Onlayn Səyahət Sığortası, əgər gedəcəyimiz ölkə viza tələb edirsə, mütləq alacağımız sənədlərdən biri olacaqdır.
Əksər insanlar səyahət sığortasını sadəcə viza almaq üçün alır. Əslində səyahət sığortası almaq, xarici ölkədə olarkən başımıza gələ biləcək istənilməyən hadisələrə qarşı bizi qoruyur.
Nə üçün səyahət sığortası almalıyıq?
Səfər sığortası almaqla, xarici ölkdə başınıza gələ biləcəy hər hansı bir sağlıq problemində təcili tibbi müdaxilə vəya daha ciddi problemlər olarsa Azərbaycana respublikasına qayıdış xərclərini ödəməkdən azad olursunuz. Misal üçün səyahət zamanı ən çox qarşılaşılan problem qida zəhərlənməsi olur. Xüsusilədə başqa bir ölkənin qidalarına orqanizim öyrəşmədiyi üçün problemlər yarana biər. Azərbaycanda belə problemlər üçün xəstaxana xərcləri çox olmur. Lakin səyahət etdiyiniz ölkədə bu xərclər çox yüksək ola bilər. Bu zaman istirahətiniz üçün ayırdığınız pulun böyük bir qismi, xəstəxana xərclərini qarşılamağa sərf oluna bilər. Və bu halda səyahət tətiliniz pis xatirələrlə yadda qala bilər.
Üstəlik sığorta hadisələrinə sadəcə tibbi sağlığ problemləri aid deyil. Bundan başqa səyahət zamanı hava yolu şirkətində baqaj itə bilər. Vəya ailə fərdinin rəhmətə getməsi səbəbindən təcili olaraq Azərbaycana qayıdmaq məcburiyyətində qala bilərsiniz. Belə vəziyyətlərdə sizə dəymiş maddi ziyanı, səfər sığortası aldığınız üçün, sığorta şirkəti ödəyəcək.
Beləliklə siz səyahət sığortası almaqla bu hadisələrə qarşı sığortalanırsız:
– Fərdi qəza sığortası
– Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortasi
– Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
– Xaricə səfər zamanı baqajin sığortası
– Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası
– Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
Səyahət sığortsı alarkən nələrə diqqət etməliyik?
Onlayn Səyahət Sığortası qiyməti – Sözsüzki hamıya maraqlı olan ən ucuz səyahət sığortasının qiyməti neçiyədir sualıdır. Səyahət sığortasının qiyməti sığorta şirkətinə, səyahət edəcəyiniz ölkəyə, qalcağınız müddətə görə dəyişiklik göstərə bilir.
Səyahət sığortasının keyfiyyəti – İkinci fikir verməli olduğumuz məqam büdcəmizə uyğun ən yaxşı səyahət sığortasını tapmaqdır. Bunun üçün ən yaxşı sğorta şirkətlərinin reytinglərinə və şərhlərinə baxmaq lazım gələcək.
Əgər səyahət zamanı ekstrim idman növləri ilə məşğul olmağı sevirsinizsə, bunu sığorta müqaviləsində qeyd etməlisiz.
Yaxşı bütün bunları bildik bəs necə səyahət sığortası almaq olar?
Bunun üçün hər hansı bir sığorta şirkətinə getməyə ehtiyac yoxdur. İnternetin bizə bəxş etdiyi imkanlar vaistəsilə, evdən onlayn səyahət sığortasını əldə edə bilərik. Və üstəlik bir-bir ən ucuz və ya ən keyfiyyətli onlayn səyahət sığortasını axtarmağa ehtiyyac yoxdur. Bütün bu imkanları bizə insure saytı bir tik qədər yaxın edir. Bu sayt vaistəsilə ölkədəki bütün sığorta şirkətlərinin qiymətini, reytinginə görə müqayisə edə bilərsiz. Və müştərilərin sığorta şirkətləri haqqındakı şərhlərini oxuyub ən yaxşı onlayn səyahət sığorta şirkətini seçə bilərsiniz. Bunun üçün ilk öncə insure saytına daxil olursunuz. Sonra isə pasport məlumatlarınızı, gedəcəyiniz ölkəni və qalacağınız müddəti seçib onlayn səyahət sığortasını ala bilərsiniz.
Səfirliyə müraciət etmədən viza almaq mümkün olan ölkələr haqqında isə bu yazımızı oxuya bilərsiniz.
istinadlar: