Şəbəkə Avadanlıqları - www.fikir.az

Şəbəkə Avadanlıqları

Əvvəlki yazılarımızda kompüter qurğularından bəhs etmişdik. Bu yazımızda isə kompüterlərin bir-biri ilə əlaqə yarada bilməsi üçün istifadə olunan şəbəkə avadanlıqları haqqında məlumat verəcəyik. Kompüterlər və texnoloji qurğular arasında yaradılan əlaqəyə internet əlaqəsi deyilir. İnternet əlaqəsini yaratmaq üçün istifadə olunan avadanlıqlara isə şəbəkə avadanlıqları deyilir.

Şəbəkə avadanlıqları nə üçün lazımdır? Şəbəkə avadanlıqları kompüterləri bir-birinə bağlamaq, məlumat trafikini idarə etmək, internetə çıxışı genişləndirmək və şəbəkə daxilində təhlükəsiz və səmərəli rabitəni təmin etmək üçün lazımdır.

Şəbəkə qurğuları kompüter şəbəkəsindəki avadanlıqların bir-biri ilə əlaqə saxlamasına və qarşılıqlı əlaqəsinə imkan verən fiziki qurğulardır. Qovşaqlar, təkrarlayıcılar, körpülər, açarlar, marşrutlaşdırıcılar, şlüzlər və brouterlər kimi şəbəkə cihazları şəbəkədəki məlumat axınını idarə etməyə və yönləndirməyə kömək edir. Onlar məlumat ötürülməsinə nəzarət etməklə, siqnalları gücləndirməklə və müxtəlif şəbəkələri birləşdirməklə bağlı cihazlar arasında səmərəli əlaqə yaratmağa imkan verir. Hər bir cihaz sadə məlumat ötürülməsindən tutmuş şəbəkələr arasında mürəkkəb yönləndirmələrə qədər xüsusi rol oynayır. Bu yazıda müxtəlif növ şəbəkə cihazları haqqında qısa məlumat qeyd edəcəyik.

Şəbəkə cihazları iki qrupa ayrılır: aktiv şəbəkə cihazları və passiv şəbəkə cihazları.

Aktiv şəbəkə avadanlıqları elektriklə çalışan, siqnalları gücləndirən, çevirən və ya digər funksiyaları yerinə yetirən avadanlıqlardır. Başqa sözlə aktiv şəbəkə avadanlıqları siqnalları qəbul edir və xüsusi alqoritimlər əsasında emal edərək yönləndirir.

Passiv avadanlıqlar isə elektrik ilə işləmir. Sadəcə aktiv şəbəkə avadanlıqlarından çıxan siqnalların göndərilməsi və ya qəbul edilməsi üçün ötürücü kanal rolunu oynayırlar.

Aktiv şəbəkə avadanlığına missal olaraq kompüterin internetə qoşulması üçün kompüterin daxilndə yerləşən şəbəkə kartını nümunə göstərə bilərik. Passiv şəbəkə avadanlığına nümunə olaraq çöldən evə daxil olaraq wifi olaraq adlandırdığımız router avadanlığına birləşən internet kabelini missal göstərə bilərik.

Şəbəkə qurğularının funksiyaları:

Şəbəkə qurğuları, müxtəlif cihazların öz aralarında məlumat göndərməsinə və qəbul etməsinə kömək edir. Bu qurğular şəbəkəyə effektiv və təhlükəsiz qoşulmanı təmin edir. Bununla yanaşı şəbəkə sürətini artıraraq məlumat axınını daha yaxşı idarə edir. Həmçinin girişə nəzarət etdiyi üçün kiber təhdidlərin qarşısını alaraq şəbəkəni qoruyur. Və şəbəkə əhatəsini genişləndirərək siqnal problemlərini həll edir.

Ümumi şəbəkə avadanlıqları növləri və funksiyaları:

Şəbəkə cihazları məlumat ötürülməsi üçün iki cihaz arasında vasitəçi kimi işləyir və buna görə də kompüter şəbəkəsinin fəaliyyətində çox mühüm rol oynayır. İndi isə müasir şəbəkələrdə istifadə olunan bəzi ümumi şəbəkə cihazlarını sadalayaq:

NIC (Network Interface Card – Şəbəkə interfeys kartı) – Şəbəkə İnterfeysi Kartı və ya qısaca “NIC” adlandırılan detalın daxilində daxilində? Protokola nəzarət proqramı yerləşir. Bu detal Media Access Control olaraq adlandırılan MAC adresleri dəstəkləyir. Başqa sözlə NIC kompüterlərin internetə qoşulmasına imkan verən elektron şəbəkə kartıdır.

Modem – Modem termini Modulyator və  Demodulyator sözlərinin birləşməsindən yaranmışdır. Modem kompüterdən gələn rəqəmsal siqnalları analoq siqnallara çevirərək, telefon xətləri üzərindən ötürüə bilən cihazdır.

Hub (Mərkəz) – Bütün şəbəkə cihazlarını eyni bir şəbəkədə birləşdirən cihazdır. Hub cihazı çoxlu porta sahibdir. Ethernet bağlantıları bu portlar vaistəsilə HUB cihazına qoşula bilir.

Switch (Şəbəkə Açarı) – Hub ilə bənzərlik təşkil edir. Ancaq switch, hubdan daha ağıllı bir cihazdır. Switch, MAC ünvanlarını saxlaya bilir. Və buna görə də daxil olan məlumat paketlərini bütün bağlantılara yaymaq əvəzinə, onları hədəf MAC ünvanı olan cihaza yönləndirir. Bu, hub və switch arasındakı ən böyük fərqdir. Sviçlər, şəbəkədəki lazımsız trafiki azaltdıqları üçün onlara daha çox üstünlük verilir.

Router (İstiqamətləndirici və ya Yönləndirici) – Hub və Switch cihazları IP ünvanlarını oxuya bilmir. Yerli şəbəkədən kənar başqa bir şəbəkə ilə, məsələn, İnternetlə məlumat mübadiləsi etmək istədiyiniz zaman, bir IP ünvanı lazımdır. Və bu zaman bizim köməyimizə çatan cihazın adı router adlanır.

Access Point (AP) (Giriş Nöqtəsi) – Şəbəkədən gələn siqnalları daha uzaq nöqtələrə simsiz paylaşmaq üçün istifadə edilən avadanlıqa Access Point deyilir.

Firewall (Təhlükəsizlik Divarı) – anlamına gəlməkdədir. Firewall, daxil olan və gedən şəbəkə trafikini izləyir. İzləmə zamanı şəbəkəyə sızmaq istəyən zərərli proqram aşkar edərsə, icazəsiz giriş cəhdlərini avtomatik süzgəcdən keçiririb bloklayaraq təhlükəsizliyi təmin edir.

Repeater (Siqnal təkrarlayıcı) İnternetin sürətini pozmadan daha uzun məsafələrə daşıyan cihaza, siqnal təkrarlayıcı deyilir. İş prinsipinə görə təkrarlayıcı siqnalları bir seqmentdən digərlərinə ötürür. Binanın genişliyindən asılı olaraq, internet siqnalının zəyif qaldığı yerlər ola bilər. Təkrarlayıcı ilə binanın zəif olan nöqtəsindəki siqnalı və ya çox aşağı olan siqnalı daha yüksək səviyyəyə qaldıra bilərsiniz.

Bridge (Körpü) – Körpünün məqsədi iki müxtəlif şəbəkəni birləşdirməkdir. Bridge məlumatların ünvanını yoxlayır. Və məlumatların ünvanı şəbəkədəki bir ünvan ilə uyğun gələrsə, məlumatın o şəbəkəyə keçməsinə icazə verir. Əks halda isə məlumatın şəbəkəyə keçməsinə icazə vermir.

BRouter – Açılışı Bridge Router (Körpü Yönləndiricisi) deməkdir. Bu cihaz həm Bridge-in, həm də Routerin xüsusiyyətlərini özündə birləşdirən cihazdır. O, şəbəkələr arasında paketləri yönləndirə və yerli şəbəkə trafikini filterliyə bilər.

Gateway (Şəbəkə keçidi və ya Şlüz) – Şəbəkələr arasında texnoloji fərqi aradan qaldıran qurğuya Gateway deyilir. Routerlər eyni texnologiyaya malik olan şəbəkələr arasında istifadə olunurdu. Gateway isə fərqli texnologiyaya malik olan şəbəkələr arasında istifadə olunur.

istinad.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir