fbpx
Flayer Çapı Sifarişi

Flayer Çapı Sifarişi

Flayer çapı sifarişi haqqında məlumat axtarırsızsa doğru yerdəsiniz.

Flayer nədir?

Kampaniya, xidmət və ya məhsulu tanıdmaq üçün çap olunaraq paylanan kiçik kağız vərəyinə flayer deyilir.

Flayer, marketinq və kommunikasiya sahəsində reklam fəaliyyətiniz üçün klassik və əvəz edilməz marketinq vasitəsidir. Əl elanı olaraq da adlandırılan flayerlər, kağız üzərində çap etdiyiniz mesajınızın əldən-ələ ötürülməsinə xidmət edir. Küçə və meydan kimi insanların sıx olduğu yerlərdə paylanan flayerlər qısa zaman ərzində çoxlu insana çatma imkanı yaradır. Potensial müştərilərinizə çatmağınıza imkan verməklə yanaşı, markanızın yadda qalmasına da kömək edir. Flyer, seminarlar, konfranslar və açılış günləri kimi müxtəlif tədbirlərdə də çox təsirlidir. Çox yer tutmur, oxumaq asandır. Üzərindəki məlumatların asanlıqla qavranıla bilməsi əlavə üstünlükdür. Peşəkar şəkildə hazırlanmış flayer, vermək istədiyinizi mesajı yığcam və aydın şəkildə ifadə edir.

Flayer Çapı
Flayer Çapı
Asılqan Flayer Çapı
Asılqan Flayer Çapı

Flayer çapı sifarişi zamanı qiymətlər hansı xüsusiyyətlərə görə dəyişir?

Flayer qiymətlərini araşdırmağa başladığınızda çeşid və ölçü baxımından bir çox variantla qarşılaşacaqsız. Çap ediləcək flayerin ölçüsünü təyin edərkən, vermək istədiyiniz mesajın uzunluğunu nəzərə almalısınız. Ölçülər böyüdükcə flayerlərin qiymətlərinin artdığını görəcəksiniz. Bu səbəbdən də deyə bilərik ki, flayerlərin qiymətlərinə təsir edən ən böyük amillərdən biri flayerlərin ölçüsüdür.

Həmçinin, flayerin hər iki tərəfinə də çap etdirmək istəyirsizsə, yenə də qiymət artımı görə bilərsiniz. Ən ekonom flayeri çap etdirmək üçün reklam mətninizi çox diqqətlə seçməlisiniz. Mesajınızı aydın, qısa və başa düşülən şəkildə hazırlamaq, effektiv flayer çap etdirmək üçün bir nömrəli məsləhətdir.

Flayer qiymətinə təsir edən üçüncü faktor isə flayerin sadə yoxsa asılqan (kəsimli) olmasıdır. Asılqan flayer birbaşa ünvanda qapı qulpuna asmaq üçün daha ideal seçimdir.

Flyer çap etdirməzdən əvvəl bunları nəzərə alın:

Flayer effektivliyini 10 addımda artırın:

Biznes sektorunda diqqəti cəlb etmək üçün flayerlərdən istifadə həm ucuz, həm də effektiv bir yoldur. Diqqət çəkən flayer hazırlamaq üçün çox pul xərcləmək lazım deyil. Flyerinizi rəqiblərinizdən fərqləndirmək üçün bu məqalədə verilən fikirləri tətbiq edə bilərsiniz. Geri dönüşü yüksək flayer hazırlamaq üçün fikirlər bunlardır:

1. Qısa, lakin cazibədar başlıqlardan istifadə edin.

Diqqəti cəlb etmək və daha yaddaqalan başlıqlar yaratmaq üçün qeyri-adi və daha təsirli sözlərdən istifadə edin. İstifadə etdiyiniz başlıqların məşhur və cəlbedici sözlərdən ibarət olduğundan əmin olun.

2. Vurğulamaq istədiyiniz məqamları önə çıxarın

Başlıqları, altyazıları və ya sözləri qalın və ya böyük hərflərlə vurğulayın. Lakin bütün mətnin hamısını böyük hərflərlə yazmayın. Çünki bu mətnlərinizi oxumağı çətinləşdirər.

3. Rəngarəng və diqqət çəkici qrafikadan istifadə edin

Böyük, gözə çarpan bir fiqurdan və ya şəkildən istifadə etmək çoxlu sayda qarmaşığ kiçik fiqur və ya mürəkkəb görünən şəkillərdən istifadə etməkdən daha təsirli olur. Maraqlı bir şəkil və ya rəsmdən istifadə etmək diqqəti cəlb edir, markanız üçün üslub yaradır və çatdırmaq istədiyiniz mesajı dəstəkləyir.

4. Məhsulunuzun faydalarını vurğulayın

Özünüzü müşətərilərinizin yerinə qoyun. “Bu məhsul və ya xidmət mənə nə fayada verəcək?” sualına cavab tapmağa çalışın. Tapdığınız cavabları “sən”, “siz”və “siz”  sözlərindən istifadə edərək cavablayın. Cavablarınızda “mən”, “biz” və “bizim” kimi sözləri istifadə etməyədən çəkinin. Suallara qısa və aydın cavab verdiyinizdən əmin olun. Əgər uzun abzaslardan istifadə edəcəksizsə, onları durğu işarələri ilə ayırın.

5. Dizaynı Rənglər və Sərhədlər ilə zənginləşdirin

Flayerin hər yerinə mətn və ya qrafik yerləşdirməyə ehtiyac yoxdur. Müəyyən elementləri vurğulamaq və flayerin oxunmasını asanlaşdırmaq üçün arxa fonda boşluqlar buraxın.

6. Çox mürəkkəb dizaynlardan istifadə etməyin

Şriftlərdən istifadənizi sadələşdirmək üçün yalnız iki növ fontdan istifadə edin. Və çox dağınıq görünməmələri üçün onların eyni səviyyədə olduğundan əmin olun. Daha səliqəli və göz yormayan dizaynlar üçün müxtəlif şrift ölçülərindən istifadə etməyin. Flayerdə kənar boşluqlardan istifadə etməyə diqqət edin.

7. Endirimlər və Xüsusi Qiymətlər Təklif edin

Məhsulunuz və ya xidmətiniz üçün endirim və ya xüsusi qiymət planlaşdırırsınızsa, onu flayerinizdə önə çıxarmağı unutmayın. Bunun üçün yaratdığınız xüsusi kuponları flayerin sonuna əlavə edə bilərsiniz. Sonradan müştərilər ilə mübahisə yaşamamaq üçün kampaniyanın şərtlərini və qüvvədə olduğu tarixləri aydın şəkildə qeyd etməyi unutmayın.

8. İstinadlardan istifadə edin

Müştəriləri cəlb etmək üçün məhsul və ya xidmətiniz haqqında istinadlardan flayerinizdə istifadə edə bilərsiniz. Razı qalan bir müştəridən gelen təsdiq, məhsulunuz və ya xidmətiniz haqqındakı məlumatdan daha etibarlı olur.

9. Əlaqə məlumatlarını tam daxil edin

Əlaqə məlumatlarınızı yoxlamağı unutmayın. Telefon nömrəsi, ünvan, korporativ e-mail adresi, web sayt və sosial media hesablarınızı əlavə etdiyinizdən əmin olun.

10. Flayerdə düzəlişlər edin

Peşəkar flayerdə yazı səhvləri olmamalıdır. Bunun üçün hazırladığınız flayeri sonda yoxlamağı və redaktə etməyi unutmayın. Başqasından kömək alaraq flayer üzərində özünüz görə bilmədiyiniz detalları aşkar edə bilərsiniz.

Bütün bunlara baxmayaraq vermək istədiyiniz mesaj bir flayerə sığmayacağ qədər böyükdürsə, bu halda sizə bir neçə səhifədən ibarət olan qatlama flayer məsləhət görə bilərik. Buklet olaraq da adlandırılan qatlanan flayerlər bir-neçə səhifədən ibarət olmaqla daha çox informasiya vermək qabiliyyətinə malikdir.

Fikir reklam agentliyi olaraq flayerlər üçün müxtəlif paket seçimlərimiz mövcuddur. Flayer qiymətləri seçdiyiniz paketdən asılı olaraq dəyişir. Saytdakı addımları izləməklə asanlıqla onlayn flayer çapı sifarişi verə bilərsiniz. Fikir reklam agentliyinin onlayn çap sahəsindəki təcrübəsindən yararlanın. Və marketinq dünyasında flayerlərin gücündən yararlanmağa başlayın.

Flayer çapı xüsusiyyətləri:

  • Flayer ölçüsü: 21 x 10 sm;
  • Kağız qalınlığı: 170 qr;
  • Kağız növü: parlaq kağız;
  • Çap tipi: iki tərəfli çap.

Flayer qiymətləri:

Sadə Flayer qiyməti:

  • 1000 ədəd flayer-85 AZN;
  • 2500 ədəd flayer-125 AZN;
  • 5000 ədəd flayer-185 AZN.

Asılqan (Kəsimli) Flayer qiyməti:

  • 1000 ədəd asılqan (kəsimli) flayer-110 AZN;
  • 2500 ədəd asılqan (kəsimli) flayer-155 AZN;
  • 5000 ədəd asılqan (kəsimli) flayer-215 AZN.

Flayer çapı qiymətinə daxildir:

  • Fəaliyyət göstərdiyiniz sektora və korporativ üslübunuza uyğun peşəkar flayer dizayn edilməsi PULSUZDUR;
  • Flayer hazırlandıqdan sonra ünvana çatdırılma mümkündür. Yeni Yasamal ərazisinə çatdırılma PULSUZDUR.

Sifariş verərək fayer çapı etdirmək üçün əlaqə saxlayın daha ətraflı məlumat təqdim edək.

Əlaqə: +994 50 879 91 11 (WhatsApp aktivdir).

Asılqan (Kəsimli) Flayer Çapı Sifarişi – Fikir Reklam – 050 879 91 11

Yorum bırakın

E-posta hesabınız yayımlanmayacak.