fbpx
Türkiyə-səyahət-planı-Gəzməli-və-görməli-yerlər-siyahısı-Fikir.az

Türkiyə: Gəzməli və görməli yerlər siyahısı

Fikir.az saytı olaraq Türkiyə ərazisində səyahət planı hazırlayıb ən gəzməli və görməli səyahət yerləri siyahısını bu yazımızda sizlərlə bölüşəcəyik. Sizə xoş oxumalar.

1) Ayasofya-İstanbul-Türkiyə

Ayasofya Möhtəşəm memarlığ abidəsini, islam sənətinin incilərini və tarixi əks etdirən mühiti özündə birləşdirir. Tarixi sevən insanlar burada sanki keçmişə səyahət etmiş kimi hiss etdiklərini dilə gətirirlər. Səhər saatlarında getdikdə, içəri düşən günəşin işıq saçan parlaq saçaqları, insanda ayrı bir hiss yaradır.

Fikir.az-Ayasofya-İstanbul-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Ayasofya-İstanbul-Türkiyə

Ayasofya əvvəllər, Azize Sofya Kilsəsi, İstanbul’da yerləşən bir məscid, qədimi bazilika, katedral və muzey olaraq fəaliyyət göstərib. Bizans İmperatoru I. Justinianus tərəfindən, 532-537-ci illər arasında İstanbul’un tarixi yarımadasındakı qədimi şəhər mərkəzində inşa edilib. Bazilika planlı bir patrik katedralı olub 1453-cü ildə Osmanlılar tərəfindən fəth edilir. Sonra isə Fatih Sultan Mehmed tərəfindən məscidə çevrilmişdir. 1934-cü ildə dərc olunan Nazirlər Kabinetinin qərarı ilə Ayasofya muzeyə çevrildi. Və qazıntı-təmir işlərinə başlanaraq 1935-2020-ci illər arasında muzey olaraq xidmət göstərdi. 2020-ci ildə isə muzey statusu ləğv edilmiş və təkrar məscid statusu qazanmışdır.

2) Sultan Ahmet camisi-İstanbul-Türkiyə

Sultan Ahmet məscidi, təccübləndirici böyüklüyü və zərif gözəliyi ilə bitmir. Çünki şəhərin məscidlərinin əksəriyyətindən fərqli olaraq iki və ya dörd minarədən ibarət deyil. Əksinə altı minarəyə sahib olmasıdır. Tarixi əfsanəyə görə buna səbəb yanlış bir anlaşılma olmasıdır. Beləki sultan altın minarə (yəni qızıl minarə) tikilməsini əmr edir. Amma memarın isə altı minare (yəni altı ədəd minarə) olaraq başa düşdüyü rəvayət olunur.

Fikir.az-Sultan-Ahmet-Məscidi-İstanbul-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Sultan Ahmet Məscidi-İstanbul-Türkiyə

Sultan Ahmet Məscidi və ya Sultânahmed Məscidi, 1609-1617-ci illər arasında Osmanlı Padşahı I. Ahmed tərəfindən İstanbul’dakı tarixi yarımadada, memar Sedefkâr Mehmed Ağa’ya Tikdirilmişdir. Məscid mavi, yaşıl və ağ rəngli plitələrlə bəzəndiyinə görə yarım günbəzləri və böyük günbəzinin içi də yenə mavi ağırlıqlı qələm işləri ilə bəzəndiyi üçün Avropalılar tərəfindən “Mavi Məscid” olaraq da adlandırılır. Ayasofya’nın 1935-ci ildə məsciddən muzeyə çevrilməsi ilə, İstanbul’un ana məscid məqamına çatmışdır. Əslində Sultanahmet məscid kompleksi ilə birlikdə, İstanbul’dakı ən böyük memari əsərlərdən biridir. Kompleks məscid, mədrəsələr, sultan sarayı, bazar, dükanlar, hamam, fəvvarə, məzar, sağlıq yurdu, məktəb və xeyriyyə qurumu ibarətdir. Bu tikililərin bir qismi hətta günümüzə qədər çatmışdır.

3) Topkapı Sarayı müzesi-İstanbul-Türkiyə

Topqapı Sarayı muzeyi, İstanbul Saray burnu’nda, Osmanlı İmperatorluğu’nun 600 illik tarixinin 400 ili ərzində, dövlətin idarə mərkəzi olaraq istifadə olunan və Osmanlı padşahlarının yaşadığı saraydır. Bir zamanlar içərisində 4.000’ə yaxın insan yaşamışdır. Topqapı Sarayı Fatih Sultan Mehmed tərəfindən 1478’də inşa etdirilmiş, Abdülmecid’in Dolmabahçe Sarayı’nı inşa etdirməsinə qədər təxminən 380 il müddətində dövlətin idarə mərkəzi və Osmanlı padşahlarının rəsmi iqamətgahı olmuşdur. Quruluş illərində təxminən 700.000 m² bir ərazidə yer alan sarayın bugünkü ərazisi 80.000 m²’dır. Topqapı Sarayı, saray xalqının Dolmabahçe Sarayı, Yıldız Sarayı və digər saraylarda yaşamağa başlaması ilə birlikdə boşaldılmışdır. Padşahlar tərəfindin tərk edildikden sonra da içində bir çox xidmətçinin yaşadığı Topqapı Sarayı heç bir zaman əhəmiyyətini itirməmişdir.

Fikir.az-Topqapı-Sarayı-muzeyi-İstanbul-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Topqapı Sarayı muzeyi-İstanbul-Türkiyə

Topqapı Sarayı muzeyi ərazisində keçmiş dövrlərdəki insanların necə yaşadıqları və istifadə etdikləri mətbəx  əşyaları, geyimləri, saxsı qabları, ev əşyaları kimi hər şeyin sərgilənməsi həqiqətəndə ağıllara durğunluq vərir. Hamısı çox bəzəkli və dekoratif olmaqla bərabər gözlərə ziyafət vermək adından gedib görməyə dəyər. Sarayın hər küncündə görüləcək çox şey olduğu üçün bütün detallara diqqətlə nəzər yetirin və heç bir şeyi gözünüzdən qaçırmadığınızdan əmin olun.

4) İstiklal caddesi-İstanbul-Türkiyə

İstiqlal küçəsi, İstanbul’un Beyoğlu rayonunda, Tünel ilə Taksim Meydanı arasında uzanlr. 19-cu əsrin sonlarından bəri Türkiyə’nin ən məşhur küçələrindən biri olma statusunu qoruyan gəzməli küçələrdən biridir. 1.400 metr uzunluğunda olan küçənin orta nöqtəsi Galatasaray Liseyi’nin yanından keçen Yeni Bazar küçəsi’nin, küçəyi kəsdiyi və 50 il abidəsinin yerləşdiyi yer olaraq qəbul edilir. Paralelində uzanan Tarlabaşı Bulvarıyla bərabər Beyoğlu küçəsinin ana hissəsini yaradır. Ortalama olaraq 74 metr hündürlükdə yer alır. İstiqlal küçəsi inzibati olaraq 9 ayrı məhəlləni əhatə edir.

Fikir.az-istiqlal-küçəsi-nostaljik-tramvay-İstanbul-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-istiqlal küçəsi-Nostaljik tramvay-İstanbul-Türkiyə

İstiqlal küçəsi daxilində gəzməli bir çox mağaza vardır. Yorulduqda isə istirahət etmək üçün restoran və kafelər mövcuddur. Yol boyunca gəzən yerliləri və turistləri özünə çəkən bu küçə, şəhərin əksər kinoteatr salonlarına da ev sahibliyi etməkdədir.

İstiqlal küçəsi simvolu‘na çevrilmiş olan tramvaydan isə söz etməsək ayıb olar. 1989 ildə muzeydə olan köhnə vaqonlara yenidən əl gəzdirildi. Və elektrikli tramvayın simvolik bir xətdə nostaljik məqsədlə yeniden xidmət göstərməsi məsələsi gündəmə gəldi. Bunun üçün də ən uygun yer olaraq İstiqlal küçəsi uygun görüldü. Beləliklə bugünkü nostaljik tramvay Taksim-Tünel xəttində işləməyə başladı. Qırmızı-ağ rəngi və orijinal forması ilə qısa zaman ərzində nostaljik tramvay, sadəcə İstiqlal küçəsi və Beyoğlu’nun deyil İstanbul, hətta Türkiyə’nin simvolu halına gəldi. Nostaljik tramvay hələdə Taksim-Tünel arasında 1.870 metrlk xətt üzərində gündə 2500 nəfərə qədər sərnişinə xidmət göstərməkdədir.

5) Damlataş Mağarası-Antalya-Türkiyə

Türkiyəyə səyahət planı üzrə beşinci yeri Damlataş Mağarası tutmaqdadır. Damladaş Mağarası, Türkiyə’nin turizmə açılan ilk mağarası olub Antalya şəhərinin Alanya rayonunda yerləşməkdədir. 1948-ci ildə liman inşaatında istifadə edilən daşların çıxartılması üçün ocağ açılması nəticəsində kəşf olunmuşdur. Mağara, tarixi Alanya qalası’nın qərb sahilindədir. Mağaranın giriş qismində 50 metrlik bir keçid vardır. Hündürlüyü 15 metr olan keçiddən sonra silindirik bir boşluğa gəlinir. Buradan mağaranın bazasına enilir. Mağara, stalaktitlərdən dammağa davam eden su damlaları səbəbiylə Damladaş adını almışdır.

Fikir.az-Damladaş-Mağarası-Antalya-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Damladaş Mağarası-Antalya-Türkiyə

Damladaş Mağarası, ovsunlayıcı gözəlliyi ilə bərabər asma xəstələrinə müsbət təsir edən havası ilə də məşhurdur. Həkim nəzarəəti altında mağarada 4 saata qədər oturaraq 21 günlük müalicə kursu alan insanlar vardır. İnsanların rahat müalicə ala biməsi üçün müəyyən olunmuş müalicə müddəti ərzində turistlər mağaraya buraxılmırlar. Müalicə saatları səhər saat 6-dan 10-a qədər davam edir. Sonra isə mağara turistlərin ziyarətinə açılır. Marağlısı isə odurki mağararanın teparaturu sabit olaraq qalır istənilən fəsildə temperatur 22 dərəcə olaraq qalır. Rütubət yüzdə 95, sabit təzyiq 760 mm-dir.

Damladaş Mağarası havası‘nda yüzdə 71 azot, yüzdə 20,5 oksigen, onmində 2,5 karbondioksid vardır. Həmçinin bir miqdar radyoaktiv iyonlar olduğu qeyd edilir. Mağaraya giriş qiyməti 10 TL (bizim pulnan təxminən 2 manat 34 qəpik) nəzərdə tutulub. İnsanların çox olmasını nəzərə alaraq səhər saatlarında getmək məsləhət görülür. Mağara kiçik olduğundan qısa bir müddətə gəzib qurtara və siyahımızda olan digər görməli və gəzməli yerlər kəşf etməyə gedə bilərsiniz.

6) Kurşunlu Şelalesi tabiat parkı-Antalya-Türkiyə

Kurşunlu Şəlaləsi təbiət parkı Antalya’da ən gözəl gəzməli yerler’dən biri olan və bənzərsiz mənzərəsi, subtropikal təbiəti ilə, Antalya Mərkəz rayonunda, Antalya-Serik-Alanya magistral yolun şimaldan 12 km Şərq nöqtəsindən ayrılan 7 km’lik bir yolun sonunda yerləşməkdədir.

Kurşunlu Şəlaləsi, yeddi gölməçəni bir-birinə bağlayan bir çağlayanın, yaşıl bir təbiət fonunda 18 metrlik bir hündürlükdən töküldüyü bənzərsiz bir yerdir. Bitki örtüsünə görə bu ərazi Bitki Tuneli olaraq da adlandırılır və gəzməli yerlər axtaran insanları cəzb edir. 7 ayrı kiçik şəlalə birləşir və 7 ayrı gölməçə bir-birinə bağlanır. Şəlalə, iki kilometrelik bir kanyonun içərisində yerini almışdır. Şəlalə təxminən 18 metrlik bir hündürlükdən axmaqdadır. Ana şəlalə isə 12 metr yüksəklikdən axmaqdadır.

Fikir.az-Kurşunlu-Şəlaləsi-təbiət-parkı-Antalya-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Kurşunlu Şəlaləsi təbiət parkı-Antalya-Türkiyə

Kurşunlu Şəlaləsi ətrafında yay fəsilində bir çok yerli ilə rastlaşa, ailəvi piknik edə, kristal şəffaflığındakı suya ayaqlarınızı uzada və ağacların kölgəsində sərinləyə bilərsiniz. İstər su kənarında yaşayan tısbağa sürülərinə baxın istər şəlalələrin arxasındakı kiçik qaya çıxıntılarını kəşf edin, bir sözlə səyahət əsnasında hərkəsin zövqünə uyğun bir fəaliyyət sahəsi tapmaq mümkündür. Çay boyunca, gözəl qoxulu şam meşələrində gəzinti etmədən geri dönmək məsləhət deyil.

7) Göreme açık hava müzesi-Kapadokya-Nevşehir-Türkiyə

Göreme Tarihi Milli Parkı ve Kapadokya’nın Kayalık Alanları.

Göreme açıq hava muzeyi: Tarixi Milli Parkı və Kapadokya’nın Qayalıq əraziləri, Nevşehir  içində yerləşən, sahib olduğu təbii gözəlliyi ilə Türkiyənin ən gəzməli və görməli turizm yerlərindən birisi mövqeyindədir. Yay-qış hər il minlərcə səyahətçi qəbul edən Göremede, sizlər üçün də bənzərsiz səyahət fikirləri olacağından şübhəniz olmasın.

Fikir.az-Göreme-açıq-hava-muzeyi-Tarixi-Milli-Parkı-və-Qayalıq-əraziləri-Kapadokya-Nevşehir-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Göreme-Açıq hava muzeyi Tarixi Milli Parkı və Qayalıq əraziləri-Kapadokya-Nevşehir-Türkiyə

Göreme Tarihi Milli Parkı 1985 ildən  bu yana UNESCO’nun mədəni irs siyahısında yer almaqdadır. Orta Anadolu ərazisinin Hasan Dağı və Erciyes Dağı arasındaki vulkanik ərazidə yerləşən Göreme Milli Parkı, kiçik dağ bitkilərindən, yüksək təpələrdən və aşınmış dik yamaclı vadilərdə bir-birindən ayrılan yüksək düzənliklərdən ibarətdir. Parkın yerləşdiyi ərazidə Bizans Kilsə memarlığından və dini sənət tarixindən vacib əsərlər olması nəticəsində tarix ilə təbii gözəlliyin qovuşmasına şahidlik etmiş olursuz. Dövrün insanları, ərazinin coğrafi quruluşuna görə savaşların təsirindən və mərkəzi idarənin səlahiyyətdən təsirlənmədən yaşayışlarını davam etdirə biliblər.

Fikir.az-Göreme-açıq-hava-muzeyi-Kapadokya-Nevşehir-Türkiyə-səyahət-ən-gəzməli-və-görməli-yerlər.jpg
Fikir.az-Göreme-açıq hava muzeyi-Kapadokya-Nevşehir-Türkiyə

Göreme Tarihi Milli Parkı nəqliyyat yollarından uzaq olduğundan və möhkəm bir sahə olduğuna görə bura gizlənmək istəyənlər və ya dini qeyb aləminə çəkilmək istəyənlər üçün çox təhlükəsiz bir yer olmuşdur. 3-cü yüz illiyin sonlarında başlayan monastır həyatı, davam edən vaxtlarda sürətlə yayğınlaşıb. Vəziyyət belə olduqda isə qısa zaman müddətində monastırlar, kilsələr, ibadətgahlar, anbarlar, şərab istehsalı yerləri üçün divarlar oyulmuş və oyulan bu divarlar da rəsmlərlə bəzənmişdir. Ərazidə tapılan Ürgüp, Avcılar, Çavuşini, Uçhisar, Yeni Zelve kimi yaşayış sahələri, Göreme bölgəsinin keçmiş vaxtlardakı mədəniyyətini yansıdan təbii gözəllikləri özündə ehtiva edir.

Saklı Kilise

Göreme sərhədləri daxilində tapılan gizli Kilsə’nin həqiqi adı Aya Lonnes’dir. Nazar Şapeli’nin yaxınlığında tapılan kilsə üç apsislidir. Tavanda xaç və geometrik bəzəklər mövcuddur.11-ci əsrdə inşa edildiyi təxmin edilən kilsənin qəribə quruluşu və rəngli bəzəkləri sizi özünə heyran qoyacaqdır. 

Göreme Vadileri

Ərazidəki ən gəzməli və görməli yerlərdən biri olan vadilər bənzərsiz təbi gözəlliklər arasında gəzinti fürsətini gələn ziyarətçilərə lütf edir. Göreme dərələrindən ən əsasları isə; Zemi Vadisi, Güvercinlik Vadisi, Meskendir Vadisi, Güllüdere Vadisi, Bağlıdere Vadisi, Kızılçukur Vadisi. 

Zemi Vadisi

Göreme Açıq Hava muzeyi’nin yerləşdiyi yerdən başlayaraq Kermil təpəsi’nə qədər davam edən dərədə zövqlü bir səyahət sizləri gözləyir. Həmçinin gəzinti marşrutu müddətində qarşınıza çıxacaq olan Sarnıç, Saklı, Görkündere və El Nazar Kilsələri kimi tarixi yerləri ziyarət etmək fikrini də dəyərləndirmək məsləhətdir.

Göreme Kiliseleri

Göreme gəzintisində qarşınıza bolca kilsələr çıxacaqdır. Bunlardan bəziləri isə bunlardır: Durmuş Kadir Kilsəsi, El Nazar Kilsəsi, Sarnıç Kilsəsi, Yusuf Koç Kilsəsi, Saklı Kilsə, Kılıçlar Kilsəsi, Yamalı Kilsə, Eğritaş Kilsəsi, Məryəm Ana Kilsəsi. 

Elmalı Kilise

Doqquz günbəzdən, dörd sütundan və üç apsisten ibarət kilsənin əsl giriş nöqtəsi Cənub nöqtəsindən olmasına baxmayaraq şimaldan açılan tunel vasitəsilə kilsəyə giriş etmək mümkündür. Elmalı Kilsəsi’nin 11-ci əsrin sonları ilə 12-ci əsr əvvəlləri arasında tikildiyi təxmin edilir.

Fırkatan Kilisesi

Aynalı Kilise olaq da adlandırılan kilsə, Göreme’ye 500 metrlik məsafədə yerləşir. Memari quruluşu digər kilsələrdən fərqli olan Fırkatan Kilsəsində gizli keçidlər, mətbəx və sığınacaq yerləri vardır.

Güvercinlik Vadisi

Yaşıl rəngin hər tonunu özündə əks etdirən Güvercinlik dərəsi, 4100 metr uzunluğa malikdir. Dərə içərisində gəzərkən bəlkə də əksər səyahət edən insanlar tərəfindən görülməyən şəlaləni görməyi tövsiyə edirik.

8) Nemrut Dağı heykəlləri milli parkı-Kayadibi-Kahta-Adıyaman-Türkiyə

Nemrut Dağı, Adıyaman’ın Kahta rayonu ərazisində yerləşir. Şərqi Anadolu Bölgəsinin sönmüş bir vulkanıdır. Hündürlüyü 2.150 metr, sahəsi isə 13.827 hektardır. Toros Dağları silsiləsində yerləşən və Dünyanın səkkizinci Möcüzəsi sayılan Nemrut Dağı. Heykəlləri və kitabələri ilə UNESCO Dünya irs siyahısında yer almaqdadır.

Nemrut Dağı tarixi. Nemrut’un hekayəsi olduqca qədimi zamanlara dayanır. Nemrut Dağı’nda yerləşən milli parkın qaynaq dəyəri, qədimdə qurulan Kommagene Krallığı’na aid arxeoloji qalıqlardır. Kommagene Krallığı, Mithridathes Kalinikos tərəfindən eramızdan əvvəl 162-ci ildə müstəqil bir dövlət olaraq qurulub.

Mithridathes; Farslar, Makedoniyalılar və ətrafdakı digər icmaları bir araya gətirərək qurduğu bu dövlətin adını Grekçe “Genlər Cəmiyyəti” mənasına gələn “Kommagene” olaraq qoymuşdur. Mithridathes’ten sonra başa gələn kral I. Antiochos Theos, dağın təpəsinə öz məzar-məbədindaən başqa, bir çox Yunan və Fars tanrısının heykəllərini də inşa etdirib. Kommagene Krallığı, I.Antiochos ilə ən görkəmli zamanını yaşamışdır. Eramızdan əvvəl 17-ci ildə ərazi Romalıların əlinə keçərək, Roma əyaləti halına gəlmişdir.

Fikir.az-Nemrut-Dağı-heykəlləri-milli-parkı-Kayadibi-Kahta-Adıyaman
Fikir.az-Nemrut Dağı heykəlləri milli parkı-Kayadibi-Kahta-Adıyaman

Nemrut Dağı Əfsanəsi.

Nemrut Dağı, keçmişdən günümüzə sirrini qorumağı bacarmışdır. Yad planetli varlıqlar tərəfindən gizli baza olaraq istifadə olunduğu  iddiası belə deyilmişdir. Bilinən tək şey isə, dağda hələ kəşf edilməmiş tunellərin və Kral I. Antiochos’un itmiş məzarının olmasıdır.

Nemrut Dağı Heykəlləri.

I. Antiochos’un özü üçün tikdirdiyi məzarın üzərini örtmək üçün 30 min Kubmetr həcmində daş parçaları istifadə olunub. Bu məzar şərqdən, qərbdən və şimaldan üç teras ilə əhatə olunub. Şərq terasda yerləşən heykəllər 10 metr Hündürdədir. Tanrıların sırasında bir qurbangah yerləşir. Heykəllər və daş üzərindəki çıxıntılar bu vaxta qədər dağılaraq gəlmişdir.

Şərq terasında tapılan kitabələr‘də, taxtda oturan böyük heykəllərin sıralama ardıcıllığı belədir: Antiochos, Bərəkət ilahəsi Fortuna Thyce, Tanrılar qatının idarə edicisi və hökmdarı Zeus-Oromasdes, Apollon-Mitras, Herakles-Artagnes tanrılar taxtında yer almaqdadır. Tanrıların iki yanında aslan və qartal heykəlləri qoruyucu olaraq dayanır.

Qərb terasdakı heykəllər, şərq terasının simmetriyası olaraq inşa olunub. Ancaq şərqdəki qurbangah yerinə ataların kitabələri və çıxıntılarını daşıyan tikilmiş daşlar inşa edilmişdir. Qərb terasın cənub sırasında Farslı ataların çıxıntılarını daşıyan daş parçaları vardır. Tanrılar taxtının qarşısında isə Makedoniyalı atalarına aid daş parçaları yer almaqdadır.

Tanrılar taxtı‘nın yanında Kommagene krallarının fərqli tanrılarla əl görüşən formada çıxıntıları olmasıdır. Bu çıxıntılar; Antiochos və Fortuna, Antiochos və Zeus-Oromasdes, Antiochos və ApollonMitras, Antiochos və Herakles-Artagnes olaraq yer almaqdadır. Qərb terasında tapılan bir digər fərqlilik isə aslan formalı daş parçasıdır.

Dünyanın ən qədimi ulduz falı olaraq bilinir. Üstündə sağa doğru dönərək yeriyən aslan fiquru vardır. Aslanın boynunda bir aypara vardır və gövdəsi 19 ulduzla bəzənmişdir. Aslanın kürək nahiyəsində isə üç böyük ulduz vardır. Aslan Qoroskopu’nun Kommageneliler üçün müqəddəs sayılıb, dini bir kitabə olaraq qorunduğu bilinir. Şimal terası, şərq və qərb terasını biri birinə bağlayan mərasim yolu formasında təşkil olunub. Bu terasta Kommagene Ailəsi’nə və tanrılara aid bazalar yer almaqdadır.

9) Uzungöl-Çaykara-Trabzon-Türkiyə

Uzungöl Haqqında Bilinməsi lazım olanlar. Uzun göl, Trabzon’da yerləşən turistik bir məhəllədir. Bir yaylaq kəndi olan Uzun göl, sahib olduğu təbii gözəllikləri ilə yerli və xarici turistlərin Qara dəniz turunda səyahət ediləcək yerlər siyahısından biri olmuşdur. Bölgənin əsas gəlir qaynağı turizmdir. 2007 statistikasına görə təxminən 1.600 kişinin yaşadığı Uzun göl, Türkiyə’nin yağış meşələrinin yerləşdiyi bölgədir. Məhəllə, adını sahilində qurulduğu göldən almışdır. Göl, yamaclardan düşən qayaların Haldizen dərəsinin yolunu bağlamaqla meydana gəlmişdir. Bölgə tipik Qara dəniz iqliminin bir özəlliyi olaraq qış fəsli ərzində qar, yay fəsli ərzində isə yağış yağdığına görə il boyu yamyaşıl bitki örtüyü ilə əhatələdir.

Fikir.az-Uzungöl-Çaykara-Trabzon
Fikir.az-Uzungöl-Çaykara-Trabzon

Uzungöl ərazisinin tarixi haqqında ilk dəfə 1586-cı ildə Rumca “Saraho” adı ilə bəhs edilmişdir. Bölgədəki ilk yaşayış isə 1650-ci illərdə başlayıb. Müsəlman olmayan on iki sülalə ilə məskunlaşma başlayıb. Müsəlmanların da qatılması ilə  daha da artaraq, 1876-cı ildə 229 sülaləyə çatmışdır.

Uzungöl bitki örtüsü və canlı aləmi geniş və zəngindir. Bölgənin yabani həyatının olduğu 1.625 hektarlıq ərazi Təbiət Parkı olaraq müəyyən edilmişdir. 1989-cu ildə Təbiət Parkı, 2004-cü ildə də özəl ərazi statusu almışdır. Uzun göl, dənizdən 1100 metr  yüksəklikdə yerləşir. Bölgədə gündüz vaxtında yırtıcı quşların köç hərəkətlərini rahatca görə bilmək mümkündür. Dağlarda 60’dan çox endemik bitki növləri, 59 məməli və 250 çeşid quş növü müəyyən edilmişdir.

Təbiət tərəfindən bəxş olunan yamyaşıl gözəllik, sakit atmosfer və canlı müxtəlifliyi ilə hərəkətli şəhər həyatından uzaqlaşmaq, bir az rahatlayaraq dincəlmək üçün Uzungöl səyahət edilə biləcək bənzərsiz yerlərdən biridir.

Uzungöl harada yerləşir?

Uzungöl, Şərqi Qara dəniz’in Trabzon əyalətində, Çaykara rayonuna bağlı olan  bir məhəllədir. Trabzon’a 99, Rize’yə 71, Çaykara’ya 19 kilometr məsafədə, Soğanlı və Kaçkar Sıra dağları’nın birləşdiyi ərazidə yerləşir.

Uzungöl’ə necə getmək olar?

Uzungöl’də yay aylarında turizm hərəkətliyi‘nin canlanması nəticəsində nəqliyyat alternativləri də paralel olaraq artır. Trabzon’dan quru yolu ilə nəqliyyat mümkündür. İlin istənilən dövründə günlük avtobus səfəri planlayan bir tur şirkəti tapmaq mümkündür. Trabzon’un Mərkəz Çömlekçi Məhəlləsi’ndən Uzungöl’ə təxminən 30 dəqiqə ərzində davam edən avtobus səfərləri olur. Trabzon’dan şəxsi maşınla Uzungöl’ə səyahət edilməsi halında isə Trabzon, Yomra, Arsin, Araklı, Sürmene, Of, Çaykara və Uzungöl şəklində sıralanan yol planı üzrə getmək lazımdır. Uzungöl’ə ən yaxın hava limanı isə Trabzon’da yerləşir. Beynəlxalq uçuşlara da açıq olan Trabzon Hava limanı, Trabzon şəhər mərkəzinə 10 dəqiqəlik məsafədədir.

Trabzon Limanı, İstanbul, İzmir və Samsun limanları ilə bağlantılı olduğundan bölgəyə dəniz yolu ilə gəlmək də mümkündür. Dəniz nəqliyyatı yay aylarında artır və əsasən yerli turistlər tərəfındən istifadə olunur.

Uzungöl’də nə etmək olar?

Uzungöl’də hava şəraiti uyğun olduğu təqdirdə hər il avqust ayında üç-dörd günlük şənliklər keçirilir. Konsertlərin planlandığı festival, yerli və beynəlxalq sənətçilərin qatılmağı ilə bir çox səyahət edən turistin diqqətini cəlb edir.

Trabzon Hava Şənlikləri isə yamac paraşütü ilə Uzungöl’ü quş baxışı izləmə və kəşf etmək imkanı vəd edir. Şənlikdə müxtəlif uçuş şouları da təşkil olunur.

Uzungöl, təbii gözəlliyi ilə ekoturizmin inkişaf etdiyi bir ərazidir. Bu baxımdan ATV turu, təbii gəzinti, yamac paraşütü, heliski (vertolyotlu xizək), safari kimi fəaliyyətlər çox cəzbedici olur.

ATV turu

ATV turu maşını bir müddət kirayə götürərək və ya rəhbər müşayiət ilə edilə bilər. Təbiət ilə iç-içə edilən bu fəaliyyət olduqca adrenalin yüksəldən bir təcrübə bəxş edir. Toza, torpağa və təbiətin min-bir gözəlliyinə doyulacaq ATV turu əsnasında şəkil də çəkmək mümkündür. ATV turundan başqa gölün üstündə dəniz velosipedi ilə gəzinti etmək imkanı da mövcuddur.

Heliski (kanatlı xizək)

Heliski (kanatlı xizək) isə xizəkçilərin kanat ilə təpəyə buraxıldığı və xizəkçilərin aşağıya doğru sürüşdükləri bir idman növüdür. Dünyanın yalnızca bəzi ərazilərində inşa olunan heliski’nin ən böyük özəlliyi, xizək zolağından uzaqda, qarın bol olduğu yerlərdə xizəklə sürüşə bilmək imkanına sahib olmasıdır. Dünyada Kanada, Alyaska, Qafqazlar və Himalaylar’da inşa olunan heliski Türkiyə’də ilk dəfə 2005-ci ildə Kaçkar Dağları’nda inşa olunub. Bu məşğuliyyət üçün bahalı avadanlıqlar tələb olunur və peşəkar xizəkçilər tərəfindən rəğbət görür.

Yamac paraşütü

Yamac paraşütü isə Uzungöl’ün möhtəşəm təbiətini quş baxışı izləmək üçün gözəl bir təcrübədir. Havada qalma müddəti 10 ilə 15 dəqiqə arası olan yamac paraşütü mövsümü may ayında başlayıb sentyabr ayında bitir.

Uzungöl’ün zəngin təbiəti ilə iç-içə olmaq üçün ən təsirli yol isə təbiət gəzintisidir. Yay aylarında təşkil olunan turlara qatılma imkanı olmaqla bərabər səyahət planını özünüz də yarada bilərsiniz . Ərazidə maşınla safari imkanı da vardır. Müəyyən bir marşruta sahib safari turunda bölgəni tanımaq fürsətini də qaçırmayın.

10) Zelve vadisi açık hava müzesi-Aktepe-Avanos-Nevşehir-Kapadokya-Türkiyə

Zelve açık hava müzesi Türkiyənin ən gəzməli və görməli turistik mərkəzlərindən biri olan həmçinin pəri bacaları ilə dünyaya səs salan təbii gözəlliyi ilə sizləri özünə heyran buraxacaq. Zelve dərəsi bu təbii gözəlliklər’dən biridir.

Kapadokya ərazisinə addım atdığınız andan etibarən özünüzü sanki bir film çəkilişindəki kimi hiss edəcəyiniz gəzməli və görməli bir çox yer mövcuddur. Türkiyə’də səyahət ediləcək yerlər siyahısının ilk sıralarında yer alan təbii gözəlliklər diyarı Kapadokya, sizə əsla unuda bilməyəcəyiniz bir səyahət zövqü yaşadacaq.

Əsla geri qayıtmaq istəməyəcəyiniz bu bölgədə ən çox gəzilən yerlər siyahısında Zelve Dərəsi, Zelve Açıq Hava Muzeyi və Paşabağ Dərəsi kimi turistik yerlər yer alır.

Fikir.az-Zelve-vadisi-açıq-hava-muzeyi-Aktepe-Avanos-Nevşehir-Kapadokya
Fikir.az-Zelve vadisi-açıq hava muzeyi-Aktepe-Avanos-Nevşehir-Kapadokya

Zelve Vadisi (Zelve Valley), Kapadokya bölgəsində en uzun müddət istifadə olunmuş yaşayış məskəni olaraq bilinir. Deyilənlərə görə bölgədə xristian dini ilk burada yayılmağa başlanmışdır. Burada bir çox monastır, kilsə və yaşayış yeri mövcuddur. Xristianlıq zamanının ardından Zelve Vadisi 1950-ci  illərə qədər kənd olaraq istifadə olunub. Həmin vaxtlarda insanlar bir müddət qaya evlər içərisində yaşayırmış. Ancaq sonradan vadiyə 2 km uzaqlıqda yer alan Zelve Kəndinə köç ediblər.

Güvercinlik vadisi

Güvercinlik vadisi kimi, möhtəşəm mənzərələrə ev sahibliyi edən Zelve Vadisi, əsasən qaya evləri ilə sözün əsl mənasında insanı cəzb edir. Buraya addım atdığınız anda mühitin sehrinə qapılacaq və illər əvvəl bu qaya evlərin içərisində yaşayan insanları xəyal edərək tarixin bütün təsvirini və qoxusunu içinizə çəkəcəksiz.

Zelve Vadisi’nin giriş hissəsində konsert və proqramları da keçirilir. Bele bir atmosferdə musiqi dinləməyin necə zövq verəcəyini isə özünüz təxmin edin. Əgər bəxtiniz gətirsə bu maraqlı konsert proqramlardan birini görə bilər və səyahətinizə mükəmməl xatirələr əlavə edə bilərsiniz.

Zelve Vadisi’ni gəzmək kimi bir planınız varsa mütləq rahat geyim və ayaqqabı götürməyiniz məsləhətdir. Çünki buraya gəldikdə mühitin cəzb edici atmosferinə qapılaraq daxilinizdəki tədqiqatçı ruhunu idarə edə bilməyib ətrafı kəşf etmək istəyinə qapılacaqsız. Bunun üçün də bir az yerimək və dırmanmaq lazım gələcək.

Zelve Açıq Hava Muzeyi Kapadokya bölgəsində Göreme Açık Hava Muzeyi’ndən sonra en çox ziyarət edilən muzey olub, Zelve tur siyahısında getməli yerlərin başında gəlir. Türkiyə ərazisində fəaliyyət göstərən səyahət turları vaistəsi ilə buraya hər gün yüzlərcə səyahətçi gəlməkdədir. Qayıdan səyahətçilər isə unudulmaz səyahət xatirələri ilə geri dönürlər.

Zelve açıq hava muzeyi harada yerləşir?

Zelve açıq hava muzeyi Avanos rayonunun 5-6 km cənubunda yerləşir və Paşabağları’na da 1 km uzaqdadır.

Son dərəcə geniş bir vadiyə yayılmış olan muzey, Zelve Vadisi’nin içərisində yer almaqdadır. 50-60 il əvvələ qədər bölgədə yer alan oyma qayalıqlarda yaşayan bir xalq vardı. İndi isə həmin xalq muzey girişində hədiyyəlik suvenir əşyaları kimi şeylər satan dükanlarda fəaliyyət göstərir. Burada dükan sahibləri ilə söhbət etmədən və onlardan hal-xətir soruşmadan ayrılmayın.

Əgər muzeyə maşın ilə gəlirsizsə muzeyin girişində maşınınızı park etmək mümkün olan pullu bir avtomobil dayanacağı mövcuddur. Həmçinin muzeyə giriş etmədən qabaq burada yer alan çeşmədən su içmənizi və ya yanınıza su almanızı tövsiyə edirik. Çünki çoxlu gəzib-dırmanmalı bu yerdə xüsusilə də isti bir gündürsə bol su içməyə ehtiyac olacaq.

Zelve açıq hava muzeyi giriş qiyməti 20 TL (bizim pulnan təxminən 4 manat 61 qəpik) nəzərdə tutulub. Qiymətlər bu yazının yazıldığı tarixdən sonra dəyişməsi mümkün olduqdan, daha dəqiq qiyməti buradan öyrənə bilərsiniz.

Qaya kilsələri və yaşayış yerlərinin çox olduğu bu bölgədə bundan başqa bir ədəd də məscid görmək mümkündür. Burada yerləşən digər önəmli Üzümlü və Balıqlı Kilsə, Dəyirman, Müqəddəs Xaç kilsəsi, Tunel, Monastır və Dirəkli kilsəsi kimi yerlər mövcuddur.

Tarix qoxuyan təbii daşlar’ın yaratdığı tikililər mütləq gəzib görməli yerlərdən biridir. Xüsusilə də gün batan anında mükəmməl mənzərəyə ev sahibliyi edən bu yerləri qaranquşların uçuşu əsnasında izləyə bilər və şəkillərini çəkərək əbədiləşdirə bilərsiniz.

Paşabağları Kapadokya (Paşabağ Vadisi)

Necə getmək olar? Avanos-Göreme yolu üzərindən Zelve tərəfinə döndükdən sonra, Zelve’yə gəlmədən əvvəl ilk öncə Paşabağ Vadisi’nə gedə bilərsiniz. Pəri bacaları ilə bütün dünyaya səs salmış olan Kapadokya bölgəsinin qəlbi, Rahiblər Vadisi olaraq da bilinən bu vadidə atır. Şöhrətli pəri bacalarına ev sahibliyi edən Paşabağ Vadisi, pəri bacalarının formalaşması və inkişaf etməsini ən yaxşı şəkildə müşahidə etmək mümkün olan yerlərdən biridir. Bundan başqa bir çox gəzinti yolu olan bu vadidə pəri bacalarının arasında gəzmək sizə böyük bir zövq verəcəkdir.

Paşabağ Vadisi’ndə yer alan pəri bacaları‘nın yaşlıları və gəncləri vardır. Yaşlı olanlar zamanla aşınaraq yox olarkən, bitişik halda olan gənc pəri bacaları isə zamanla bir birindən ayrılaraq çoxalacaqdır. Bu təbiət möcüzələrinin papaq kimi görünməsinin səbəbi isə alt təbəqələrinin daha yumşaq olduğu üçün sürətli aşınmasıdır. Nəticədə belə papaq şəklinə bənzər fiqurlar ortaya çıxır.

Paşabağ Vadisi’ndə qədimi zamanlarda keşişlər qeybə çəkilərək özlərini təcrid edirmiş. Siz də gəzdikcə görəcəksiniz ki keşişlər bunu etməkdə son dərəcə haqlı olublar. Çünki bu vadiyə addım atdığınız andan etibarən içinizdə yaranan xoşbəxtlik və sizi çağıran səssizliyi hiss edəcəksiz.

Keşişlərin təcrid üçün istifadə etdikləri yaşam yerləri

Təcrid yerləri olduqca gizli nöqtədə yerləşir. Bunun səbəbi isə təhlükəsizliyi təmin etməkdir. Buralarda ibadətgahlar, oturma yerləri və mətbəxlər vardır. Oyularaq yaradılmış olan bu bölümlərə nərdivanlarla qalxmaq mümkündür. Əlbəttə vadidə olub bitənlər yalnızca bunlar deyil. Bölgənin içərisinə doğru atmosfer və mənzərələr mükəmməl bir hal alır və buralarda tapılan tunellər də insanda son dərəcə maraq oyandırır.

Paşabağ Vadisi’ndə şou proqramlar təşkil olunur. Əgər şansınız gətirsə səyahət əsnasında siz de bir şou proqrama rast gələ bilər və bu təbiətin əsrarəngiz vadisini bir də rəngarəng işiqlar altında izləyə bilərsiniz. Həmçinin foto şəkil üçün də mükəmməl rəsmlər  çıxacağından əmin ola bilərsiniz. Fikir.az saytı olaraq Türkiyə ərazisində səyahət planı əsasında səyahət rəhbəri hazırlayıb ən gəzməli və görməli səyahət yerlər siyahısını sizlərlə bölüşdük. Əgər viza istəməyən ölkələrdən biri olan Ukrayna ölkəsinə getmək istəsəniz, ölkə haqqında məlumat əldə etmək üçün Ukrayna səyahət planı yazımızı oxuya bilərsiniz. Sizə xoş səyahətlər arzulayırıq.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir