Buklet çapı sifarişi haqqında məlumat axtarırsızsa doğru yerdəsiniz.
Buklet nədir?
Rəngli çap olunan, qatlana bilən 2 və ya 3 səhifədən ibarət reklam məqsədli istifadə olunan kağız vərəyinə buklet deyilir. Broşur olaraq da adlandırılan buklet, ən ideal reklam vasitələrindən biridir. Məhsulu və ya göstərdiyi xidməti tanıtmaq istəyən bir çox şirkət broşura istifadə etməyə üstünlük verir. Bukletlər digər reklam vasitələri ilə müqayisədə daha qənaətcil və praktikdir. Broşür şirkətinizin korporativ üslubunu daha da artırır. Bukletlərin çap edilməsində məqsəd məhsul haqqında daha aydın və ətraflı məlumat verməklə müştərinin diqqətini cəlb etməkdir. Biznesdə müştəri qazanmağın ən təsirli üsulu müştərinin beynində müsbət bir təəssürat yaratmaqdır. Diqqəti cəlb edən və müştəri tərəfindən bəyənilən bukletdən mütləq geri dönüş olur. Ona görə də broşüra hazırlanarkən ideya mərhələsindən dizayn mərhələsinə, çap mərhələsindən paylama mərhələsinə qədər hər bir addım diqqətlə planlaşdırılmalıdır.
Buraya qədər “Buklet nədir?” sualın qısa izahını verdik. “Buklet nədir?” sualından sonra ağıla gələn ikinci sual isə “Buklet dizaynını necə daha kreativ edə bilərəm?” sualdır.
Buklet necə hazırlanır?
Buklet dizaynı burada vacib məsələlərdən biridir. Zəif dizayn edilmiş buklet müştərinin diqqətini çəkə bilməyəcək. Amma məqsəd yönümlü və düzgün hazırlanmış bukletlərdən geri dönüş edənlərin sayı yüksək olacaqdır.
Buklet çapı sifarişi etməzdən əvvəl nələrə diqqət etməliyik?
Dizayna başlamazdan əvvəl ətraflı bir araşdırma aparılmalıdır. İlk öncə hədəf auditoriyanız haqqında araşdırma aparmalısınız. Müştərinin gözləntiləri nədir, hədəf auditoriyanızda hansı detallar müştərilərin diqqətini çəkə bilər, müştərinin istəkləri nələrdir kimi sualların cavabları araşdırılmalı və buna uyğun dizayn yaradılmalıdır. Bukletdə nəyi vurğulamaq istədiyiniz vacibdir. Buna görə də görə də dizaynda vurğulamaq istədiyiniz məqamı diqqət çəkən şəkildə önə çıxarmağa çalışın. Şirkətin ünvanı, telefon nömrəsi, korporativ e-mail adresi, web saytı və sosial media hesabları mütləq buklet üzərində əks olunmalıdır.
Buklet üzərində yerləşdirilən məzmun (mətn və şəkil) bir-biri ilə əlaqəli olmalıdır.
Müştərinin diqqətini cəlb edəcək rəngarəng şəkillərdən istifadə edin. Bununla belə, bu şəkillərin sadə olmasına və çox qarışıqlıq yaratmadığına əmin olun. Bukletdəki mətnlər müştərinin beynindəki sualları qısa şəkildə cavablamağı bacarmalıdır. Mətn oxunaqlı olmalı və orfoqrafik qaydalara riayət edilməlidir. Orfoqrafiya səhvləri olan mətnlər peşəkarlığınızı şübhə alıtına ala bilər. Buklet üzərindəki elementlər bir-biri ilə yarışırmış kimi görünməməlidir. Yəni şəkillər və mətnlər bir-biri ilə rəqabət aparmamalı, yalnız diqqət çəkmək istədiyiniz element önə çıxarılaraq vurğulanmalıdır.
Buklet ölçüsü düzgün olmalıdır.
Ümumiyyətlə, buklet çapında müəyyən olunmuş standart ölçülərdən istifadə olunur. Düzgün ölçülər A4 və ya A5 ölçüləridir. Buklet bir səhifədən ibarət flayer formasında olacağı kimi, bir neçə səhifədən ibarət kiçik kitabçalar şəklində də ola bilər. Bukletlərin üz qabığında istifadə edilən vizualın diqqət çəkici olması mühüm bir detaldır. Müştərinin diqqətini ilk olaraq buradan çəkəcəyiniz üçün üz qabığındakı təsvirdə nəzərə çarpan vizualdan istifadə etməyiniz tövsiyə olunur.
Kağız seçiminə diqqət yetirilməlidir.
Bukletimizi hazır etdikdən sonra növbə gəlib çatdı çap etməyə. Bukleti çap etdiyiniz kağızın materialı vacib bir nüansdır. Keyfiyyətsiz kağız üzərində edilmiş çapın dizaynı çox yaxşı olsa da, gözlənilən effekti verməyəcək. Broşuraları çap edərkən uyğun kağızı seçmək üçün kağızın materialı və çəkisi kimi detallara diqqət yetirmək lazımdır. Məsələn; Qatlanan buklet hazırlayacaqsızsa, kağız qalınlığı çox olmamalıdır. Çünki buklet qatlanması zamanı, qatlanan yerlərində kağız qırışa və səliqəsiz görünə bilər.

Bukleti necə daha effektiv edə bilərik?
Başqa bir vacib nüans isə hazırlanmış bukletin istifadə olunacağı müddət aralığıdır. Yəni, bukletin uzun müddətli və ya qısa müddətli istifadə ediləcəyinə düzgün qərar verilməlidir. Ünvan və ya əlaqə məlumatları kimi şirkətinizin cari məlumatlarının zamanla dəyişə bilməsi ehtimalına qarşı, müddəti uzun tutmağ məsləhət görülmür. Hazırlanan buklet, zaman keçdikcə yeniliyini itirmə riski daşıdığı üçün qısa müddətli olmağı məsləhət görülür.
Bundan əlavə, qısa müddətli reklamlar və ya kampaniya promosyonları üçün bukletlər əvəzinə flayerlərə üstünlük vermənizi tövsiyə edirik. Çünki çox qısa bir müddət üçün buket hazırlamaq və çap etmək baha başa gələcək. Bu səbəbdən, qısa müddətli kampaniya, endirim və ya tanıtım xəbərləri üçün flayer çap etdirmək daha sərfəlidir.
Əgər bütün bunları etməyə vaxtınız yoxdursa sizin yerinizə həll etməsi üçün Fikir reklam agentliyinə etibar edə bilərsiz. Fikir reklam agentliyi tərəfindən buklet dizaynı və çapı xidməti göstərilir. Saytdakı addımıarı izləməklə asanlıqla onlayn buklet çapı sifarişi verə bilərsiniz.
Buklet çapı xüsusiyyətləri:
- Buklet ölçüsü: 29.7 x 21 sm;
- Kağız qalınlığı: 170 qr;
- Kağız növü: parlaq;
- Çap tipi: iki tərəfli çap.
Buklet Qiymətləri:
- 100 ədəd buklet 105 AZN;
- 1000 ədəd broşur 180 ₼;
- 2000 dənə broşura 240 Manat;
- 5000 ədəd broşür 400 AZN.
Buklet çapı sifarişi qiymətinə daxildir:
- Qatlama xidməti PULSUZDUR.
- Buklet dizayn edilməsi PULSUZDUR.
- Buklet hazırlandıqdan sonra ünvana çatdırılma mümkündür. Yeni Yasamal ərazisinə çatdırılma PULSUZDUR.
Sifariş verərək buklet çapı etdirmək üçün əlaqə saxlayın daha ətraflı məlumat təqdim edək.
Əlaqə: +994 50 879 91 11 (WhatsApp aktivdir).
-
Buklet Sifarişiİndirimdeki ürün190,00 ₼