏRİNİN MÖHTƏŞƏM KAFEDALLARI- Gürcüstanın gəzməli görməli yerləri

Tiflisin görməli yerləri üzrə bir başqa çox gözəl kilsə də, Müqəddəs Nikoloz kilsəsidir. Bu kilsə şəhərin ən qədim qalalarından biri olan Narikala qalasında yerləşir.

Bu kilsədən şəhərin heyrətləndirici mənzərəsini görmək mümkündür.  Narikala qalasına çatmağın qısa və marağlı yolu isə Rike Park ərazisindən kanatla getməkdir.

2. TBİLİSİ ŞƏHƏRİNİN QƏDİMİ KÜÇƏLƏRİNİN OVSUNLAYICI CAZİBƏSİNƏ QƏRQ OLUN-Gürcüstanın gəzməli görməli yerləri

Hər dəfə yeni bir yerə səyahət etdikdə ən marağlı şeylərdən biri, şəhərin daha qədim, daha tarixi hissəsində gəzməkdir. Buna görədə Tiflisə gələndə etməli olduğunuz ilk işlərdən biri də köhnə şəhərdə gəzmək olmalıdır.

Tiflis şəhəri köhnə və yeni memarlığın qarışığıdır. Parket daşlar, kafelər, yerli sənət dükanları və gözəl rənglərin qarışığı şəhərin cazibəliyini daha da artırır.

TBİLİSİ ŞƏHƏRİNİN QƏDİMİ KÜÇƏLƏRİNİN OVSUNLAYICI CAZİBƏSİNƏ QƏRQ OLUN-Gürcüstanın gəzməli görməli yerləri-Fikir.az
TBİLİSİ ŞƏHƏRİNİN QƏDİMİ KÜÇƏLƏRİNİN OVSUNLAYICI CAZİBƏSİNƏ QƏRQ OLUN- Gürcüstanın gəzməli görməli yerləri

Şəhərdə son bir neçə ildə çoxlu təmir işləri aparılıb. Amma buna baxmayaraq, evləri tikmək üçün istifadə olunan orijinal görünüş və tikinti tərzi qorunub saxlanılmışdır.

3. GÜRCÜSTAN KÜKÜRT VANNASINDAN ZÖVQ ALIN-Gürcüstanın gəzməli görməli yerləri

Bura, həm də isti kükürdlü hamamların dadını çıxara biləcəyiniz yerdir. Hələ sovet vaxtında isti duş qəbul etmək çox populyar idi. İsti suda qalmağın bəzi xəstəliklərə şəfa verdiyini düşündüklərindən, bir çox insan bunu terapiya olaraq edirdi. Elə buna görə də qədim gürcü dilində, Tbilisi sözünün mənası “isti yer” deməkdir.

GÜRCÜSTAN KÜKÜRT VANNASINDAN ZÖVQ ALIN-TBİLİSİ-Fikir.az
GÜRCÜSTAN KÜKÜRT VANNASINDAN ZÖVQ ALIN-TBİLİSİ

Abanotubani bölgəsi yaxınlığında yerləşən qədimi Tbilisidə, isti kükürdlü hamamların dadını çıxarmaq mümkündür. Bu isti qapalı hovuzlar Tiflis şəhərində uzun gəzintidən sonra dincəlmək üçün yaxşı yerdir. Xüsusilə ilin soyuq aylarında hamam otaqlarına baş çəkmək daha çox həzz verir.

Kükürdlü hamamın qiymətləri dəyişkəndir. Ümumi otaqların qiyməti 3 lari (bizim pul ilə1.65 Manat) edir. Ən ucuz xüsusi otaqlar 30 lari (bizim pul ilə 16.43 AZN), daha baha olanlar isə 100 lari (bizim pul ilə 54.75 AZN) edir.

4. SÜLH KÖRPÜSÜNÜN ÜZƏRİNDƏN KEÇİN-Tbilisi-Gürcüstanın gəzməli görməli yerləri

Tiflisin gəzməli yerləri üzrə növbəti yer Sülh körpüsüdür. Bu körpü gürcü vətəndaşları üçün böyük anlam kəsb etməkdədir. Hətta bəzi yerli sakinlər bu körpüdən keçməmisinizsə, Tiflisə getmədiyinizi söyləyirlər.

SÜLH KÖRPÜSÜNÜN ÜZƏRİNDƏN KEÇİN-TBİLİSİ-Gürcüstanın gəzməli görməli yerləri-Fikir.az
SÜLH KÖRPÜSÜNÜN ÜZƏRİNDƏN KEÇİN-TBİLİSİ- Gürcüstanın gəzməli görməli yerləri

Bu körpü Kür çayı üzərindən keçir. Və Tbilisinin içəri şəhəri ilə Rike Parkı birləşdirir. Körpü gecə saatlarında Gürcüstan bayrağının rəngləri ilə parlayan LED işıqlarla təchiz edilmişdir.

5. MTATSMINDA PARKINA GEDİN VƏ ŞƏHƏRİN MÖHTƏŞƏM MƏNZƏRƏSİNİ İZLƏYİN-Tbilisi-Gürcüstanda gəzməli görməli yerlər

Şəhərin ən təəccüblü mənzərəsini görmək istəyirsinizsə, Mtatsminda Parkına getməlisiniz. Tiflisin ən yüksək nöqtəsi olan bu parkda görə biləcəyiniz mənzərə nəfəs kəsicidir. Bura gün batımından zövq almaq üçün yaxşı bir yerdir. Və gənc cütlüklər üçün romantik bir məkan olaraq məşhurdur.

MTATSMINDA PARKINA GEDİN VƏ ŞƏHƏRİN MÖHTƏŞƏM MƏNZƏRƏSİNİ İZLƏYİN-TBİLİSİ-Gürcüstanın gəzməli görməli yerləri-Fikir.az
MTATSMINDA PARKINA GEDİN VƏ ŞƏHƏRİN MÖHTƏŞƏM MƏNZƏRƏSİNİ İZLƏYİN-TBİLİSİ- Gürcüstanın gəzməli görməli yerləri

Mtatsminda Parkındakı dönmə çarxdan şəhərin möhtəşəm mənzərəsini daha yaxşı görmək mümkündür. Parkta çox sayda restoran ve bar ilə yanaşı, karusel də vardır. Bu parka 124 nömrəli avtobus ilə və ya Funikulyor vaistəsi ilə gəlmək mümkündür.

6. “GÜRCÜSTANIN ANASI” HEYKƏLİNƏ KANAT İLƏ GEDİN-Tbilisinin gəzməli görməli yerləri

Tbilisi şəhərinin qədimi hissəsinin üzərində yerləşən “Gürcüstanın anası”nın heykəlinə qalxmaq mütləq bir şərtdir. Oraya çatmağın ən yaxşı yolu isə Rike Parkdan kanata minməkdir. Kanata minərək (piyada da gedə bilərsiniz) qədimi şəhərin möhtəşəm mənzərəsini görəcəksiniz. Kanatın qiyməti isə çox uzuz olub sadəcə 1 laridir (bizim pul ilə 0.55 qəpik edir).

“GÜRCÜSTANIN ANASI” HEYKƏLİNƏ KANAT İLƏ GEDİN-TBİLİSİ-Fikir.az
“GÜRCÜSTANIN ANASI” HEYKƏLİNƏ KANAT İLƏ GEDİN-TBİLİSİ

Tbilisidəki Kartvlis Dedanın 20 metrlik alüminium heykəli, Gürcüstanın milli xarakterinin mükəmməl təmsilçisidir. Bu möhtəşəm “Gürcüstanın anası” heykəli bir əlində gürcülərin azadlıqları uğrunda mübarizə əzmini simvolizə edən qılıncı, digər əlində isə qonaqpərvərliyi simvolizə edən bir qədəh şərab tutmaqdadır. “Gürcüstanın anası” heykəlinin mənası isə “Bizə dostluq niyyəti ilə yanaşanları şərab, düşmənik niyyəti ilə yanaşanları isə qılınc ilə qarşılayacağıq” deməkdir.

7. ŞƏLALƏLƏRİN ALTINDA ÜZÜN-TBİLİSİ-Gürcüstanın gəzməli görməli yerləri

Tbilisi şəhəri haqqında məlumat sahibi olan insanlara əksər hallarda şəlalələr yad gəlir. Amma ki, Tiflis şəhərində 2 şəlalə vardır. Bu iki şəlalədən biri Tbilisinin botanika bağında yerləşir. Və onun altında üzmək qadağan deyil. Buna görədə buraya gələrkən çimərlik geyimi götürməyi unutmayın.

ŞƏLALƏLƏRİN ALTINDA ÜZÜN-TBİLİSİ-fikir.az
ŞƏLALƏLƏRİN ALTINDA ÜZÜN-TBİLİSİ

Tbilisi şəhərindəki digər şəlalə isə kükürd vannasına yaxın olub, şəhərin qədimi hissəsində yerləşməkdədir. Burada isti yay günündə üzmək daha məsləhətdir. Çünki bu su heç vaxt qızmır və il boyu olduqca sərin qalır.

8. SOVET DÖVRÜNÜƏ MƏXSUS ANTİK ƏŞYALAR İLƏ DOLDURULMUŞ BAZARI ZİYARƏT EDİN-TBİLİSİ-Gürcüstanda gəzməli görməli yerlər

Bu bazara quru körpü bazarı deyilir. Və köhnə sovet dövrünün əşyalarını tapmaq üçün ən yaxşı yerdir. Rəsm əsərlərindən, sovet düymələrinə qədər hər şeyi burada tapa bilərsiniz. Kommunizm süqut etdikdən sonra yerli əhali mallarını sataraq pul qazanmaq üçün buraya gəldi. Sonradan isə bəzi insanlar üçün əsas qazanc yeri halına gəldi. Və o vaxtdan bəri bu bazarda əşyalar alıb satırlar.

SOVET DÖVRÜNÜƏ MƏXSUS ANTİK ƏŞYALAR İLƏ DOLDURULMUŞ BAZARI ZİYARƏT EDİN-TBİLİSİ-Gürcüstanın gəzməli görməli yerləri-fikir.az
SOVET DÖVRÜNÜƏ MƏXSUS ANTİK ƏŞYALAR İLƏ DOLDURULMUŞ BAZARI ZİYARƏT EDİN-TBİLİSİ- Gürcüstanın gəzməli görməli yerləri

Əgər satıcılar Tiflisə səyahət edən bir əcnəbi olduğunuzu başa düşsələr, bizdəki kimi baha qiymətə satmağa çalışacağlar. Rus və ya gürcü dilini bilən və yaxşı qiymət saldırmaq bacarığı olan dostunuz ilə getmək məsləhətdir. Bu bazar yağış yağmadığı təqdirdə həftənin hər günü saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

9. GÜRCÜSTANIN MÖHTƏŞİM TARİXİ STÜNLARI ƏTRAFINDA KEÇMİŞƏ SƏYAHƏT EDİN-Gürcüstanın gəzməli görməli yerləri

Bura, Georgia Chronicle və ya “kralların abidəsi” olaraq adlandırılan tarixi bir məkandır. Tiflis şəhərinndə yerləşən və yerli sakinlər arasında da belə çox bilinməyən bir yer olması təəccüb doğurur. Georgia Chronicle, Stonehenge’i (Stounhenc-İngiltərədə qədimi daşlardan ibarət abidə) xatırladan nəhəng sütunlardan ibarətdir.

GÜRCÜSTANIN MÖHTƏŞİM TARİXİ STÜNLARI ƏTRAFINDA KEÇMİŞƏ SƏYAHƏT EDİN-TBİLİSİ-fikir.az
GÜRCÜSTANIN MÖHTƏŞİM TARİXİ STÜNLARI ƏTRAFINDA KEÇMİŞƏ SƏYAHƏT EDİN-TBİLİSİ

Üst hissələr ölkəni idarə edən kral və kraliçalar olmaqla Gürcüstan tarixini, alt hissələr isə İsa peyğəmbərin həyatını əks etdirən səhnələrlə bəzədilib. Abidə gürcü heykəltəraş Zurab Tsereteli tərəfindən hazırlanıb. Tikinti 1985-ci ildə başlamışdır. Lakin hələ də tam olaraq hazır deyil. Abidənin qarşısında xristianlığı Gürcüstana gətirən qadın olan St Nino-nun xaçını təmsil edən bir xaç vardır.

10.TBİLİSİNİN SÜNİ YARADILMIŞ DƏNİZİNDƏ ÜZÜN-Gürcüstanın gəzməli görməli yerləri

Əsl dəniz deyil, amma olduqca yaxşı bir su anbarıdır. Və isti yay günündə çimmək üçün mükəmməl bir yerdir. 1953-cü ildə açılan dəniz yayda şəhərin istilərindən xilas olmaq istəyənlər üçün tez-tez gedilən bir məkana çevrildi. Süni gölün qayalı sahillərində restoran tapmaq çətin məsələdir. Bana görə də özünüzlə bir az yemək və su gətirməyiniz məsləhətdir.

TBİLİSİNİN SÜNİ YARADILMIŞ DƏNİZİNDƏ ÜZÜN-Gürcüstanın gəzməli görməli yerləri-fikir.az
TBİLİSİNİN SÜNİ YARADILMIŞ DƏNİZİNDƏ ÜZÜN– Gürcüstanın gəzməli görməli yerləri

Didube Metro Stansiyasından taksi ilə dənizə getmək olar. Qiymət üçün bazarlıq etməlisiniz. Amma 12 lari-dən (bizim pul ilə 6.57 manatdan) çox istəsə razı olmayın. Oraya 53 nömrəli avtobus ilə də gedə bilərsiniz. Bu sayt ilə buradan hansı avtobus xəttinin keçdiyini öyrənə bilərsiniz.

11. PROMETHEUS MAĞARASI-KUTAİSİ-GÜRCÜSTAN

Prometey Mağarası və ya Kumistavi Mağarası Kutaisi şəhərindən 20 km məsafədə Tsklatubo yaxınlığında yerləşir. 1984-cü ildə kəşf edilən mağara, Gürcüstanın təbii möcüzələrindən biridir. Və min illərdən bəri buz salxımları, mağara inciləri, yeraltı gölləri və daşlaşmış şəlalələri ilə heyrətləndirməyə davam edir.

PROMETHEUS MAĞARASI-Kutaisi-Gürcüstanın gəzməli görməli yerləri-Fikir.az
PROMETHEUS MAĞARASI-Kutaisi- Gürcüstanın gəzməli görməli yerləri

Ölkənin ən böyük mağaralarından biri hesab olunur. Lakin ərazisinin yalnız onda bir hissəsi qonaqlar üçün açıqdır. 1060 metr uzunluğundakı məsafəni gəzib-görmək təxminən bir saat çəkir. Əlavə olaraq isə 2012-ci ildən bəri mənzərəli yeraltı çayında qayıq gəzintisi təklif olunur.

Mağaranın adı Qafqaz Amirani əfsanəsindən gəlməkdədir. Rəvayətə görə, Amirani də Prometheus kimi tanrıları qəzəbləndirdi. Və mağaranın bir yerində zəncirlənməklə cəzalandırıldı. Qartallar isə gecə-gündüz ona işgəncə verərək qaraciyərini yedilər.

12. AŞİQLƏR HEYKƏLİ VƏYA DİGƏR ADI İLƏ ALİ VƏ NİNO-BATUMİ-GÜRCÜSTAN

Romantikadan danışarkən Batumi şəhərinin simvolu olan sevgi heykəlindən bəhs etməsək haqsızlıq olar. Səkkiz metrlik poladdan ibrət kişi və qadın heykəli gürcü sənətkarı Tamara Kvesitadze tərəfindən yaradılmışdır.

Tamara Kvesitadze hərəkətli sənət əsərini, 2010-cu ildə Qurban Səidin romanı əsasında, Əli və Ninonun faciəli sevgi hekayəsindən ilham alaraq hazırladı. Hekayə Romeo və Julieta-nın hekayəsinə çox oxşayır.

Hərəkətli heykəl, Azərbaycan əsilli müsəlman Əlinin və xristian əsilli gürcü şahzadəsi Ninonun arasındakı sevgini təsvir edir. Hekayə 1918-1920-ci illər arasında Azərbaycanda Bakı şəhərində baş verir.

AŞİQLƏR HEYKƏLİ VƏYA DİGƏR ADI İLƏ ALİ VƏ NİNO-BATUMİ-Gürcüstanın gəzməli görməli yerləri
AŞİQLƏR HEYKƏLİ VƏYA DİGƏR ADI İLƏ ALİ VƏ NİNO-BATUMİ- Gürcüstanın gəzməli görməli yerləri

Ailələri fərqli mədəni və dini mənsubiyyətləri səbəbi ilə sevgilərinə müqavimət göstərdilər. Amma Əli və Nino nəhayət birlikdə olmağın bir yolunu tapdılar. Lakin birinci dünya müharibəsi zamanında, Əli sovet rusiyasının işğalı zamanı öldürüldü.

Hər gün iki fiqur bir-birinə doğru yaxınlaşır. Ancaq qısa bir müddət qucaqlaşandan sonra heykəllər bir-birindən uzaqlaşırlar. Heç vaxt təmamilə birləşə bilmirlər. Heykəllər rəngli işıq effektləri ilə işıqlandırıldığı üçün axşam vaxtı daha yaxşı görünürlər.

Əgər Rusiyaya səyahət etmək barədə fikirləşsəz, Rusiya səyahət planı haqqındakı yazımızı da oxuya bilərsiniz.

1 thoughts on “Gürcüstanın gəzməli görməli yerləri-siyahı, foto və xəritə”

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir