fbpx
Hallowen Bayramı Haqqında Məlumat 1.2 - www.fikir.az

Hallowen Bayramı Haqqında Məlumat

Hallowen Bayramı Nədir?

Hallowen Bayramı Azərbaycan dilində “Hellouin” olaraq adlandırılan balqabaqlar gününə deyilir. Balqabaqlar (boranılar) günü adlanmasının səbəbi isə balqabağın “Helloui”nin əsas atributlarından biri hesab olunmasıdır.

Xüsusi bayram günlərini adət-ənənələrimizə uyğun qeyd etdikdə əcdadlarımızın bizə buraxdığı mirası gələcək nəsillərə ötürmüş oluruq. Belə bayramlarda hər kəs əyləncəli vaxt keçirərək yadda qalan xatirələr toplayır. Dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən “Halloween” də bu bayramlar sırasındadır.

Hallowen Bayramı nə vaxtdır?

Hallowen Bayramı 31 oktyabr tarixində qeyd olunur. Bayramın əsas simvolu Cek fənəri sayılır. Yaxşı bəs Cek fənəri nədən hazırlanır? Cek fənəri içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır. Və balqabağın içinə şam qoyulur.

Britaniyada orta əsrlərdə insanlar evləri gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu. Çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə hallowen bayramını qeyd edirlər.

Halloween Bayramının tarixi

Uşaqdan böyüyə hər kəs tərəfindən sevilən bu boranılar bayramının meydana gəlməsinin çox maraqlı tarixi vardır. Hellouin bayramı xristian dininə məxsus olduğundan, müsəlmanlar bu haqda çox məlumatlı deyillər. İngilis dilinin Oksford lüğətinə görə,  “Hellouin” sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan “All-Hallows-Even” (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb. 2000 il əvvəl, əsasən, İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edilirdi. Bu gün yazın sonu, qışın başlanğıcı olaraq görülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli hesab edirdilər.

“Amerika Ensiklopediyası”nda isə qeyd olunur ki, “Hellouin” ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir. Və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır. İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan Kelt tayfalarının ili iki hissəyə bölürdülər. Yay fəsli və qış fəsli. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu həm də yeni ilin başlanğıcı hesab olunurdu.

Hellouin kostyumu ilk dəfə 1895-ci ildə Şotlandiyada qeydə alınıb. Hellouin bayramı zamanı uşaqlar cadugər paltarında bizim novruz bayramına bənzər formada qapıları döyərək şirniyyat yığırlar. Bayram alma yığımı vaxtına düşdüyünə görə, əsas şirniyyatları alma ilə hazırlanır. Ev sahibləri heç nə verməyəndə, onlara hədə-qorxu gəlirlər. Bundan başqa, insanlar Hellouin zamanı bəzi qorxuducu oyunlar oynayır və falçılıq ilə məşğul olurlar. Hellouinin mühüm ənənələrdən biri qorxulu attraksionlardır.

Halloween Bayramının digər bayramlardan fərqi nədir?

Balqabaqlar bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Rəvayətə görə həmin gün digər dünyalar və bu dünya arasındakı portallar açılır. Neopaqanizm portalların açılması hadisəsini “Samheyn” adlandırırdı. Və ruhlar bu portallardan bizim dünyamıza keçirlər. Bütpərəst keltlər ölmüş yaxınlarının ruhlarından savayı dünyamıza keçmək istəyən təhlükəli ruhları qorxutmaq üçün tədbir görərdilər. Məsələn həmin gecə evdə ocağı söndürərdilər. Və heyvanların başı və dərisi kimi qorxuducu geyimlər geyər, tiksindirən makiyajlar edər və öz qorxunc görkəmləri ilə pis ruhları qorxutmağa çalışardılar.

“WorldBook” ensiklopediyasında qeyd olunur ki, balqabaq bayramının kökləri 2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayrama gedib çıxır. Keltlər inanırdılar ki, boranı bayramında ölülərin ruhları diri insanlar arasında gəzib-dolaşa bilir. Və dirilər ölülərin ruhlları ilə əlaqə qura bilərdilər. “Halloween” bayramında olan “haunted” çağırışlarının da səbəbi bununla əlaqədərdir. Keltlər o biri dünyadan gələn bu ruhların həm də kahinlərin gələcək haqqında proqnoz verməsini asanlaşdırdığına inanırdılar. Bayram zamanı insanlar nəhəng tonqallar ətrafında toplaşaraq məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verirdilər. Onlar bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.

Helloin bayramı hansı dəyişikliklərə məruz qaldı?

Kelt torpaqları 400 il Roma İmperiyasının işğalı altında qaldı. Bu müddətdə romalıların 2 bayramı “Samayn” bayramı ilə birləşdirildi. Və bununla da bayram adətlərinə bir sıra əlavə və dəyişikliklər olundu. Məsələn, qadınların həyat yoldaşlarının kim olacağını görmək üçün alma dilimləri ilə fala baxması romalıların bayramlarından keçmiş bir adətdir. Bu bayram bütpərəstlərin bayramı olduğu üçün xristianlar onlara təsir edərək ənənələrini əritməyə çalışırdılar. Hazırkı “Halloween” bayramında xristianlıq çalarlarının olmasının səbəbi də budur. Məhz xristianların təsiri sayəsində bu bayram daha da məşhurlaşaraq bütün dünyada xüsusi bir gün olaraq qeyd edilməyə başladı.

“Halloween” kökünü “Samayn” bayramından götürsə də, tarixən dəyişikliklərə məruz qaldı və təkamül nəticəsində müasirləşdi. Əvvəlki dövrlərin mistik ritualları daha yüngül əyləncə və oyunlara çevrildi. Məsələn, kostyumlar müqəddəslərə hörmət kimi başlasa da, hazırda yalnız əyləncə xarakterlidir. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək qapı-qapı gəzib şirniyyat və ya konfet yığırlar. Ev sahibi heç nə verməyəndə isə qorxulu geyimləri ilə onlara hədə-qorxu gəlirlər. Statistikaya əsasən, ABŞ-da hər il satılan bütün konfetlərin dörddə biri “Halloween” üçün alınır.

Hallowen Bayramı dünyaya necə yayıldı?

İrlandiyada 1846-cı ildə yaşanan kartof qıtlığı, çox sayda İrlandiyalının Amerika’ya köç etməsinə səbəb oldu. Bu insanlarla bərabət Hellouin Bayramı da dünyada yayılmağa başladı. Bu bayram əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, həmçinin Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.

Hellounin Amerika Birləşmiş Ştatları və Kanadada XIX əsrdən fəal qeyd olunması, ABŞ mədəniyyətinin güclü təsiri altında dünyada yayılmasına səbəb oldu. Lakin bu bayramın bəzi regional fərqliliklər var. Məsələn, İrlandiyada bayramda genişmiqyaslı fişəng və tonqalların təşkil etməsi adət olsa da, Şotlandiyada bu adət keçirilmir.

Yaponiyada bayram ərzində maksimum şənlənmək üçün hətta küknar ağacı da bəzədilir. Oktyabrın 31-də noyabrın 1-nə keçən gecə müxtəlif qorxulu paltarlar, geniş populyarlıq qazanmış anime və cizgi qəhrəmanlarının uniformalarını geyinmiş, maskalar taxmış gənclər biri-birini əyləndirir və səhərə qədər şənlənirlər.

2014-cü ildə Fransanın Vandarq kommunasının meri Pyer Düdyözer cənubi Fransa kəndində 13 yaşdan böyüklərin kloun kimi bəzənməsini qadağan edib. Klounlar öz hərəkətləri ilə uşaqları, hətta böyükləri qorxutduğu üçün şəhər rəhbərliyi belə bir göstəriş verdiyini açığlayıb.

Digər bayramlar kimi, Hellouinində öz tanınmış mahnıları və mövzulu musiqisi var. ABŞ pop müğənnisi Bobbi Pikketin “Monster Mash” mahnısı musiqi tənqidçilərinin fikirlərinə görə, Hellouinin özünə məxsus himnidir. Digər bir məşhur mahnı Denni Elfmanın Milad Gecəsi Kabusu filminə yazılmış “This is Halloween” mahnısı sayılır. Çox zaman Hellouin bayram qeyd olunması zamanı qorxulu attraksionlar üçün ambient janrında atmosferik kompozisiyalar istifadə olunur. Hellouin bayramı mövzusuna bir çox qorxulu filmlər həsr olunub. 1969-cu ildə Britaniya yazıçısı Aqata Kristi dramaturq Pelam Vudhauza “Hellouində ziyafət” romanını bu bayrama həsr etmişdir.

Hallowen bayramında nə edilir necə qeyd edilir?

Hər il oktyabrın 31-də dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə keçirilən Hallowen Bayramı dini cəhətdən ölkəmizdə hələdə bəziləri tərifindən çox sevilmir. Azərbaycanda “Hellouin” dini cəhətdən ekzotik və mübahisəli bayram sayılır. Yəni qeyd etmirlər. Bəziləri isə əyləncəli xarakterinə görə “Halloween”i çox sevir. Bizim ölkəmizdə bütün mağazalarda olmasa da, bəzi mağazaların vitrinlərində “Halloween” konseptini görə bilərik. Bununla bağlı müxtəlif tədbirlər keçirilir və iştirak edənlərin sayı ildən-ilə artmaqdadır.

Hallowen günü bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir. Bayram günündə geyiniləcək xüsusi kostyumlar seçilir. Uşaqlara vermək üçün konfetlər və şirniyyatlar alınır. Marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır. Şirniyyatlar bu rəmzlərin formasında hazırlanır. Bu günü maraqlı şəkildə qeyd etmək üçün tədbirlər planlanır və keçirilir. Evlərin önü, tədbir keçiriləcək yerlər, mağazaların vitrinləri, sinif otaqları və iş yerlərinin pəncərələri, bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet və balqabaq tipli “Halloween” bayramı üçün çap olunan yapışqan stikerlər ilə bəzədilir.

Gəlin, dini baxımını, mənşəyini və s. kənara qoyaq və biz yalnız əyləncəli tərəfinə köklənərək bu günü maraqlı şəkildə keçirmək üçün hazırlanaq. “Qorxulu Halloween” gəlir. Hər birinizə qorxulu, heyrətamiz və əyləncəli “Halloween” arzu edirik.

Mənbələr:

Wikipedia

Yeniazerbaycan

İkisahil

BBC

Halloween Bayramı üçün yapışqan stiker hazırlanması sifarişi – Fikir Reklam – 050 879 91 11

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir