Avadanlıqlar və qurğular öz daxilində “Qurğu”, “Cihaz”, “Maşın” və “Avadanlıq” kimi terminləri birləşdirir. Bu texnologiya terminləri bəzən bir-birinin yerinə istifadə edilə bilir.
Qurğu nədir?
Qurğu, başqa sözlə bəzən cihaz olaraq da adlandırıla bilir. Qurğular, müəyyən bir məqsəd üçün yaradılmış cihazlar və ya əşyalardır. Qurğular elektrik enerjisinə ehtiyac olmadan mexaniki formada da çalışa bilir. Sadə və ya mürəkkəb, mexaniki və ya elektron ola bilər. Və günlük həyatımızda istifadə etdiyimiz çox məqsədli əşyaları əhatə edir.
Avadanlıq nədir?
Avadanlıq başqa sözlə maşın olaraq da adlandırıla bilir. Avadanlıqlar cihazlardan və qurğulardan daha mürəkkəb quruluşa malik olur. Avadanlıqlar müəyyən bir işi həll etmək üçün birlikdə çalışan birdən çox parçaya sahibdir. Və hərəkətə gətirilməsi üçün elektrik enerjisinə ehtiyac duyulur. Avadanlıqlar başqa sözlə qurğular və cihazlar toplusundan ibarət bir kompleks struktur kimi də başa düşülə bilər.
Avadanlıqlar və qurğular arasındakı fərqlərin müqayisəsi
Müqayisələr | Qurğular | Avadanlıqlar |
Məqsədləri və Funksiyaları | Qurğu, avadanlığın bir hissəsi olub müəyyən bir məqsəd və ya funksiyanı yerinə yetirmək üçün hazırlanmışdır. | Avadanlıqlar, sadədən mürəkkəbə qədər müxtəlif işləri yerinə yetirə bilər. Avadanlıq, müəyyən bir işi yerinə yetirmək üçün mexaniki və ya elektrik enerjisinə ehtiyac duyur. Və bir çox funksiyaları özündə cəmləşdirə bilər. |
Ölçüləri | Qurğular əldə və cibdə daşınacaq qədər kiçik protativ ölçülərdə ola bilir. | Avadanlıqların əsasən ölçüləri böyük, kütlələri isə ağır olur. Və daşınması üçün əlavə daşıyıcı qurğular tələb oluna bilər. |
Mürəkkəblilik Dərəcəsi | Qurğular əsasən sadə istifadə təlimatına malikdir. | Avadanlıqlar təyinatdan asılı olaraq orta və ya mürəkkəb səviyyədə ola bilər. |
Nümunələri | Printer cihazı (Yazını çap etmək üçün kompüterə qoşularaq istifadə olunan çap qurğusu) | Server (Kompüter istifadəçilərinə şəbəkə üzərindən resurslar, məlumatlar, xidmətlər və ya proqramlar təqdim edən kompüter sistemi avadanlığı) |
İstifadəsi Təyinatı | Qurğular əsasən şəxsi və ya kommersiya məqsədləri üçün istifadə edilir. | Avadanlıqlar əsasən mexaniki, sənaye, avtomatlaşdırma və ağır istehsal sahələrində tətbiq olunur. |
Avadanlıqları istifadə dairəsinə görə texnoloji avadanlıqlar, İT avadanlıqları, istehsalat avadanlıqları, biznes avadanlıqları və sair formada qruplaşdıra bilərik. Qurğuları isə kompüter qurğuları, məşiət texnikası, texniki qurğular, elektron qurğular və sair formada qruplaşdırmaq olar.