fbpx
Kompüter Qurğuları - www.fikir.az

Kompüter Qurğuları

Öncəki mövzumuzda Avadanlıqlardan bəhs etmişdik. Avadanlıqlardan söz düşmüşkən indi isə texnoloji avadanlıqlardan danışaq. Burada texnoloji avadanlıqların alt sinifi olan İT avadanlıqlarından danışacağıq. Daha dəqiq desək İT cihazların bir qolu olan kompüterlər və kompüter qurğuları mövzusundan bəhs edəcəyik. İlk öncə “İT” termini açılışı haqqında bəhs edək.

İT nədir?

İT” sözünün mənası “İnformasiya Texnologiyaları” mənasına gəlir.

İnformasiya nədir?

“İnformasiya” sözünün mənası “məlumat” deməkdir. Texnologiya sahəsində isə İnformasiya dedikdə, burada məlumat sözünün əvəzinə “verilənlər” və ya “data” terminlərindən də istifadə olunur.

İnformasiya Texnologiyaları sahəsində isə ən çox kompüterlər və kompüter qurğuları istifadə olunur. Kompüter qurğularına keçməzdən əvvəl kompüterin özünün nə olduğunu öyrənək.

Kompüter nədir?

İnformasiyanı emal edən elektron cihaza “kompüter” deyilir. Kompüter, məlumatı göndərmək, almaq, toplayıb saxlamaq, üzərində dəyişikik etmək və ya silmək kimi əməliyyatların icra edilməsində mühüm rola malikdir.

Bütün ağıllı cihazlar o cümlədən kompüterlər 2 əsas komponentdən ibarətdir. “Hardware” və “Software”.

Hardware nədir?

Kompüterin fiziki hissələrinə Hardware deyilir. Fiziki dedikdə kompüterin əl ilə tutula bilən parçaları və ya vacib olan detalları nəzərdə tutulur. Bu detallar kompüterin işləyə bilməsi üçün böyük əhəmiyyətə malikdir. Vacib detallar ilə yanaşı əlavə köməkçi hissələr də varki bunlara isə qurğular deyilir. Bu qurğular kompüterə qoşularaq işlədiyi üçün belə qurğulara kompüter qurğuları deyilir. Kompüterə qoşulan əlavə qurğular köməkçi qurğular adlanır. Köməkçi kompüter qurğularına Periferiya Qurğuları deyilir.

Hardware dedikdə kompüterin daxilindəki kompenentlər nəzərdə tutulduğunu öyrəndik. İndi isə bu komponentlərdən əsas olanlarına dair aşağıda bir neçə nümunə göstərək:

Ana Plata (Ana Lövhə);

CPU (Prosessor);

Hard Drive (Daimi Yaddaş);

Ram (Əməli Yaddaş);

Enerji Təchizatı Bloku;

Genişləndirmə Kartları (Şəbəkə Kartı, Video Kart, Səs Kartı);

Bluetooth Kartı (və ya Bluetooth Adapteri).

Kompüterin Hardware hissəsi haqqında hələlik bu qədər kifayətdir. İndi isə keçək kompüterin Software hissəsindən qısaca bəhs edək.

Software nədir?

Kompüterin proqram təminatına Software deyilir.

Proqram Təminatı nədir?

Kompüter və periferiya qurğularına, nəyi və necə ediləcəyini söyləyən, kodlaşdırılmış təlimatlar toplusuna proqram təminatı deyilir.

Periferiya Qurğuları nədir?

Köməkçi kompüter qurğularına Periferiya Qurğuları deyilir. Periferiya Qurğuları 3 yerə bölünür:

Giriş Qurğuları;

Çıxış Qurğuları;

Həm Giriş və həm də çıxış qurğuları.

Köməkçi kompüter qurğularına dair aşağıda bir neçə nümunə göstərək:

Monitor;

Klaviatura;

Maus;

Touchpad (trackpad);

Printerlər;

Skanerlər;

Səs ucaldıcılar;

Qulaqcıqlar;

Mikrofonlar;

Kameralar;

Oyun konsolları və joystiklər (oyun çubuğu və ya oyun pultu).

istinad.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir