fbpx
SEO yönümlü məzmun yaratmaq-google alqoritmlərinə uyğun-fikir.az

SEO yönümlü məzmun yaratmaq-google alqoritmlərinə uyğun

SEO yönümlü məzmun necə yaradılır?

Mündəricat gizle

1) Tədqiqat mərhələsi

Tədqiqat mərhələsi-SEO Yönümlü Məzmun-fikir.az
Tədqiqat mərhələsi

Sahəyə uyğun Mövzuların tədqiqatını aparın;

Məsələm mən bu məzmunu yaradarkən rəqəmsal marketinq sahəsinə marağım olduğu üçün bu sahəni seçdim.

Mövzuya uyğun açar sözlərin tədqiqatını edin;

Mən Rəqəmsal marketinqin qollarından biri olan SEO sahəsini seçdim.

Açar sözlərin rəqabətlilik dərəcəsini ölçün;

Və tədqiqatın üçüncü mərhələsində mən SEO-nun əsas enerji mənbəyi olan SEO Yönümlü Məzmun sahəsini seçdim.

Plan qurun;

Qurduğunuz plana sadiq qalın. Hər gün yarım saat belə olsa məzmuna faydalı olacağ nələrsə əlavə etməyə çalışın.

2) Başlıq-SEO yönümlü məzmun

Başlıq yazmaq qaydaları-SEO Yönümlü Məzmun-fikir.az
Başlıq yazmaq qaydaları

Diqqət çəkici başlıq seçin;

Başlıqlar bir növ reklam rolunu oynayır. Ona görədə başlığı seçərkən daha çox fikirləşmək lazımdır. Amma unutmayınki başlıqlar həqiqətəndə məzmunda olan məlumatları əks etdirməlidir.

Açar sözləri başlıqın əvvəlində istifadə edin;

Mən açar söz olaraq “SEO Yönümlü Məzmun” ifadəsini seçmişəm. Əgər yuxarıdakı şəkildə qırmızı haşiyə ilə əhatə olunan hissəyə baxsaz açar sözün başlığın əvvəlində istifadə etdiyimi də görə bilərsiniz.

Təqlərindən istifadə edin;

H1-H6 təqlər nədir?

H1-H6 təqlər nədir-SEO-fikir.az
H1-H6 təqləri nədir?

Bu təqlərin H1-H6 (Head-başlıqların) əsasdan əlavəyə doğru sıralamasıdır. Bu təqlər yerinə görə düzgün istifadə olunmalıdır. H1 təqi məzmunun başlığını yəni adını bildir. Və hər rməzmunda sadəcə bir dəfə yalnız başlıqda istifadə olunmalıdır. H2 təqləri daha çox mündəricat rolunu oynayır. Və məzmunda nələrdən söhbət getdiyini başlıqlar yolu ilə izah edir. H3 təqi isə H2 başlıqlarını bir neçə hissəyə bölmək üçün istifadə olunur. H4-H6 başlıqları isə eynən digər təqlər kimi özündən daha böyük təqi başlıqlara ayırmaq üçün istifadə olunur. H4-H6 təqindən yalnız lüzum gəldikdə istifadə olunmalıdır. Məsələm 1000 kəlmədən daha böyük bir məzmun hazırlanırsa o zaman məzmunu xırdalıqlarında nədən bəhs etdiyini daha yaxşı diqqətə çatdırmaq üçün H4-H6 təqlərindən istifadə oluna bilər.

Başlıqlarda minumm 2, maksimum 7 söz istifadə edin

Bu zaman başlıqların 70 simvolu keçmədiyinə diqqət yetirin. Başlığınızı uzun yazsanız belə sadəcə qeyd olunan simvola qədər olan hissəsi axtarışda görünəcək.

3) Meta təsvirlər-SEO yönümlü kontent

Meta təsvirlər yazmaq qaydaları-SEO Yönümlü Məzmun-fikir.az
Meta təsvirlər yazmaq qaydaları

Diqqət çəkən meta təsvirləri yazın;

Başlıqlar kimi Meta təsvirlərdə reklam rolunu oynayır. Meta təsvirləri bir növ xülasə kimi də başa düşə bilərik. Başlıqlar vaistəsi ilə çəkdiyimiz diqqəti, Meta təsvirlər vaistəsi ilə davam etdiririk. Və istifadəçinin sayta daxil olub məzmundan faydalanmağını təmin edirik.

Meta təsvirlərdə açar sözlərdən istifadə edin;

Yuxarıdakı şəkilə baxsaz görərsinizki açar sözü eynən başlıqdakı kimi meta təsvirin də əvvəlində istifadə etmişəm.

Meta təsvirləri maksimum 156 simvolla ifadə edin;

Başlığdakı simvol limiti Meta təsvirlərinə də aiddir. Sadəcə qeyd olunan simvola qədər olan hissəsi axtarışda görünəcək.

4) Paraqraflar

Açar sözlərdən paraqraflarda istifadə edin;

Bu zaman açar sözün hər 100 kəlmədən daha tez istifadə olunmadığına əmin olun. Açar sözdən çox istifadə etmək google alqoritimlərinin məzmunu spam olaraq görməsinə səbəb olur.

Hər paraqraflarda maksimum 7 cümlədən istifadə edin;

Verəcəyiniz informasiya 7 cümlədən çox olduqda onu alt başlıqlara ayırın.

İdeal paraqraf uzunluğu 40-50 kəlmədən ibarət olmalıdır.

50 kəlmədən çox olan paraqrafları H1-H6 təqləri vaistəsi ilə alt başlıqlara ayırın.

İdeal sətir uzunluğu isə 10-15 kəlmədən ibarət olmalıdır.

15 kəlmədən daha uzun olan cümlələri iki ayrı cümləyə bölərək ifadə edin.

5) Vizuallar

Məzmuna vizuallar əlavə edin-SEO-fikir.az
Məzmuna vizuallar əlavə edin-SEO-fikir.az

Məzmuna vizuallar əlavə edin;

Paraqraflar arasına məlumat verici vizuallar (şəkil, slayt, gif, infoqrafika, sinemaqraf, animasiya, video və s.) əlavə edərək məzmununuza zənginnik qatın. İnfoqrafika və digər vizualları yaratmaq üçün canva saytından istifadə edə bilərsiniz.

Məzmunda ən azı 2 şəkil istifadə edin;

Şəkillərin məzmuna uyğun olmasına diqqət edin.

Məzmuna önə çıxan qapaq şəkili hazırlayın;

Şəkilin diqqət çəkici olmasına fikir verin.

Şəkillərə başlıqlar və alt yazılar əlavə edin;

Çünki Google botları, şəkilləri əsasən alt yazılar vaistəsi ilə başa düşür.

6) Məzmun

Məzmunları müəyyən kateqoriyalar yaradaraq qruplaşdırın;

Məzmunu Kateqoriyalara görə qruplaşdırın-SEO-fikir.az
Məzmunu Kateqoriyalara görə qruplaşdırın

Bu halda SEO sahəsi haqqındakı məzmunlar ilə marağlanan istifadəçilər axtardığlarını daha asan tapa biləcəklər. Məzmunu sahəyə uyğun olaraq əsas və ikinci dərəcəli kateqoriyalara bölün.

Məzmuna həştəqlər əlavə edin;

Məzmuna həştəqlər əlavə edin-SEO-fikir.az.png
Məzmuna həştəqlər əlavə edin

Həştəqlər məzmunun axtarış zamanı önə çıxmasında rol oynyır. İstifadə etdiyiniz həştəqlər məzmundakı informasiya ilə bağlı olmalıdır.

Məzmuna xülasə əlavə edin;

Məzmuna xülasə əlavə edin-SEO-fikir.az
Məzmuna xülasə əlavə edin

Xülasə bir növ meta təsvir rolunu oynayır. Web sayt daxilində məzmunların qısa reklamı kimi çıxış edir. Buna görə elə məzmunun xülasə hissəsinə də meta təsvirdə yazdığınızı kopyalaya bilərsiniz.

Eyni açar söz ilə ikinci dəfə məzmun yaratmayın;

Bunun yerinə həmin məzmunu dahada zənginləşdirmək sizə daha çox xeyir verəcək.

Rəqiblərinizin məzmunlarını kopyalamayın;

Əgər həmin məzmun artığ varsa bunu kopyalamağın heçbir mənası yoxdur. Əksinə bu google alqoritimləri tərəfindən kopya məzmun kimi qiymətləndiriləcək. Və saytınız spam olaraq qiymətləndirildiyi üçün ilk səhifədə görünmə haqqını itirəcəksiniz. Unikal məzmun yaradın. Xarici dillərdən götürülərək Azərbaycan dilinə tərcümə olunmuş məzmun isə kopya sayılmır.

Orfoqrafiya qaydalarına riayət edin;

Bu həm də istifadəçilər tərəfindən sizin dil normalarına necə həssaslıqıa yanaşdığınızı və dəyər verdiyinizi göstərəcək. Əmin olmadığınız sözlərin yazılışını Orfoqrafiya Lüğəti saytından yoxlaya bilərsiniz.

Məzmunun həcmini 300 kəlimənin üstündə tutun;

Sirr deyilki uzun yazılı məzmunlar özündə daha çox informasiya daşıdığı üçün google tərəfindən daha çox sevilir.

Kəmiyyətə yox keyfiyyətə diqqət yetirin;

Həcmi 1000 kəlmədən yüksək bir məzmun olsa belə əgər heç kimə fayda vermirsə bu məzmunun ilk səhifədə yer tutmağı çətin olacağ.

Məzmuna mündəricat əlavə edin;

Məzmuna mündəricat əlavə edin-SEO-fikir.az
Məzmuna mündəricat əlavə edin

Mündəricat əlavə etmək istifadəçiyə məzmunda nədən söhbət getdiyini göstərməyin ən asan yoludur. Beləcə vaxtı az olan istifadəçilər özlərinə lazım olan məlumatı daha tez tapacağ.

Semantik nüvəni hazırlayın;

Semantik nüvə nədir?

Açar sözdən ibarət söz birləşmələrini özündə əks etdirən sorğuları toplusuna semantik nüvə deyilir.

Sorğuları tezliyinə görə 3 yerə bölə bilərik:

Aşağı tezlikli sorğular: 5-6 kəlmədən ibarət ifadələri əhatə edir.

Nümunə: SEO yönümlü məzmun yaratmaq qaydaları

Orta tezlikli sorğular: 3-4 kəlmədən ibarət ifadələri əhatə edir.

Nümunə: SEO yönümlü məzmun

Yüksək tezlikli sorğular: 1-2 kəlmədən ibarət ifadələri əhatə edir.

Nümunə: SEO məzmun

Məzmunu tanıdın;

Məzmunu tanıdmaq üçün sosial şəbəkələrin gücündən istifadə edin. Xüsusilədə Özünüzə telegram kanalı açaraq istifadəçilərinizi bu kanalda cəmləşdirməyə çalışın. Teleqram təhlükəsizliyi və gündən-günə artan yeni funksiyaları ilə öz sektorunun lideri olacağına inanıram.

7) Linklər

URL Linkləri maksimum 40 simvolla ifadə edin;

URL Linkləri maksimum 40 simvolla ifadə edin-SEO-fikir.az
URL linkləri maksimum 40 simvolla ifadə edin

Linklərin yalnız ingilis simvollarından ibarət olmasına diqqət edin.

Daxili linklərdən istifadə edin;

Məzmun daxilində oxşar sahəyə aid olan digər məzmunlarınıza bağlantı verin. Məzmunları bir-birinə daxili linklər vaistəsi ilə bağlayaraq hörümcək toru hörün. Hörümcək torunun məqsədi istifadəçinin digər məzmunlara keçid edib oxumasıdır. Bu halda istifadəçinin saytda keçirdiyi müddət də avtomatik uzanır.

İstifadə etdiyiniz mənbələrə linklə istinad edin;

Bu sizin həm digər məzmun yaradıcılarının əməyinə hörmətlə yanaşdığınızı göstərəcək. Həm də məzmunun hansı sahəyə aid olduğu barəsində google botlarına siqnallar ötürəcək.

Ödənişli backlink almayın;

Əks təqdirdə saytınız ilk səhifədə görünsədə bir müddət sonra google tərəfindən aşkar olunaraq qara siyahıya alınacağ.

8) Test

Redaktə edin;

Məzmunu hazırlayıb bitirdikdən sonra başdan sona diqqətlə nəzərdən keçirin. Və qaydalara uyğun olduğundan əmin olun.

Məzmunun google alqoritimlərinə uyğunluq dərəcəsini Yoast proqramı vaistəsilə yoxlayın;

Bu proqram məzmunun qaydalara uyğunluğunu avtomatik formada yoxlayır. Və düzəliş edilməli olan yerlərdə sizi öncədən məlumatlandırır.

Son mərhələ

Hər 6 aydan vəya bir ildən bir məzmunlarınızı audit edin. Çünki 1 il müddətində istifadəçilərin davranışı və sorğuları dəyişə bilir. Və sizdə daim bu dəyişikliyə ayağ uydurmalı və məzmunlarınızı mütəmadi olaraq yeniməlisiniz.

Ən sonda unutmayınki məzmunu istifadəçilər üçün yaratmalı, google alqoritimləri üçün optimizasiya etməlisiniz. Çünki istifadəçilər saytınızdan məmnun qaldıqda, google da sayınızdan məmnun qalır. Və sizi daha önə çəkərək mükafatlandırır.

Əgər bunun üçün vaxtınız yoxdursa biz sizin üçün həll edərik.

Əlaqə üçün: [email protected] mail adresinə yaza bilərsiniz.

istinadlar:

QR Kod menyu nədir? Restoran üçün rəqəmsal menyu

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir