fbpx
QR Kod menyu nədir Restoran üçün təmassız rəqəmsal menyu-Fikir.az

QR Kod menyu nədir? Restoran üçün rəqəmsal menyu

QR Kod menyu, rəqəmsal marketinq strategiyalarınızı gücləndirmək üçün istifadə olunan bir texnologiyadır. İlk dəfə Japoniyada 1994-cü ildə Denso Wave şirkəti tərəfindən icad edilən QR Kodlar, nəqliyyat vasitələrinin istehsal proseslərini izləmək üçün istifadə edilmişdir.

QR Kod nədir?

QR (Quick Response-Sürətli Cavab) Kodlar istifadəçiləri web sayta və ya öncədən müəyyyən olunmuş fəaliyyət planına yönləndirən 2D formatında skan edilə bilən barkodlardır.

2011-ci ildə QR Kodların populyarlaşması mağazalarda tətbiq olunması ilə daha da artdı. Bununla belə, istifadəçilərin QR kodları oxuda bilməsi ilə bağlı çoxsaylı problemlər var idi. Əksər istehlakçıların interneti çox yavaş idi, smartfonlar yox idi. Və hətta smartfonları olanlar belə, QR kodu skan etmək üçün proqramlar yükləməli olurdular.

Milyonlarla insan tərəfindən istifadə olunan QR kodlar, artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Çünki smartfonlar eyni şeyi edə bilir. Apple və Android, smartfonlarda kamera proqramına QR kodları skan etmə imkanı əlavə edib.

QR Kodlardan 2021-ci ildə istifadənin artması təkcə çox yönlülüyünə görə deyil, həm də pandemiya dövrünün tələblərinə uyğun təmassız və gigiyenik olduğuna görə sürətləndi.

Biznes sferasında istifadə edə biləcəyiniz QR Kod rəqəmsal marketinq ideyaları:

Əlaqə məlumatlarını paylaşmaq üçün virtual vizit kart-Vizit kartınız üzərində yerləşdirilmiş QR Kodu skan edərək sizinlə əlaqə saxlamaq və ya haqqınızdakı bütün məlumatları kontakta əlavə etmək artıq daha asan olacaq;

Qeyd etdiyiniz E-Mail ünvanına istifadəçinin İrad və təkliflər barəsində mail göndərməsi;

Əvvəlcədən təyin edilmiş bildirişin istifadəçiyə göstərilməsi;

QR Kod ilə təmassız ödəniş;

İstifadəçinin qeyd etdiyiniz nömrəyə zəng edərək fikir bildirməsi;

Endirimlər, kampaniyalar və ya kupon kodlarının istifadəçiyə göstərilməsi;

Google xəritədə qeyd olunan məkan koordinatlarının istifadəçiyə göstərilməsi;

QR Kodu oxudan İstifadəçinin web saytınıza yönləndirilməsi;

Sosial mediada hesablarınızın izlənilməsi üçün istifadəçiyə göstərilməsi;

QR Kodları məhsul haqqında məlumat xarakterli qısa video məzmunlara yönləndirərək alıcıları cəlb edin;

İstifadəçilərin QR Kodlar vasitəsilə tətbiqinizi endirməsinə nail olun;

QR kodlar vasitəsilə musiqi təcrübənizi və ya podcastları paylaşın;

QR Kodları giriş biletləri və tədbirlər haqqında məlumat vermək üçün istifadə edin;

İstifadəçinin WiFi şəbəkənizə qoşulması;

QR Kodlar ilə “darıxdırıcı” yerlərə yeni həyat verin;

QR Kodlar muzeylərdə, kitabxanalarda və parklarda istifadə edildikdə, şübhəsiz ki istifadəçilərə interaktiv bir təcrübə yaşadacağ. İnsan bələdçiyə sahib olmaq əvəzinə, QR Kodlar sənəti sakitcə qiymətləndirmək istəyən muzey ziyarətçiləri üçün bələdçi rolunu oynayacaq. Botanika bağlarında ağaclar haqqında və ya ZooParklarda heyvanlar haqqında daha ətraflı məlumat sahibi olmaq istəyən şəxslərə bu məlumatları  QR Kod vaistəsi ilə təqdim edə bilərsiniz.

QR Kod rəqəmsal menyu xidməti;

Restorana gələn müştərilər masalarda yerləşdirilmiş QR Kodu oxudur və təmassız formada elektron menyu ilə tanış olur. Yoluxanların sayı azaldıqca bağlanan yerlər yenidən açılır. Əsas narahatlıq fiziki menyular kimi səthlər vasitəsilə Koronavirusun yayılmasını məhdudlaşdırmaqdır. QR Kod E-Menyu kimi təmassız seçimlərə keçid istənilən ölçülü restoran üçün növbəti addım olmalıdır.

Qonaqları birdəfəlik menyularla təmin edin. Birdəfəlik menyular mövcud deyilsə, müştəri istifadə etməzdən əvvəl və sonra menyuları düzgün şəkildə dezinfeksiya edin. Birdəfəlik menyuların çapı zamanı artan xərcləri nəzərə aldıqda, təmassız QR Kod menyuları əlverişli seçimdir.

QR Kod menyu nədir?

QR Kod menyular, restoranlarda fiziki menyu kartlarının rəqəmsal versiyalarıdır. Nahar etmək istəyən müştərilər, restoran menyusunu görmək üçün mobil telfonları ilə bu QR Kodları skan edirlər. Bu təmassız menyulardan istifadə, koronavirusun əldən-ələ keçən fiziki obyektlər vasitəsilə yayılmasını məhdudlaşdırır.

Ən çox verilən suallar:

Restoranda QR Kod menyu necə skan edilir-Android və iPhone ilə?

Həm iPhone, həm də Android-də QR Kodu skan etmək üçün heç bir proqram yükləmək tələb olunmur! Bu iki mərhələli prosesdir:

  • Telefonunuzun kamerasını QR koda yönəldin və onun aşkarlanmasını gözləyin;
  • QR kod aşkar olunan kimi bir bildiriş açılır. Bildirişin üzərinə klikləyin və menyuya daxil olun.

Rəqəmsal menyum (məsələn, PDF) müştərilərin telefonuna endiriləcəkmi?

Xeyir. İstehlakçı QR kodu oxutduqda menyu onun telefonuna yükləməməlidir. İstehlakçının menyunu görmək üçün onu məcbur telfona yükləməsi çox pis bir təcrübədir. Rəqəmsal menyularınızı telfona yükləməyə məcbur etmədən göstəririk.

QR Kod menyu hansı formada tətbiq edilə bilər?

  • “Stiker” formasında;
  • “Vizitkart” formasında;
  • “Flayer” formasında;
  • “PowerBank” formasında;
  • “Stend” formasında;
  • “Web Sayt” formasında.

QR Kod Menyu üçün xidmət haqqı nə qədərdir?

1) “Stiker” formasında-50 AZN
Qiymətə daxildir: 20 ədəd stiker
Əlavə hər bir stiker üçün qiymət 2 AZN;

2) “Vizitkart” formasında 60 AZN
Qiymətə daxildir: 100 ədəd Vizit Kart
Əlavə hər 100 ədəd VizitKart 40 AZN.

QR Kod Flayer

3.1) “Sadə Flayer” formasında:
1000 sadə flayer 75 AZN;
2500 sadə flayer 150 AZN.

Kurslar üçün QR Kod Flayer Nümunəsi

QR Kod Asılqan Flayer

3.2) “Asılqan Flayer” formasında:
1000 asılqan flayer 100 AZN;
2500 asılqan flayer 200 AZN.

QR Kod PowerBank

4) “PowerBank” formasında:
1 ədəd PowerBank 60 AZN.

QR Kod Stend A8

5.1) “Stend” formasında:
A8 Ölçü: 8.5×5.4 sm
8 ədəd 55 AZN
Əlavə 1 ədəd 3 AZN.

Menyu Stendi A7.1

5.2) “Stend” formasında:
A7 Ölçü: 10.5×7.3 sm və ya 8.7×5.2 sm
8 ədəd 65 AZN
Əlavə 1 ədəd 4 AZN.

Menyu Stendi A7.2

5.3) “Stend” formasında:
A7 Ölçü: 12.6×8.9 sm və ya 10×7 sm
8 ədəd 75 AZN
Əlavə 1 ədəd 5 AZN.

5.4) “Stend” formasında:
A6 Ölçü: 14.8×10.5 sm
8 ədəd 85 AZN
Əlavə 1 ədəd 6 AZN.

QR Kod Stend A5

5.5) “Stend” formasında:
A5 Ölçü: 21×14.8 sm
8 ədəd 95 AZN
Əlavə 1 ədəd 7 AZN.

QR Kod Web Sayt

6) “Web Sayt” formasında: 350 AZN
Qiymətə aşağıdakı 3 paketdən biri daxildir:
-100 ədəd VizitKart;
-20 stiker;
-8 stend.

Ətraflı məlumat üçün əlaqə: +994 51 415 90 01

istinadlar:

SEO yönümlü məzmun yaratmaq-google alqoritmlərinə uyğun

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir