fbpx
Səyahətdə qalmaq üçün ən ucuz yer-Fikir.az

Onlayn otel sifarişi: Ən ucuz yeri necə tapmaq olar?

1.Onlayn otel sifarişi kredit vəya debet kart olmadan necə edilir?

2.Səyahətdə qalmaq üçün ən ucuz yer haradadır və onu necə tapmaq olar?

3.Şəhərin görməli yerlərində yerləşən otellərin siyahısını necə tapmaq olar?

4.Rezervasiyanı cərimə ödənişi olmadan necə ləğv etmək olar?

Səyahət zamanı ən çox xərcin aviabilet almaq və otel rezervasiya etmək olduğu hərkəsə məlumdur.

Biletlər haqqında Ən ucuz təyyarə biletini necə almaq olar yazımızı oxuyaraq məlumat ala bilərsiniz.

Onlayn otel sifarişi üçün dünyaca məhşur və çox istifadə olunan sayt haqqında məlumat:

Bu qəhraman saytımızın adı Booking-dir. Booking saytında, səyahət zamanı qalmaq üçün 28 milyondan çox yer mövcuddur.

İngilis dili zəyif olanlar üçün, saytda Türk dili seçənəyi mövcuddur. Həmçinin valyuta bölməsindən AZN valyutasını seçməklə analiz nəticələrini manat valyutasında göstərə bilərsiniz.

Booking saytında axtarış etmək isə çox asandır. İlk öncə gedəcəyiniz ölkəni və səyahət müddətini qeyd edirsiz. Sonra isə neçə nəfər gedəcəyinizi və neçə otaq istədiyinizi müvafiq xanalrda qeyd edib axtarış edirsiniz.

Saytda filter funksiyası olduğundan qiyməti ən ucuzdan bahalıya doğru sıralaya bilmə imkanınız var. Həmçinin siz qalacağınız yerdə ilk öncə keyfiyyət axtarışındasınızsa, filter funksiyasından istifadə edə bilərsiniz. Bu zaman seçdiyiniz yerdə əvvəllər qalan insanların şərhlərini və ortalama neçə ulduz verdiylərini görə bilərsiniz.

Bundan başqa şəhərin mərkəzində və ya şəhərin ən görməli yerlərinə yaxın yerində qalmaq istəyirsizsə, bu zaman filterlərdən lokasya seçimi vaistəsilə “görüləcək yerlərə yaxınlığı” seçimini seçə bilərsiniz.

Bu sayt sizə sadəcə otelləri göstərmir. Həmçinin mənzillər, kənd evləri, hostellər və hətta villaları belə rezervasya etməyə şərait yaradır.

Əksər qonaqlama yerlərində əvvəlcədən edilmiş rezervasiyadan, 1 həftə vaxt qalmışa qədər imtina edə bilərsiniz. Bu halda heç bir cərimə ödənişi etmirsiz. Həmçinin əksər qonaqlama yerlərində onlayn rezervasiya etmək üçün kredit və ya debit karta ehtiyac olmur.

Beləliklə səyahət zamanı ən ucuz qalmaq yerini Booking saytı vaistəsi ilə tapmaq mümkündür.

Onlayn təyyarrə bileti üçün isə Ən ucuz təyyarə biletini necə almaq olar yazımızdan oxuya bilərsiniz.

istinadlar:

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir