fbpx
Google Axtarış Alqoritmləri fikir.az

Google Axtarış Alqoritmləri

Axtardığımız hər suala cavab tapan, texnologiya nəhəngi google ilə daha yaxından tanış olağ. Ondan soruşduğumuz suallara usanmadan cavab tapmağa çalışan google bu müdrükliyini alqoritmlərə borcludur. Google daxilində çalışan çoxlu sayda alqoritm olsada, biz bu gün sadəcə bir-neçə google axtarış alqoritmləri üzərindən qısaca keçəcəyik.

Google Axtarış Alqoritmləri
Google Axtarış Alqoritmləri

Panda alqoritmi:

2011-ci ildə Google tərəfindən aktiv olunan bu yenilənmə, aşağı keyfiyyətli məzmuna malik saytları cəzalandırmaq və yüksək keyfiyyətili məzmuna malik saytları mükafatlandırmaq məqsədi daşıyırdı.

Pinqivin alqoritmi:

2012-ci ildə aktiv olunan bu yenilənmə, Black Hat SEO texnikalarını tətbiq edərək Google yönləndirmələrini aldadmağa çalışan fişinq saytlarını aşkar etmək məqsədi daşıyırdı.

Pigeon alqoritm:

Bu yenilənmə ilə google yerli axtarışları daha təsirli və əlaqədər etməyi hədəfləyir. Belə ki, sorğu zamanı axtarış edilən məkan nəzərə alınır və həmin əraziyə uyğun həllər göstərilir.

Hummingbird alqoritm:

Pinqivin yenilənməsindən sonra Google-da axtarış alqoritminə yenidən baxıldı. Açar sözlər məzmun üçün daha uyğun hala gətirildi. Və açar sözlər, istifadəçi təcrübəsinə inteqrasiya edilərək daha faydalı bir səviyyəyə gətirildi. Bu yenilənmədən sonra sıralama açar sözlərin sayına görə deyil, bu açar sözlərin məzmuna uyğunluğ dərəcəsinə görə qiymətləndirildi.

Mobilegeddon alqoritm:

Smartfonların insanların həyatında mühüm bir nöqtəyə çatması ilə Google istifadəçilərinin əksəriyyəti mobil telefona üz tutdu. Beləliklə, Google mobil axtarışı daha da inkişaf etdirməyə ehtiyac duydu. Mobilegeddon yeniləməsi bu ehtiyaca uyğun bir şəkildə təqdim edildi. Bu yeniləmə ilə Google-un məqsədi veb saytların mobil uyğunluğunu artırmaqla mobil istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirmək idi.

Fred alqoritmi:

2017-dən bəri tətbiq olunan bu alqoritm “qara papaq seo” texnikaları tətbiq edərək sayt daxilinə yerləşdirilmiş reklamlarla “aqressiv şəkildə pul qazanmağ” istəyənlərin qarşısısını almağı hədəfləyir. Beləki bu saytlarda reklamların çoxluğu və nizamsız olması saytdakı məzmunun oxunmasını çətinləşdirir.

RankBrain alqoritm:

İstifadəçinin axtarış sorğusunun mümkün niyyətini daha yaxşı anlayan və təxmin edə bilən bir sistemdir. 2015-ci ilin yazında aktiv edildi, lakin həmin ilin oktyabrın 26-dək elan edilmədi. Maşın dilinə əsaslanan və özü-özünə öyrənə bilən süni intellekt sistemdir.

Mənbə:

SEO yönümlü məzmun yaratmaq-google alqoritmlərinə uyğun

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir