fbpx
Ukrayna gəzməli və görməli yerlər siyahısı-Fikir.az

Ukrayna: Gəzməli və görməli yerlər siyahısı

Mündəricat gizle

1) MÜQƏDDƏS SOFİYA KİLSƏSİ-Kiyev-Ukrayna Səyahət planı

11-ci əsrə aid kilsə və muzey

Ukrayna səyahət planı üzrə haqqında bəhs etmək istədiyim ilk yer kilsə haqqındadır. 1018-ci ildə Yaroslav Mudrının hakimiyyəti dövründə Kiyev şəhərində inşa edilmiş Müqəddəs Sofiya kafedralı 13 günbəzli tikili olub. Bir neçə əsr sonra ona daha 6 günbəz əlavə edilib. XVII əsrdə isə kilsə Ukrayna barokkosu üslubunda yenidən qurulub.

Tarix elmləri doktoru, Kiyev “Sofiya Kiyevskaya” Milli Qoruğunun baş direktorunun elmi işlər üzrə müavini Vyaçeslav Korniyenko AZƏRTAC-ın müxbirinə kilsənin tarixindən və burada saxlanılan artefaktlardan danışıb.

Alim deyib: “Sofiya kilsəsi XI əsrin əvvəlində Knyaz Vladimir ilə Yaroslav Mudrının hakimiyyəti illərində inşa edilib. Müasir tədqiqatlar müəyyən etməyə imkan verib ki, kilsənin təməli 1011-ci ildə qoyulub, tikintisi 1018-ci ildə başa çatıb. İlk ibadət mərasimi də elə o vaxt keçirilib. Sofiya kilsəsində 11 əsrə aid mozaika və freskaların yetərincə böyük kompleksi saxlanılıb. Bunların sayəsində bizim Kiyev Rus dövləti dövründə kilsələrin necə bəzədildiyi barədə təsəvvürümüz var”.

Fikir.az-MÜQƏDDƏS SOFİYA KİLSƏSİ-SAİNT SOFİA CATHEDRAL-СОБОР СВЯТОЙ СОФИИ-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-MÜQƏDDƏS SOFİYA KİLSƏSİ-SAİNT SOFİA CATHEDRAL-СОБОР СВЯТОЙ СОФИИ-Kiyev-Ukrayna

Saxlanılan mozaika və freskaların kompleksliliyinə görə kilsənin həmin dövrdə Bizansın təsiri altında olan ölkələrdəki abidələr arasında analoqu yoxdur.

Mozaikaların palitrasının 177 çaları var. Müqəddəs Məryəm ana “Möhkəm divar”, Yevxaristiya və müqəddəs yepiskopların təsvirləri Sofiya kilsəsinin ən tanınmış mozaika və freskalarıdır.

Müqəddəs Sofiya məbədi 7000-dən çox yazının qeydə alındığı kilsədir. Ukrayna, polyak, latın, alman, ingilis və s. dillərdə olan bu yazıları kilsənin divarlarında ziyarətçilər cızıblar. Onların ən qədimi 1019-cu ilə, ən geci 1732-ci ilə aiddir.

Məbnbələr:

2) MAĞARALAR MONASTIRI (PEÇORA LAVRASI)-Kiyev-Ukrayna Səyahət planı

Məşhur monastr və mağara sistemi

Ukraniyaya səyahət planı üzrə ikinci bəhs etmək istədiyim yer monastr haqqındadır. Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri.

Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir.

Fikir.az-MAĞARALAR MONASTIRI (PEÇORA LAVRASI)-( CAVES MONASTERY)-( ПЕЩЕРНЫЙ МОНАСТЫРЬ)-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-MAĞARALAR MONASTIRI (PEÇORA LAVRASI)-( CAVES MONASTERY)-( ПЕЩЕРНЫЙ МОНАСТЫРЬ)-Kiyev-Ukrayna

Lavranın məşhur olan cəhəti ondan ibarətdir ki, burada bir çox din xadiminin çürüməmiş cəsədləri saxlanılır. Onlar lap əvvəldən başlayaraq, buradakı monastırlarda toplanmağa başlanmışdır. Pravoslav əqidəsinə əsasən onların çürüməməsi cəsəd sahiblərinin yüksək mənəviyyata, əxlaqa sahib olması və dindar cəhətləri ilə əlaqədardır. Kilsənin rəsmi fikrinə əsasən müqəddəs şəxslərin bədənləri Müqəddəs Ruhun məbədi kimi əlamətdardır. İddia olunur ki, Allahın xeyir-duası onlarda ölümdən sonra da yaşayır. Burada monastırın əsasını qoyan bir sıra şəxslərin, həmçinin yüksək mənəviyyatlı rahiblərin və müqəddəslik dərəcəsi almışların cəsədləri qorunur. Yaxın mağaralarda 80, Uzaq mağaralarda isə 45 müqəddəsin cənazəsi saxlanılır. Bunlar dindar ziyarətçilər üçün son dərəcə qiymətli və əhəmiyyətli təbərrüklərdir.

Kiyev Lavrası ərazisi

Lavranın ərazisində bir sıra dini təyinatlı tikililər mövcuddur. Onlardan ən əsası sayı 20-yə yaxın olan kilsələrdir. Kilsələrdən başqa, burada, rahib hücrələri, yataqxanalar, monastır başçısının iqamətgahı, Kiyev Ruhani Akademiyasının binası, mətbəə binası, müxtəlif bulaqlar, müdafiə əhəmiyyətli qüllələr, divarlar və başqa bir çox tikililər də mövcuddur. Bu tikililər zamanla məhv olmuşsa da sonradan yenidən bərpa edilərək, öz layiqli yerini tutmuşlar. Onlar müxtəlif dövrlərdə tikilsə də, stilləri eyni olmuş və vahid kompleks əmələ gətirmişdir.

Kiyev-Peçersk lavrası pravoslavların müqəddəs məkanlarından biri olmaqla yanaşı, həm də Ukraynanın əhəmiyyətli tarixi abidələrindəndir. Lavranın ərazisi dünyanın diqqətəlayiq yerlərindəndir və təsadüfi deyildir ki, YUNESKO tərəfindən Ümumdünya İrsinin siyahısına daxil edilmişdir.

Mənbələr:

3) QIZIL QAPI-KİYEV-Ukrayna Səyahət planı

Yenidən tikilərək inşa olunmuş orta əsrlərə aid şəhər qapısı

Ukraniya səyahəti üzrə haqqında danışacağımız üçüncü yer Qızıl qapıdır. Hərbi məqsədlər üçün tikilən Qızıl qapı (Golden gate) Kiyev liderinin qurucusu olan Yaroslav Mudri’nin əmri ilə 1017-1024 illəri arasında inşa edilmişdir. Günəşin üstündən doğması nəticəsində Kiyev sakinlərinin “Səma qapısı” adını verdiyi tikilinin demək olarki əksər hissəsi orta əsrlərdə yox edildiyinə görə  1982-ci ildə şəhər idarə etməsini ələ alan Sovet vəzifələrinin istəyilə əvvəlki vəziyyətinə oxşar formada yenidən inşa edilmişdir. Kiyev şəhərinin ətrafındakı bir çox şeyin indiki dövrümüzə qədər dağılmasına baxmayaraq giriş qapısı dayanıb günümüzə qədər gəlmişdir və görülməyə dəyər tarixi gücünü hələdə  qoruyub saxlamışdır.

Fikir.az-QIZIL QAPI-GOLDEN GATE-ЗОЛОТЫЕ ВОРОТА-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-QIZIL QAPI-GOLDEN GATE-ЗОЛОТЫЕ ВОРОТА-KİYEV-UKRAYNA

Qızıl qapının yaxınlığında isə kiçik bir pişik heykəli var. Bu pişik heykəlinin hekayəsi də əvvəlki vaxtlarda ətrafdakı bir çox siçanın bütün zəhərləmə yollarına baxmayaraq yox edilə bilməməsindən başlamışdır. Bütün siçanları bir-bir tutub ödürməyi bacaran bu pişik xalqın sevgisini qazanmışdır. Amma təssüfki bir yanğın nəticəsində yanaraq ölmüşdür. Və buna görədə xalq tərəfindən siması heykəl olaraq yaradılmış və xatirələrdə qalmasına icazə verilmişdir.

Mənbələr:

4) ANA VƏTƏN HEYKƏLİ-KİYEV-Ukrayna Səyahət planı

Ukraynanın paytaxtı Kiyevdə yerləşən Böyük Vətən Müharibəsi xatirəsinə inşa edilən, tarixi muzeyinin bir hissəsində yerləşən əlində qılınc tutmuş heykəl

Ana Vətən heykəli (ukr. Батьківщина-Мати, rus. Родина-мать) — Ukraynanın paytaxtı Kiyevdə yerləşən Böyük Vətən Müharibəsi xatirəsinə inşa edilən heykəl. Heykəltəraş Yevgeni Vuçetiç və quruluşçu rəssam Vasiliy Boroday tərəfindən hazırlanan heykəl paslanmaz poladdan istehsal olunmuşdur. Əlindəki 16 metrlik qılınc ilə birlikdə ümumi hündürlüyü 102 metr, çəkisi 560 tondur. Heykəlin sağ əlindəki qılıncın ağırlığı 9 tondur. Sol əldə 13×8 metr enində, üzərində Sovet Sosialist Respublikalar İttifaqı gerbinin yer aldığı bir qalxan vardır. Heykəlin yer aldığı sahədəki muzeydə təxminən 11.600 əsgərin oyma adlarının olduğu mərmər vallar vardır. Həmçinin müharibə zamanı Sosialist Əməyi Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı nişanları verilən təxminən 200 işçi burada anılır.Abidə Kiyevdə yer alan İkinci Dünya Müharibəsində Ukrayna Tarixi Muzeyinin bir hissəsində yerləşir.

Fikir.az-ANA VƏTƏN HEYKƏLİ-MOTHERLAND STATUE-СТАТУЯ РОДИНЫ-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-ANA VƏTƏN HEYKƏLİ-MOTHERLAND STATUE-СТАТУЯ РОДИНЫ-KİYEV-UKRAYNA

SSRİ-də bu böyüklükdə polad heykəl ilk dəfə qoyulub. Texnoloji dizayn və montaj, Paris Kommunası adını daşıyan Kiyev zavodunun mütəxəssisləri tərəfindən, Paton Elektrik Qaynaq İnstitutunun paslanmaz polad kadrların ayrı-ayrı bloklarda, 25-30 ton ağırlığında hissələrdə irəli gəlməsinə yönəlik təklifləri nəzərə alınaraq həyata keçirilib. Başlanğıcda abidənin qızılla örtülməsi nəzərdə tutulurdu, lakin daha sonra bu fikir rədd edildi. Heykəlin polad örtüyü Paton Elektrik Qaynaq İnstitutu mütəxəssisləri tərəfindən 50×50 sm və 1,5 mm qalınlığındakı təbəqələrdən qaynaqlanmışdır. Tikişlərin ümumi uzunluğu təxminən 30 km idi.Heykəli xüsusi olaraq inşa edilmiş yüz metrlik bir kranla topladılar, iş tamamlandıqdan sonra kran sökülüb. Bütün quruluş strukturlarının vəziyyətini izləmək üçün, sıx geodeziya alət araşdırmaları rejimi yaradılıb.

Mənbələr:

5) MÜQƏDDƏS MAYKLIN QIZIL QÜBBƏLİ MONASTIRI-KİYEV-Ukrayna Səyahət planı

Monastr və kilsə

Qızıl qübbəsi ilə diqqət çəkən Saint Michael Katedrali, Kiyevdəki ən vacib dini tikiələrdən biridir. 1108-ci ildə inşasına başlanılan kilsənin tikilməsi 5 il çəkmiş və 1113-cü ildə açılışı olmuşdur.

Fikir.az-MÜQƏDDƏS MAYKLIN QIZIL QÜBBƏLİ MONASTIRI-ST. MİCHAEL GOLDEN DOMED CATHEDRAL-СВЯТОЙ МИХАЙЛОВСКИЙ ЗЛАТОВЕРХИЙ СОБОР-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-MÜQƏDDƏS MAYKLIN QIZIL QÜBBƏLİ MONASTIRI-ST. MİCHAEL GOLDEN DOMED CATHEDRAL-СВЯТОЙ МИХАЙЛОВСКИЙ ЗЛАТОВЕРХИЙ СОБОР-KİYEV-UKRAYNA

St.Michael qızıl qübbəli katredalının, içərisində məzarlarıda olan Svyatopolk ailəsinə aid olduğu düşünülməkdədir. Katredalın içərisi göz qamaşdırıcı fresklər və mozaiklərlə bəzədilmişdir. Kilsənin ən üstün nöqtəsində baş mələylərdən Mikayıla aid bir abidə olmaqdadır.

Mənbələr:

6) ƏZİZ ANDREAS KİLİSƏSİ-KİYEV-Ukrayna Səyahət planı

Yaşıl söğana bənzəyən qübbəli ortodoks kilsəsi

Əziz Andreas kilsəsi, Ukrayna’nın paytaxtı Kiyev’də olan 18-ci əsrin ortalarında  tikilmiş, barok stilində bir Ortodoks kilsəsidir. Kiyevin qədimi küçələrindən olan Andreas Yokuşu’nun başındadır. Kiyev’in simbollarından birisi olan tikili, 1744-ci ildə şəhərə baş çəkməyə gələn Rusya kaliçası Yelizaveta’nın əmri ilə 1749-1754-cü illər arasında tikilmişdir.

Fikir.az-ANDREAS KİLİSƏSİ-ST ANDREAS CHURCH-ЦЕРКОВЬ СВЯТОГО АНДРЕАСА- KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-ƏZİZ ANDREAS KİLİSƏSİ-ST ANDREAS CHURCH-ЦЕРКОВЬ СВЯТОГО АНДРЕАСА- KİYEV-UKRAYNA

Memarı İtalyan əsilli Francesco Bartolomeo Rastrelli’dir. Adını, Hz İsa’nın on iki havarisinden biri olan Əziz Andreas’dan alır. Əfsanəyə görə xristianlığı Qara dəniz, Trakya ve Makedonya’da yaymaqla  təyinatlı Andreas, Dinyeper çayının sahilində bugün Kiyev şəhərinin tapıldığı yerə qədər gəlmişdir; çayın axdığı yer o vaxtıda dəniz ile örtülüydü.

Mənbələr:

7) AZADLIQ MEYDANI-KİYEV-Ukrayna-Səyahət planı

1990-cı ildə Ukrayna azadlıq hərəkatı başlayandan buyana, meydan siyasi mitinqlər üçün ənənəvi bir yer olmuşdur. Meydan siyasi məqsədlərdən başqa, xalqın görüşmə və vaxtlarını keçimək üçün toplaşdığı yerlərdən biridir. Həmçinin burada bəzən festivallar və konsertlərdə keçirilir.

Fikir.az-MAİDAN NEZALEZHNOSTİ-AZADLIQ MEYDANI-NEZALEZHNOSTİ SQUARE-ПЛОЩАДЬ НЕЗАЛЕЖНОСТИ-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-MAİDAN NEZALEZHNOSTİ-AZADLIQ MEYDANI-NEZALEZHNOSTİ SQUARE-ПЛОЩАДЬ НЕЗАЛЕЖНОСТИ-KİYEV-UKRAYNA

Meydanın bir tərəfində böyük bir Baş mələy Mikail Heykəli var və ətrafı yaşıllıqlarla zəngin olduğuna görə bu yerdə insanlar dincəlir həmçinin gənc insanlar rəqs etmə bacarığlarını burada sərgiləyirlər. Bu heykəlin qarşı tərəfəndə bir növ fanusa bənzər şüşə bölmələrdən aşağıya endiyinizdə Globus deyilən alış-veriş mərkəzini görə bilərsiniz. Qısacası  meydanın alt hissəsidə insanların çox gəldiyi yerdir.

KREŞÇATİK KÜÇƏSİ-KİYEV-Ukrayna-Səyahət planı

Azadlıq Meydanı’nın da üstündə yer alan Khreshchatyk və ya Kreşatik küçəsi də şəhərin ən vacib və hərəkətli nöqtəsidir. 1100 metrə uzunluğunda olan küçədə bir çox mağaza, kafe ve restoran yerləşir. Stalin vaxtında tikilən tarixi binalar küçəyə fərqli bir aura bəxş edir.

Fikir.az-KHRESCHATYK STREET-KREŞÇATİK KÜÇƏSİ- ХРЕЩАТИК УЛИЦА -KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-KHRESCHATYK STREET-KREŞÇATİK KÜÇƏSİ- ХРЕЩАТИК УЛИЦА -KİYEV-UKRAYNA

Küçənin bir ucunda bağlı Besarabsky bazarı digər digər ucunda isə Azadlıq Meydanı yer alır. Küçənin ən gözəl özəlliylərindən biri ise həftə sonları müəyyən saatlardan sonra nəqliyyatın hərəkətinin dayandırılıb küçə sənətçilərinə və konsertlərinə şərait yaradmasıdır. Xüsusiylədə hava qaraldıqdan sonra küçədə gəzmək həqiqətəndə çox gözəldir.

Mənbələr:

8) ANDRİYİVSKYY ENİŞİ-KİYEV-Ukrayna-Səyahət planı

Bu yer sanki birazda bizim İçəri şəhəri xatırladır. Yol qıvrılaraq qədimi Kiyevi (yuxarı şəhər) Podil (aşağı şəhər) ilə birləşdirir. Yuxarıda Volodymyrska küçəsinin sonunda başlayıb aşağıda Kontraktova Meydanı yaxınlarında bitən küçə üzərində, Richard Lionheart qalası , 18-ci  əsrdən qalma barok Saint Andrew Kilisəsi , məşhur rus yazar Mikhail Bulgakov‘un evi olmaqdadır.

Fikir.az-ANDRİYİVSKYY DESCENT-(ANDRİYİVSKYY ENİŞİ)-(АНДРИЙОВСКИЙ ДЕСЦЕНТ)-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-ANDRİYİVSKYY DESCENT-(ANDRİYİVSKYY ENİŞİ)-(АНДРИЙОВСКИЙ ДЕСЦЕНТ)-KİYEV-UKRAYNA

Yol üzərindəki dəzgahlarda qədimi savaş əşyaları və hədiyyəlik əşyalar  satılmaqdadır. Xüsusiylədə yay fəslinin ən gözəl küçələrindən birisi bu küçə olmaqdadır.

Mənbələr:

9) PYROHİV-(PİROGOVO)-(ПИРОГОВО)-KİYEV-Ukrayna Səyahət planı

Avropanın ən böyük açıq hava muzeyi

Bu yazdığlarım içində mənim ən sevdiyim yer buradır. Pyrohiv vəya Rusça adı  Pirogovo kəndi; Kiyev şəhərinin 18 km cənubunda yerləşir ve təxminən yarım saat ərzində kəndə çatmaq mümkündür. 350 illik tarixi olan bir kənddir. 16-cı əsrdən bu yana kəndə əlavələr edilərək Avropa’nın ən büyük açıq hava müzeyi halına  gətirilmiş, 37 hektarlıq yüngül təpələr arasındakı bir düzlüy ərazidə yerləşir. Müzey olmasına baxmayaraq, bəzi evlərdə günlük yaşayış hələdə davam  etməkdədir. Açıq hava muzeyinə giriş qiyməti adam başına 30 Grivna bizim pulla təxminən 2 manatdır. Səhər saat 10:00-da açılır, axşam isə 20:00-da bağlanır lakin saat 18:00-dan sonra turistlərin girişi dayandırılır.

Fikir.az-PYROHİV-(PİROGOVO)-(ПИРОГОВО)-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-PYROHİV-(PİROGOVO)-(ПИРОГОВО)-KİYEV-UKRAYNA

Pyrohiv kəndi, Şirinlər çizgi filminindən bildiyimiz Smurf kəndində gəzirmiş kimi bir hiss oyandırır. Sanki hər an bir tərəfdən bir şirin çıxacağmış kimi bir hissə qapılır insan. Toprağ yollarda ve otlu ərazilərdə gəzinti üçün uygun ayaqqabı seçməyinizi məsləhət görürəm. Evler arasında, taxtadan tikilmiş küçük bir kilisə də var, 1742-ci ildən qalma. Bir təpə üzərində də bir neçə taxtadan  tikilmiş yel dəyirmanı da vardır.Qısacası məncə Kiyevdə mütləq görməli yerlər arasındadır.

Mənbələr:

10) ƏZİZ VOLODYMYR KATEDRALI-KİYEV-Ukrayna-Səyahət planı

Katedral, kilsə və monastr

Ukrayna’daki iki vacib Ortadoks kilisəsindən biri olaraq göstərilərkən digər tərəfdən Ukrayna Ortodoks Kilisəsi üçün ana katedral olaraq qəbul edilir. 1852-ci ildə ‘Kiyev-Rus’ vaftiz mərasiminin 900-cu il münasibətiylə yubileyini qeyd etmək üçün bir katedral tikilməsi məsləhəti ilə Bizans stilinde inşa edilmişdir.

Fikir.az-St.Volodymyr's Cathedral (Əziz Volodymyr Katedralı) (Володимирський кафедральний собор)-Kiyev-UkrUkrayna Səyahət planıayna
Fikir.az-St.Volodymyr’s Cathedral (Əziz Volodymyr Katedralı) (Володимирський кафедральний собор)-Kiyev-Ukrayna

1859-cul ildə inşası başa çatmışdır.İnşaat üçün Pechersk Lavra Mağaralar Monastırı buraya hədiyyə olaraq 1 milyon kərpic göndərib. Giriş pulsuzdur.

Mənbələr:                 

11) UKRAYNA MİLLİ ÇORNOBIL MUZEYİ-KİYEV-Ukrayna-Səyahət planı

Çornobıl faciəsini əks etdirən Tarix muzeyi

Cavan, gənc, yaşlı, hamilə, körpə, quş, it… Öldürülən saysız-hesabsız insan ve heyvan! İnsanlıq tarixinin (sadəcə Ukrayna üçün deyil təsirləri qardaş ölkə  Türkiyə daxil birçox ölkəyə yayılan) ən ağrılı hadisələrdən biridir…Çernobil muzeyində sizi ilk qarşılayan Çernobil faciəsi zamanı istifadə olunan qurğulardır…

Muzeyə daxil olduqda mühiti o qədər dərindən yaşayıb hiss edirsiniz ki… O zamanda istifadə olunan bir çox cihaz, reaktorun modeli, geyindikləri paltarlar, Çernobil’in insanlar üzərindəki təsirləri, o zamanda yaşanan hadisələrin şəkil və videolarıyla bir çox şeyi görüb hiss edə bilirsiniz. Videolarda Çernobil faciəsi zamanı yaşayan insanların o ankı hallarını izləyirsiniz.

Fikir.az-UKRAYNA MİLLİ ÇORNOBIL MUZEYİ-(UKRAİNİAN NATİONAL CHORNOBYL MUSEUM)-(УКРАИНСКИЙ НАЦИОНАЛЬНЫЙ ЧЕРНОБЫЛЬСКИЙ МУЗЕЙ)-KİYEV-Ukrayna Səyahət planı
Fikir.az-UKRAYNA MİLLİ ÇORNOBIL MUZEYİ-(UKRAİNİAN NATİONAL CHORNOBYL MUSEUM)-(УКРАИНСКИЙ НАЦИОНАЛЬНЫЙ ЧЕРНОБЫЛЬСКИЙ МУЗЕЙ)KİYEV-UKRAYNA

Yalnız bazar günləri qapalı olan muzeye giriş 24 grivna bizim pulnan təribən 1 manat 50 qəpikdir.Əgər myzey daxilində rəhbərlə gəzmək istəsəz vəya şəkil çəkmək istəsəz qiymətlər dəyişə bilər.

Kiyev’ə təxminən 2 saat uzaqlıqda olan Çernobil faciəsinin baş verdiyi əraziyə  getmək istəsəz, getməzdən ən az 10 gün əvvəl bir tur şirkətiylə razılaşmanız  mütləqdir… Qiymətlər isə 90$ (153 manat) ilə 190$ (323 manat) arası dəyişiklik göstərir.

Mənbələr:

12) CANAVARLAR EVİ-KİYEV-Ukrayna Səyahət planı

House with Chimaeras (Canavarlı Ev): Prezident Binası’nın yaxınlığında yer alan Gorodetsky House (House with Chimaeras), zamanının məşhur memarı Władysław Horodecki tərəfindən 1901-1903 illər arasında xüsusi iqamətgah olaraq inşa ettirilib. Baxçasındakı ve iç tərəfindəki kiçikli böyüklü bir çox heykələ görə olduğca təccüblü bir görüntüyə sahib olan binanın dizaynı memar Art Nouveau trendindən təsirlənib. Çöl tərəfində çox sayda canavar figurunun olduğu bu bina, indilərdə prezident sarayının bir hissəsi olaraq xidmət göstərir.

Fikir.az-CANAVARLAR EVİ-(GORODETSKY / HOUSE WİTH CHİMERAS)-( ГОРОДЕЦКИЙ / ДОМ С ЧИМЕРАМИ)-KİYEV-UKRAYNA
Fikir.az-CANAVARLAR EVİ-(GORODETSKY / HOUSE WİTH CHİMERAS)-( ГОРОДЕЦКИЙ / ДОМ С ЧИМЕРАМИ)-KİYEV-UKRAYNA

Qeyri-adi binada, gərgədanlar, pələnglər, qartallar, qurbağalar, dəniz qızları kimi əfsanəvi ve həqiqi canlıların heykəlləri olmaqdadır. Egzotik veya əfsanəvi  heyvan figurları binanın təpəsində oturur, divarlarda sürünür vəya girişlərin üstündə asılı vəziyyətdə diyanır. Yerli xalq vəsvəsə verici canlıların sanki canlanmağa ve binanın üstündən aşağıya tullanmağa hazır göründüyü üçün evin ən yaxşı geceleri gözəl göründüyünü deyirlər.

Mənbələr:

13) İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ UKRAYNA TARİX MUZEYİ-KİYEV-Ukrayna

Tarixi müharibə abidələri muzeyi

1974-cü ildə açılan və 1981-ci ildə çox böyük bir kompleks halına gətirilən muzey, Ukrayna’dakı ən böyük müuzeylerden biridir. 300 mindən çox eksponatın sərgiləndiyi muzeyin qarşısında 102 metr hündürlüyündə böyük “Ana vətən (Родина мать)” heykəli vardır.

Muzey kompleksinin girişinde sizi, “Qəhramanlar ölməz, sonsuza qədər yaşıyar” yazısı qarşılayır.

Müharibə zamanı tankların arasından keçərkən, savaş anında qeydə alınan rabitə səslərini eşidirsiz. Muzeyin baxçasında, müharibədə “qəhraman” ünvanı verilen abidələr və böyük zəfəri işarət edən “daimi atəş” yer alır.

Fikir.az-İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ UKRAYNA TARİX MUZEYİ (THE UKRAİNİAN STATE MUSEUM OF THE GREAT PATRİOTİC WAR)-( УКРАИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ МУЗЕЙ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ)- KİYEV-UKRAYNA
Fikir.az-İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ UKRAYNA TARİX MUZEYİ (THE UKRAİNİAN STATE MUSEUM OF THE GREAT PATRİOTİC WAR)-( УКРАИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ МУЗЕЙ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ)- KİYEV-UKRAYNA

Savaşda qəhramanlıqlar yazan Sovet partizanların, əsgərlərin heykəllərinin arasından keçərək çatdığınız muzeyin içərisində, əsgərlərin özəl əşyaları, o zaman aid yazışmaları, medalları, hərbi maşınları, Hitler ordularının işgəncə alətlərini, Nazilerin Ukrayna’da ettikləri zülmü yansıdan ve dirənişlərini bəhs edən sənədləri, şəkilləri görmək mümkündür.

Mənbələr:

14) MARİYİNSKY SARAYI-KİYEV-UKRAYNA


Tarixi saray

Mariyinsky Sarayı, prezidentin Kiyev’dəki rəsmi mərasim evidir və Ukrayna’nın Verkhovna Rada’sının yəni məclisinin neo-klasik tərzindəki binasına birləşikdir. Dinyeper çayının kələ-kötür sahilində olan bu saray, bir Barok məhsuludur. Saray 1744-cü ildə Rus kraliçası Elizaveta Petrovna tərəfindən verilən əmrlə, tikilməyə başlanılıb. Saray həmin zamanda Rus İmparatorluğu’nda işləyən ən məşhur memar Bartolomeo Rastrelli tərəfindən dizayn edilmişdir. Rastrelli tələbələrindən Ivan Michurin, bir qrup digər memarla birliydə 1752-ci ildə sarayı bitirmişdir.

Fikir.az-MARİYİNSKY SARAYI (MARİYİNSKY PALACE)-(МАРИЙСКИЙ ДВОРЕЦ)-KİYEV-UKRAYNA
Fikir.az-MARİYİNSKY SARAYI (MARİYİNSKY PALACE)-(МАРИЙСКИЙ ДВОРЕЦ)-KİYEV-UKRAYNA

 Ancaq Elizabeth kraliçası sarayı görəcəy qədər yaşaya bilməyib vəfat etmişdir. Sarayda qalan ilk kral ailəsi mənsubu, 1787-ci ildə Kiyev’i ziyarət edən kraliça II. Catherine idi. 18-ci əsrin sonu ve 19-cu əsrin başlarında saray, valiliklerin ana iqamətgahı olmuşdur. 19-cu əsrin əvvəllərində, saray bir yanğın nəticəsində yanmışdır. Təxminən yarım əsr  sonra, 1870-ci ildə, memar Konstantin Mayevsky tərəfindən əvvəlki dizayn saxlanılmaqla saray yenidən inşa edilmişdir.

Mənbələr:

15) HİDROPARK-KİYEV

Plaj, park və bungee jumping

Hidropark  Dinyeper  çayının ortasında yer alan 188 hektar ərazidə qurulmuş bir adadır. Adanın sahil qismi təmamilə qumla doldurulub. Adaya getmək isə çox asandır. Həm maşınla həm də metroyla getmək mümkündür. Hidropark hər il may ayının 1-də açılır, Oktyabr ayının 1-də isə bağlanılır.

HİDROPARK-(HYDROPARK)-(ГИДРОПАРКЕ)
HİDROPARK-(HYDROPARK)-(ГИДРОПАРКЕ)

Hidroparkda jet ski, bungee jumping, su sürüşkəni, plaj futbolu ve plaj voleybolu oynayaraq gözəl bir vaxt keçirdə bilərsiniz. Həmdə canlı musiqi əhatəsində yemək yeyib, açıq və qapalı diskotekalarda sabaha qədər əylənə bilərsiniz.

Mənbələr:

16) XALQLAR DOSTLUQ KƏMƏRİ-Kiyev-Ukrayna səyahət planı

Tarixi memarlıq abidəsi

Bugün sənədlərdə abidənin rəsmi açılışının dəqiq tarixinin hələdə məlum olmaması çox təccüb doğurur. Kiyev’dəki xalqların Dostluq Kəməri 1982-ci  ildə inşa edildi. Bu hadisənin, kəndin 1500-cü yubileyinin qeyd olunmasına  həsr olunduğuna inanılır.Abidənin açılış mərasimində Vladimir Scherbitsky (Əvvəllər Ukrayna SSR Komunist partiyasının prezidenti) özü danışdı.

Bu heyrətamiz kompleksin ərsəyə gəlməsi təxminən dört il vaxt apardı. Xalqların dostluğ kəməri, “Oktyabr inqilabı”-nın 65-ci ili ərəfəsində payızda açıldı və dərhal Kiyev sakinləri və paytaxt qonaqları arasında çox məşhur bir yer halına gəldi.

Böyük kompozisyanın ana ünsürü, iki işçi heykəlindən ibarət bir abidədir – əllərində Xalqların Dostluq nizamını əlində tutan bir Rus ve bir Ukranyalı. Alexander Skoblikov tərəfindən dizayn edilən, bürünc ve titan ərintisindən  hazırlanmışdır. Bu abidənin hündürlüyü 6.2 metrdir. Ukranya ve Rusya’nın yenidən birləşməsi həqiqətini təmsil edir.

FRİENDSHİP OF NATİONS ARCH-XALQLAR DOSTLUQ KƏMƏRİ-АРКА ДРУЖБЫ НАРОДОВ-Ukranya-səyahət-planı
FRİENDSHİP OF NATİONS ARCH-XALQLAR DOSTLUQ KƏMƏRİ-АРКА ДРУЖБЫ НАРОДОВ

İki heykel kompozisyası, iki Slavyan xalqının birliyini işarət edən böyük bir kəmərlə bir-birinə bağlanılır. Yüksəkliyi 30 metr, uzunluğu ise 70 metrdir.

Təccüblüdür ki, Arch’ın heykəl kompozisyası üstündə işləyən memar A.Skoblikov, eyni zamanda Kiyev’dəki Böyük Vətən sevərlik Savaşı’nın abidə  kompleksinin də yazarıdır.

Bir əfsanəyə görə, bina əslində yuvarlaqlaşdırılmış bir formaya sahib olduğu üçün Kiyev xalqlar Dostluğu kəməri ilə də əlaqələndirilir və bütün abidənin alt qisminin (yay) Dinyeper yamaclarının topraqları altında gizləndiyi iddia edilir.

Dostluq Kəməri, xüsusilə də göy qurşağının bütün rəngləri ilə vurğulandığında akşam vaxtları çox gözəl görünür.

Mənbələr:

17) MEZHYHİRYA REZİDENS-KİYEV

Muzey, park, saray ve heykəl

Mezhyhirya Rezidens, Ukrayna’nın 4-cü prezidenti Viktor Yanukovych’in, vətəndaşların vergiləri hesabına tikdirdiyi, Belarusiya sərhədinə yaxın olan şəxsi evidir. Bu evin 140 hektarlıq ərazisi var.İçərisində özünə aid olan hər şey var; bowling, bilyard, kino salonu, golf sahəsi, zoopark, şəxsi kilsəsi, gəmisi, anbarı və sairə daha bir çox şey var.

MEZHYHİRYA REZİDENS-MEZHYHİRYA RESİDENCE-МЕСТО ЖИТЕЛЬСТВА МЕЖИГОРЬЯ
MEZHYHİRYA REZİDENS-MEZHYHİRYA RESİDENCE-МЕСТО ЖИТЕЛЬСТВА МЕЖИГОРЬЯ

Evin içərisində olan hərşeyin son texnologiya ve qızıl olması (hətta tualet belə) ən diqqət çəkən ünsürdür. Məsələn taxta evin girişindəki çilçıraqın dəyəri 4 milyon dolar, swarowski daşlardan və qızıldan ibarətdir. Sadəcə evin ətafındakı meşəlik ərazini gəzmək belə yaşıllıq sevən insanlar üçün xüsusi sakinləşmə hissi bəxş edir.

Mənbələr:

18) SAINT VOLODYMYRSKA TƏPƏSİ-KİYEV

Park və tarixi abidə

Saint Volodymyrska təpəsi vəya Saint Volodymyr Təpəsi (Ukrayna dilində: Володимирська гірка, “Volodymyrska hirka) Dnepr çayının sağ sahilində dik bir təpədə  yerləşən böyük bir ərazisi olan (10.6 hektar) parktır. Volodymyrska Təpəsi adını daşıyan park 19-cu əsrin ortalarında quruldu, adını isə parkta 1853-cü ildə tikilən Kiyev St. Volodymyr abidəsindən götürmüşdür.

SAINT VOLODYMYRSKA TƏPƏSİ-SAINT VLADIMIR HILL-ВЛАДИМИРСКАЯ ГОРКА
SAINT VOLODYMYRSKA TƏPƏSİ-SAINT VLADIMIR HILL-ВЛАДИМИРСКАЯ ГОРКА

Bu gün görünən terasların inşa edilməsinə isə 1840-cı ildə başlanıldı. Volodymyrska Hill parkı, Kiyev’deki ilk pulsuz ictimai park oldu. Ən məşhur və vacib əlaməti isə Kiyev St. Volodymyr abidəsidir. Məşhur ərazisi və Kiyevin sol sahilinin təbii  mənzərəsinə baxan abidə, o vaxtdan indiyə kimi əsasən tablolarda və fotografya sahəsində təsvir edilen Kiyev simvollarından biri halına gəlmişdir.

Mənbələr:

19) KİYEV FUNİKULYAR

Tarix və Nostalji

Dinyeper çayından Khreschatyk küçəsinə çıxdıqda bu funikulyardan istifadə etməyiniz məsləhətdir. Məsafənın qısa olmasına və az müddət çəkməsinə baxmayaraq, qalxanda vəya enəndə də ön sıradakı oturacaqlardakı mənzərə və ən əsası verdiyi nostalji hiss sizi gözləyir.

KİYEV FUNİKULYAR-KİEV FUNİCULAR-КИЕВ ФУНИКУЛЯР
KİYEV FUNİKULYAR-KİEV FUNİCULAR-КИЕВ ФУНИКУЛЯР

Funikulyar xanım maşınistlər tərəfindən idarə olunur. Bəzən qarşısında növbə olsada təxminən 10 dəqiqədən çox gözləmirsiniz. Həftə içi saat 7:00-22:00 həftə sonu isə 8:00-23:00 saatları arasında 8 UAH (8 qrivna=50 qəpik) ödəyərək minə bilərsiniz.

Mənbələr:

20) PARK LANDSCAPE ALLEY-(CHİLDREN LANSCAPE PARK)-UŞAQ MƏNZƏRƏLİ KÜÇƏ PARKI-ПАРК ПЕЙЗАЖНАЯ АЛЛЕЯ-KİYEV

Uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi formada heykəlləri olan park

Bu qeyri-adi uşaq parkı, Kiyev’dəki Peizazhnaya Alley ve Desyatinny küçəsi’nin birləşdiyi nöqtədə yerləşir. Park heykeltıraş Skretutsky tərəfindən  dizayn olunmuş və 2009-cu ildə qurulmuşdur.

Bura bir tərəfən sənət əsəri tərzində fiqurlar və heykəllər ilə dolu, bir tərəfdən də bir uşaq parkı olaraq fəaliyyət göstərir. Həmdə sovet memarlığı ilə birləşdiyinə görə daha da qəribə bir hiss oyandırır.

PARK LANDSCAPE ALLEY-(CHİLDREN LANSCAPE PARK)-UŞAQ MƏNZƏRƏLİ KÜÇƏ PARKI-ПАРК ПЕЙЗАЖНАЯ АЛЛЕЯ
PARK LANDSCAPE ALLEY-(CHİLDREN LANSCAPE PARK)-UŞAQ MƏNZƏRƏLİ KÜÇƏ PARKI-ПАРК ПЕЙЗАЖНАЯ АЛЛЕЯ

Bu parkda qarşılaşa biləcəyiniz qeyri-adi mənzərələrdən biri də yan-yana tikilmiş  göy, qırmızı, yaşıl və sarı rəngdə olan 4 uşağın heykəlidir. Bu heykəl qapalı qapılar ardındakı sərgilərdə yer aldıqdan sonra, nəhayətki bir parkta özünə yer tapa bildi.

Mənbələr:                         

21) KİYEV MİLLİ OPERA BİNASI

Kiyev milli akademik opera və balet teatrı

Klasik musiqiyə qulaq asmağı xoşlayan səyahət aşiqləri, buranı Kiyevdə görməli yerlərin siyahısına mütləq əlavə etməlidir. Beynəlxalq Opera Evi 1867-ci ildə inşa edilmiş ve açılmışdır. 40 min m2 əraziyə və 1650 nəfərlik tutuma malikdir. Opera evində Ukrayna-Rus baleti sərgilənir.Opera binasının içərisində yer alan Təsviri İncəsənət Muzeyi’ni gəzərək xeyli sayda dəyərli rəsim və ikon koleksiyaları görə bilərsiniz.

Opera binası, rus siyasi dövrünün ən çox danışılan sui-qəsdlərindən birinə, səhnə  olaraq pis bir xatirəyə şahid olmuşdur. Möhtəşəm memarlığı ilə Ukrayna’nın paytaxtı Kyiev şəhərində yer alan beynəlxalq Opera evi, Çar Rusyası prezidentlərindən biri olan Pyotr Arkadyeviç Stolipin vurulduğu yerdir. Sui-qəsd nəticəsində həyatını itirən prezdidentin ‘’ Çar naminə ölmək mənim üçün bir şərəfdir ‘’ ifadəsini dediyi yerdir beynəlxalq Opera binası.

Fikir.az-KİYEV BEYNƏLXALQ OPERA EVİ-NATİONAL OPERA OF UKRAİNE-НАЦИОНАЛЬНАЯ ОПЕРА УКРАИНЫ
Fikir.az-KİYEV BEYNƏLXALQ OPERA EVİ-NATİONAL OPERA OF UKRAİNE-НАЦИОНАЛЬНАЯ ОПЕРА УКРАИНЫ

Opera binasına ilk addımınıza attığınız andan etibarən detaylar gözünüzə dəyməyə başlayır. Xalçalar, divanlar və görülməyə dəyər şıx şamdanlar. Ən vacib olanı isə hiss edə bilmək qabiliyyəti olan insanların anlaya biləcəyi, səhnədən gələn bir sənət atmosferi mövcuddur opera binasında.

Təcrübəli sənətçilər, yaradıcı işıqlandırmalar və gözləri qamaşdıran dekorlar, uzun müddət hafizənizdən silinməyən bir iz buraxacaq.Kiyevin ürəyində yer alan beynəlxalq Opera Binası, Fransız Rönesans zamanına aid olan, barok memari xüsusiyyətini də özündə daşımaqdadır.

Mənbələr:

22) M.M.XRIŞKO MİLLİ BOTANİKA BAĞI-Kiyev

Ukraynanın milli elmlər akademiyasının bitkilər üzrə elmi işlər apardığı Kiyev milli  botanika bağı 120 hektarlıq əraziylə şəhərin ortasındaki bir vahə kimidr. 13 min fərqli ağac, kol və çiçək növü olan baxça, dünyanın fərqli coğrafi bölgələrinə  məxsus bitkilərə sahiblik edir. Vydubytskyi Monastırı da bu botanika bağçası daxilində yerləşir.

Fikir.az-M.M.XRIŞKO MİLLİ BOTANİKA BAĞI-M.M.HRYSHKO NATİONAL BOTANİCAL GARDEN-НАЦИОНАЛЬНЫЙ БОТАНИЧЕСКИЙ САД ИМ. М.М.ГРИШКО-Kiyev
Fikir.az-M.M.XRIŞKO MİLLİ BOTANİKA BAĞI-M.M.HRYSHKO NATİONAL BOTANİCAL GARDEN-НАЦИОНАЛЬНЫЙ БОТАНИЧЕСКИЙ САД ИМ. М.М.ГРИШКО-Kiyev

Xüsusilə də yaz və yay fəsillərində getmək məsləhət görülür. Bağçanın bəzi yerləri, Kiyevin mənzərəsini görə bilmə imkanı verir. Burada alma ağacı da var. Bağçada çəmənlik üzərində əyləşib piknik də edə bilərsiniz. Amma alov qalamaq qadağandır. Həmçinin velosiped sürmək də olmaz.

Mənbələr:

23) KONTRAKTOVA MEYDANI-Kiyev

Kiyev şəhərində Adrevski yoxuşundan aşağı endikdə sizi Kontraktova meydanı qarşılar. Metro ve Tramvay stansiyası da olan hərəkətli bir yerdir. Ətrafda çoxlu sayda kafe və restoran yerləşir. Meydanda böyük bir şeytan çarxı da vardır. Həftə sonları  şeytan çarxının ön tərəfində yemək-içmək satan polkalar qurulur.

Fikir.az-KONTRAKTOVA MEYDANI-Kontraktova Square-Контрактовая Площадь-Kiyev
Fikir.az-KONTRAKTOVA MEYDANI-Kontraktova Square-Контрактовая Площадь-Kiyev

Puzata Hata restoranı da yaxınlıqda yerləşir. Uygun, temiz və gözəl bir xalq  restoranıdır. Metro girişinin yanındakı küçük Lyviv Cafe’sində şirniyyatla çay içmək məsləhətdir.

Mənbələr:

24) OLEQ ANTONOV DÖVLƏT AVİASİYA MUZEYİ-Kiyev

Savaş qurğularına marağınız varsa bu muzey sizi gözləyir. 70’dən çox sayda böyük və görkəmli Sovet təyyarələri ve vertalyotların nümayiş olunduğu açıq bir aviasiya muzeyidir.Zhulyany aeroportu içərisində yerləşən aviasiya muzeyi qapılarını 30 Sentyabr 2003 tarixində xalqa açmışdır. Muzeyin web saytına buradan daxil ola bilərsiniz.      

Fikir.az-OLEQ ANTONOV DÖVLƏT AVİASİYA MUZEYİ-Oleg Antonov State Aviation Museum-Государственный Музей Авиации Им. Олега Антонова-Kiyev
Fikir.az-OLEQ ANTONOV DÖVLƏT AVİASİYA MUZEYİ-Oleg Antonov State Aviation Museum-Государственный Музей Авиации Им. Олега Антонова-Kiyev

Oleg Antonov aviasiya Muzeyinin iş vaxtları:
Çərşənbə axşamı-bazar günü (Aprel-Oktyabr): 10:00-19:00
Çərşənbə axşamı-bazar günü (Noyabr-Mart): 10:00-18:00
(Bilet Satışı 17:00’a qədər) / 1-ci gün muzey bağlı olub fəaliyyət göstərmir.

Oleg Antonov Aviasiya Muzeyi Giriş qiyməti: 
50 UAH (3.12 AZN) , şəkil çəkmək üçün əlavə olaraq 10 UAH (0.63 AZN), video üçün isə 40 UAH (2.50 AZN) pul ödəməlisiz.

Xəritə

Mənbələr:

25) A.V. FOMİN BOTANİKA BAĞI-Kiyev

Yaşıllıq sevənlər üçün növbəti bir yer. Kiyev universiteti St.Volodymyr Botanika bağı olaraq da bilinən A.V.Fomin Botanika bağı 22,5 hektarlıq ərazidə 8.000 bitki növünə ev sahibliyi etməkdədir. Adını ilərcə bağa qulluq edən akademik A.V.Fomin’dən almışdır. Botanika bağı, egzotik bitkiləri və dünyanın ən yüksək istixanalarından olan ən qədimi palma  ağacları istixanası ilə məşhurdur.

Fikir.az-A.V. FOMİN BOTANİKA BAĞI-A.V. Fomin Botanical Garden-Ботанический Сад Им. А.В.Фомина-Kiyev
Fikir.az-A.V. FOMİN BOTANİKA BAĞI-A.V. Fomin Botanical Garden-Ботанический Сад Им. А.В.Фомина-Kiyev

Bağın ortasında kiçik bir bulaq yerləşir. Əgər özünüzlə biraz fındıq aparsaz və bu fındıqları bir-birinə vursaz yanınıza sincablar gələ bilər. Bu qədimi Botanika bağını rəhbərli bir turla yaz aylarında gəzməyiniz məsləhətdir.

Əgər ilk dəfə ölkə xaricinə gedirsizsə səyahətə qardaş ölkə olan Türkiyədən başlaya bilərsiniz. Xarici pasportunuz olmasa belə sadəcə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilərsiniz. Əgər Türkiyəyə səfər etmək barədə qərar versəz səyahət planı qurmaq üçün Türkiyə ərazisində gəzməli və görməli yerlər siyahısı yazısını oxuya bilərsiz.

Sizə xoş səyahət arzulayırıq!

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir