fbpx
Onlayn aviabilet almaq üçün az bilinən ucuz yollar-Fikir.az

Onlayn aviabilet almaq üçün az bilinən ucuz yollar

1. Onlayn aviabilet almaq üçün ən ucuz yeri və vaxtı necə bilək?

2. Ən ucuz təyyarə bileti hansı ölkələrədir?

3. Ən ucuz təyyarə bileti hansı aylarda olur?

4. Tranzit uçuşlar bilet qiymətinə necə təsir edir?

Aviabilet almaq səyahətin ən çox xərc aparan mərhələsidir. Ona görədə biz çalışmalıyıqki bileti daha ucuza alaq. Və xərclərimizə qənaət edək və bunum müqabilində daha çox səyahət edə bilək.

Onlayn aviabilet almaq üçün ən ucuz variant hansıdır?

Əlbətdəki bunun üçün yüzlərlə hava yolu şirkətinin bir-bir web saytına girib yoxlamaqda olar ammaki inanmıramki kiminsə bu qədər vaxtı və səbri olsun.

Bunun üçün bir çox hava yolu şirkətlərinin aviabilet qiymətlərini özündə cəmləşdirən bir web sayt mövcuddur. Bu web qəhramanımızın adı isə “Skyscanner” saytıdır. Bu sayt sizin istədiyiniz istiqamətə olan bileti 1200 avia şirkət arsından analiz edir. Və ən uzuzdan başlayaraq bahalıya doğru qarşınıza çıxarır.

Əgər ingilis dili biliyiniz zəyifdirsə sayt Türk dilini dəstəklədiyinə görə dil seçimindən “Türk dilini” seçib saytdan asanlıqla istifadə edə bilərsiniz.

Aviabilet qiymətlərini dollar əvəzinə, manat valyutasında görmək mümkündür. Bunun üçün olduğunuz ölkənin pul valyutasını seçərək analiz nəticələrinin manat valyutasında görə bilərsiniz.

Onlayn aviabilet almaq üçün axtarış aparmaq

Saytda axtarış aparmaq çox asandır. İlk öncə gedəcəyiniz ölkəyə qərar verirsiniz. Gedəcəyiniz ölkəyə qərar verə bilmirsizsə “Hər yerə” variantını seçirsiz. Bu zaman Skyscanner ən uzuz uçuşlar olan ölkələrin siyahısını qarşınıza çıxaracaq. Sonra hansı tarixdə getməyi və hansı tarixdə qayıdmağı qərarlaşdırıb axtarış edirsiniz.

Getməy istədiyiniz ölkəyə hansı tarixdə gedəcəyinizi bilmirsizsə tarix seçimində “ən ucuz ay” variantını seçirsiz. Bu zaman “Skyscanner” saytı sizə ən ucuz ayda olan uçuşları axtarır. Və o aydakı aviabilet qiymətlərinin siyahısını sizin qarşınıza çıxarır.

Bundan başqa bəzən elə hallarda olurki, eyni şəhər daxilindəki hava limanlarından birinə olan uçuş digərindan daha ucuz ola bilir. Buna görədə axtarış zamanı “Yaxınlığdakı hava limanlarını” əlavə etməklə daha sərfəli bilet təkliflərini görə bilərik.

Səyahət edəcəyiniz ölkə uzaqdırsa birbaşa uçmaq baha olur. Hava limanında saatlarla gözləməy problem yaratmırsa tranzit uçuşları seçə bilərsiz. Tranzit uçuşda gedəcəyiniz ölkəyə qədər bir-neçə ölkədə təyyarə dəyişmiş olursunuz.

Səyahəti yay fəsilindən başqa aylarda, həftə sonu əvəzinə həftə içi günləri seçə bilərsiniz. Xüsusilədə 2, 3 və 4-cü günlərdə səyahət etmək, aviabilet qiymətlərinə təsir edən faktordur. Gecə reyislərində yəni gecə saatlarında uçduqda daha ucuz aviabilet tapmaq mümkündür.

Əgər səyahət etmək istədiyiniz ölkəyə ən ucuz təyyarə bileti almaq istəyirsinizsə sadəcə olaraq “Skyscanner” saytına daxil ola bilərsiniz.

Biletiimizidə aldıq bəs gedəcəyimiz ölkədə qalmaq üçün ən ucuz yeri necə tapa bilərik?Bu sualın cavabı isə Səyahətdə qalmaq üçün ən ucuz yer yazımdan oxuya bilərsiniz.

istinadlar:

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir