Xarici pasport almaq hər bir Azərbaycan respublikasının vətəndaşına ölkə xaricinə səyahət etmək hüququ verir.
Xarici pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Azərbaycanda 3 növ pasport mövcuddur:
1.Ümumvətəndaş pasportu
2.Diplomatik pasport
3.Xidməti pasport
Diplomatik və xidməti pasportlar vəzifəli şəxslərə verilir. Ümumvətəndaş pasportu isə hər bir vətəndaş tərəfindən Asan xidmətdən əldə oluna bilər.
Xarici pasport almaq neçəyə başa gəlir?
Xarici pasport almağın qiyməti 60 manat edir.
Xarici pasport almaq üçün lazım olan sənədlər hansılardır?
Xarici pasportu almaq üçün tələb olunan sənəd şəxsiyyət vəsiqəsidir.
Əgər ümumvətəndaş pasportunu almaq istəyən şəxs 18-35 aralığında bir bəydirsə, bu zaman əlavə olaraq hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə) təqdim etməlidir. Möhlət hüququnun verilməsi qeydi isə qeydiyyatda olduğunuz (SHXÇDX) səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti yəni voenkomat tərəfindən verilir.
Xarici pasportun etibarlılıq müddəti nə qədrdir?
Xarici pasport 10 il müddətinə verilir.
Xarici pasportun hazırlanma müddəti barəsində isə, 10 günə hazırlanır və təhvil verilir. Bu qədər artığ Asan xidmətdən posportunuzu təhvil ala və viza tələb edilməyən ölkələrə səyahət planınızı hazırlamağa başlaya bilərsiniz.
istinadlar: