fbpx
Mexatronika Və Robototexnika Mühəndisliyi Haqqında Məlumat - www.fikir.az

Mexatronika və Robototexnika Mühəndisliyi Haqqında Məlumat

Mexatronika və Robototexnika Mühəndisliyi nədir? 

Mexatronika ixtisası 2 terminin (“MEXAnika” + “elekTRONİKA” = MEXATRONİKA) kombinasiyası əsasında yaranmışdır. 1969-cu ildə “Mexatronika” termini Yapon firması “Yaskava Electric” tərəfindən istifadə olunmuşdur. Və 1972-ci ildə bu termin ticarət markası kimi qeydiyyatdan keçirilmişdir. Mexaniki və elektron kompanentlər əsasında fəaliyyət göstrən sistem və qurğuların yaradılmasına və avtomatlaşdırılmasına həsr olunmuş elm və texnikanın bir sahəsinə “Mexatronika” mühəndisliyi deyilir. “Robot” sözü isə elmi texniki ədəbiyyata 1921-ci ildən Çex dramaturqu K. Çapek tərəfindən yazılmış “Rossumlu universal robotlar” pyesindən gəlmişdir. Robot sözü çex və rus dilindəki “robota” işləmək, monoton, ağır iş mənasını bildirir.

Mexatronika ixtisasının üstünlüyü nədədir?

Robototexniki Sistemlər Mühəndisliyi - www.fikir.az
Robototexniki Sistemlər Mühəndisliyi

Mexatronika mühəndisliyi öz bünövrəsində bir-neçə ixtisasın üzərində qurulmuşdur. Buna görədə mexatronika ixtisasına yiyələnməklə bir-neçə ixtisas (Mexanika, Elektronika, Elektrik, Komputer Proqramları və s.) haqqında biliklərə də yiyələnmiş olacaqsınız. Həmçinin robotların komputerləşdirilməsi, idarə edilməsi, avtomatlaşdırılması və proqramlaşdırılması üçün müəyyən proqlamları və proqramlaşdırma dillərini də öyrənəcəksiniz.

Robototexnika mühəndisliyində istifadə olunan proqramlar hansılardır?

Robototexnika mühəndisliyində istifadə olunan komputer proqramları tətbiq olunacaq sahəyə görə dəyişiklik göstərdiyi üçün sayı çoxdur. Lakin bunların içində Python, Matlab, Arduino kimi proqramları bilmək sizə ilkin mərhələdə kömək edəcəkdir.

Mexatronika və Robototexnika Mühəndisliyi ixtisası xanımlar üçün uyğun ixtisas sayılırmı?

Hər nə qədər robotlar mexaniki hissələrdən ibarət olsada sonda o mexaniki hissələrin yığımasından ortaya çıxan robotu avtomatlaşdırmaq üçün komputer-proqram bilikləri olan mühəndisə ehtiyac vardır. Və proqramlarla işləmək fiziki iş deyildə zehni iş tələb etdiyindən xanımlarda bu sahədə işləyə bilirlər.

Mexatronika mühəndisliyi tələbatlı ixtisas sayılırmı?

21-ci əsrdə getdikcə bütün sahələrdə insan faktorunun minumuma endirilməsi və əksər işlərin robotlardan istifadə edilərək avtomatlaşdırıldığını nəzərə alsaq bu sahənin təlabatlı bir sahə olduğunu anlaya bilərik. Həçminin robotlaşma tendensiyasının hər gün dahada artması faktı gələcəkdə bu ixtisasın ən prestijli ixtisaslardan biri olacağını deməyə imkan verir.

Mexatronika və Robototexnika Mühəndisliyi ixtisası hansı universitet tərəfindən tədris olunur?

Mexatronika mühəndisliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən tədris olunmaqdadır. Əvvəlki adına Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) deyilirdi. Həmçinin bu universitet yaşlı nəsil tərəfindən (AZİ) olaraq da adlandırılır. “Mexatronika və Robototexnika mühəndisliyi” ixtisası “Kompüter mühəndisliyi” kafedrasının tabeliyindədir. “Kompüter mühəndisliyi” kafedrası isə “İnformasiya Texnologiyaları və İdarəetmə” fakültəsinin tabeliyindədir.

İxtisasın tədris planı haqqında ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.

Sizə təhsil və karyera həyatınızda müvəffəqiyyət arzu edirik.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir