fbpx
Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur mövzusu haqqında məlumat www.fikir.az-003

Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur mövzusu haqqında məlumat

Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur mövzusu haqqında məlumat. Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Həyatımızın bütün sahələrində yüksəliş və tərəqqi var. Azərbaycanın tarixinə qurucu kimi daxil olmuş ulu önədrimiz xalqımızın siyasi həyatında misilsiz rolu olmuşdur.

Heydər Əliyev xalqını sevmiş, xalq da onun sevgisini daim dəyərləndirmişdir. Məhz xalqına qarşı olan bu sevgi dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyi təmin etdi. Və vətəndaş qarşıdurmasını aradan qaldırdı.

Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı “Əsrin müqaviləsi” milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına və bütün sahələrdə geniş miqyaslı islahatların aparılmasına geniş imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş, Qərb ölkələri ilə sıx birləşdirir. Ölkəmizin beynəlxalq layihələrdə iştirakı mümkün olmuşdur. Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin xidmətlərindəndir.

Heydər Əliyev və Humanizm

Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmişdir. Bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Və 2001-ci ilin 25 yanvarında respublikamız Avropa Şurası kimi beynəlxalq təşkilata üzv olaraq qəbul edilmişdir. Bu təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı idarə etməyə qadir olan bir davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Ümummilli liderimizin siyasi xətti, Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm. Və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam…”. Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı olub. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Bizdə hər birimiz Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur mövzusu haqqında məlumat sahibi olmalıyıq. Və bu məlumatı gələcək nəsillərə ötürməklə öz mənəvi borcumuzu yerinə yetirməliyik.

Polo Yaxa Düyməli Köynək üzərində Şəkil Çapı - Fikir Reklam - 050 879 91 11
Köynək Çapı Sifarişi 050 879 91 11

1 thoughts on “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur mövzusu haqqında məlumat”

  1. MƏN ULU ÖNDƏR HEYDER ƏLİYEVƏ ÇOX BÖYÜK SEVGİM VAR amma AZƏRBAYCANIN qurucusu 31 yanvar 1884 – 6 mart 1955), MƏMƏD ƏMİN RƏSULZADƏ Azərbaycan dövlət xadimi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biridir.

    Müsavat Partiyasının qurucu sədri Rəsulzadə 1918-ci ilin may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsində çalışıb . [1] Rəsulzadə Azərbaycanın milli istiqlal hərəkatına öncülük etdiyi üçün Azərbaycan tarixinin ən mühüm şəxsiyyətlərindən biridir . Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” bəyanat XX. 19-cu əsrdə Azərbaycanda istiqlal hərəkatının şüarına çevrild

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir