fbpx
Poliqrafiya Nədir?

Poliqrafiya nədir?

Çap məhsulları üzrə çalışılan sənaye sahəsinə poliqrafiya deyilir.

Poliqrafiya sektoru çap məhsullarının istehsalı sahəsidir. Paliqrafiya məhsullarının istehsal olunduğu müəssisə isə həmçinin mətbəə olaraq da adlandırıla bilir.

Mətbəə materiallar üzərində loqo, rəsim, yazı və müxtəlif qrafik elemetləri xüsusi avadanlıqlar və texnologiyalarla çap edən müəssisədir. Mətbəə dedikdə əsasən kağız məhsullarının üzərində çapların edilməsi göz önünə gəlir.

Paliqrafiya isə mətbəə kimi sadəcə kağızlar üzərində deyil, istənilən materialın üzrində çap etməklə bağlı fəaliyyət göstərir. İnformasiya Kommunikasiya Texnologiyalarının imkanlarından geniş istifadə edilən bu sahədə poliqrafiya avadanlıqlarının işləmə prinsipləri və mövcud texnologiyaların tətbiq edilməsi öyrənilir. 

Poliqrafiya mühəndisi, istehsalatda lazım olan istehlak materialların xüsusiyyətlərini, avadanlıqların və proqram təminatının standartlara uyğun olmasını təmin edir. Poliqrafiya mütəxəssisi istehsalın hər mərhələsini izləyir. Məhsulları qüsurlu olub-olmadığını yoxlayır. İş zamanı çap məhsullarının istehsalı üçün texnoloji proseslər və avadanlıqların texniki xüsusiyyətləri barədə bilikləri tətbiq edir.

Sifarişi aldıqdan sonra məsul mütəxəssis onu istehsalata hazırlayır. Formatı, istehlak materiallarını hesablayır. Və xüsusi kompüter proqramlarında dizaynı hazırlayır.

Dizayn hazırlandıqdan sonra çapa göndərilməzdən əvvəl yoxlanılıb təsdiq etməsi üçün müştəriyə göndərilir. Müştəri hər yazılanı diqqətlə yoxlayıb hərşeyin düzgün olduğuna əmin olduqdan sonra sifarişi təsdiq edir. Və təsdiq alındıqdan sonra nəhayət iş çapa göndərilir.

📧E-Mail: [email protected]

instagram: fikir.reklam.1

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir